Monqolustan Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) üzvü olmaq arzusundadır.
Ölkənin xarici işlər və ticarət naziri Hombolav Zandaştar ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalisə bununla bağlı məktub göndərib.
A. Ajubalis deyib ki, ATƏT sədrliyi Monqolustanın mümkün üzvlüyü ilə bağlı üzv ölkələrlə məsləhətləşmələrə başlayacaq.
Xatırladaq ki, hazırda ATƏT-in 56 üzvü var. Monqolustan 2004-cü ildən ATƏT-lə əməkdaşlıq edir.


