Fransa prezidenti Nikola Sarkozi Əfqanıstanın paytaxtı Kabilə rəsmi səfər edib. Səfər zamanı Nikola Sarkozi bu ölkədəki əsgərlərinin dörddə birini 2012-ci ilin sonuna qədər geri çəkəcəklərini açıqlayıb.
Sarkozi Kabil yaxınlığındakı Torada veridyi açıqlamada müharibəni bitirməyin vacib olduğunu deyib: “Əfqanıstanda əbədi əsgər saxlamaq heç bir zaman müzakirə mövzusu ola bilməz. Buradakı əsgərlərinin dörddə birini 2012-ci ilin sonuna qədər geri çağıracağıq”.
Xatrladaq ki, Fransa prezidenti Sarkozi daha əvvəl ABŞ-ın Əfqanıstandan əsgərlərini geri çəkəcəyini deyərək, il sonuna qədər 4 min Fransa əsgərinin də geri çağırılacağını bildirmişdi.


