Sunday, May 20th

Last update12:31:32 PM GMT

English

AŞPA-nın payız sessiyasının gündəliyi açıqlanıb

E-mail Print
There are no translations available.

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) payız sessiyası başlamazdan əvvəl ənənəvi olaraq qurumun Bürosunun və siyasi qruplarının yığıncağı keçirilib.Büro iclasında sessiyanın gündəliyində müzakirə olunacaq məsələlər sonuncu dəfə nəzərdən keçirilib və təsdiq olunub. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri qrup yığıncaqlarında müzakirə olunan məsələlərlə bağlı ölkəmizin mövqeni bildiriblər. Sonra payız sessiyası öz fəaliyyətinə başlayıb. Sessiyanı açan AŞPA-nın sədri Mövlud Çavuşoğlu rəhbərlik etdiyi qurumun yay sessiyasından keçən dövr ərzində gördüyü işlərdən danışıb, dünyada baş verən mühüm hadisələrə toxunub, Avropa Şurasının həmin hadisələrə münasibətindən söhbət açıb. M.Çavuşoğlu Norveçdə və bu yaxınlarda Türkiyənin Antalya şəhərində törədilmiş terror aktları zamanı onlarla dinc əhalinin həyatına son qoyulduğunu, Nyu-Yorkda baş vermiş terror aktından 10 il ötdüyünü xatırladıb, insanlığa qarşı çevrilmiş terror aktlarının Avropa Şurası tərəfindən qətiyyətlə pisləndiyini vurğulayıb. O, ölkələr arasında bir növ körpü rolunu oynayan dinlərarası və mədəniyyətlərarası dialoqun terrorla mübarizədə əsas amillərdən biri olduğunu qeyd edib, 800 milyonluq avropalını öz ətrafında birləşdirən Avropa Şurasının bir çox ərəb ölkəsində insan haqları və demokratiya uğrunda gedən hərəkatı dəstəklədiyini bildirib. İlk iş günündə sessiyanın gedişi zamanı müzakirə olunacaq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Deputatlar sessiyada Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Ukraynanın xarici işlər naziri Konstantin Qrişşenko rəhbərlik etdiyi qurumun yay sessiyasından sonrakı dövrdə fəaliyyəti, AŞPA-da demokratiya üzrə tərəfdaş statusu almaq üçün Fələstin Milli Şurasının müraciəti, Avropa Şurasının üzvü olan ölkələrin humanitar fəlakətə uğramış dövlətlərə yardımı, ərəb dünyasında geniş vüsət alan demokratiya, insan hüquqları və terrorizmə qarşı mübarizə, Ermənistanda demokratik təsisatların fəaliyyəti və digər məsələləri müzakirə etməyi qərara alıblar. AŞPA-nın payız sessiyasında Fələstin Dövlətinin Prezidenti Mahmud Abbas, BMT-nin uşaq alverinə qarşı mübarizə üzrə xüsusi nümayəndəsi xanım Majat Maalla Mjid, Meksikanın xarici işlər naziri xanım Patrisia Espinoza Kantellano çıxış edəcək və suallara cavab verəcəklər. Gündəliyə Azərbaycanla bağlı məsələ daxil edilməyib.

İyunun əvvəlində Türkiyədə keçirilmiş parlament seçkilərinin nəticələri ilə bağlı müzakirələrdə deputatlar seçkilərin şəffaf keçirildiyini, beynəlxalq hüququn normalarına və prinsiplərinə cavab verdiyini, bəzi nöqsanlara baxmayaraq, ümumilikdə Avropa Şurasının standartlarına uyğun və sakit şəraitdə keçirildiyini bildiriblər. Bununla da sessiya günün birinci yarısında öz işini başa vurub.

Baxılıb: 807 dəfə.

Other news

"Facebook"un bütün səhmlərinin dəyəri 105 milyard dollardır

There are no translations available.

"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja ...

Seydu Dumbiya

Seydu Dumbiya "Liverpul"un maraq dairəsinə düşüb

There are no translations available.

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasın...

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

There are no translations available.

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləş...

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

There are no translations available.

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqəd...