Dünya Masson lojalarının təmsilçiləri yaxın günlərdə Ermənistana toplaşacaqlar. AZADİNFORM erməni mətbuatına istinadən xəbər verir ki, onlar İrəvanda “Armenia-Marriott” otelində toplantı gerçəkləşdirəcəklər.
Toplantı təşkilatçıları qeyd edirlər ki, lojaların toplanması Ermənistanda əhəmiyyətli siyasi dönüm nöqtələri yaradacaqlar. Birgə görüşə hələki lojalardan “Böyük Şərq” lojasının gələcyi açıqlanıb. Digərlərinin adları isə yaxın günlərdə açıqlanacaq. Qeyd edək ki, bundan əvvəl Masson toplantısı 2007-ci ilin aprel ayında baş tutub.


