Sunday, May 20th

Last update12:31:32 PM GMT

English

Yeni mediada: kadr təminatı və peşəkarlıq

E-mail Print
There are no translations available.


22 noyabr tarixində Beynəlxalq Mətbuat Mərkəzində “Yeni media: kadr təminatı və peşəkarlıq” mövzusunda Konfrans keçirildi.


Konfransın keçirilməsində məqsəd ölkədə yeni media mütəxəssislərinin hazırlanmasına dəstək vermək, bu istiqamətdə təhsil, biznes və İKT sektorunun birgə səylərini gücləndirməkdir.
Azərbaycan İnternet Forumunun prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Ggündüzün etdiyi açılışdan sonra internet media qurumları və Jurnalistika təhsili verən ali təhsil müəssisələri nümayəndələrinin, yeni media texnologiyaları sahəsində çalışanların, dövlət qurumları və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdiyi konfransda “Yeni medianın mövcud durumu və peşəkarlıq”, “Jurnalistika təhsilində İnternet jurnalistikasının yeni” və “Sosial mediadan effektiv istifadə imkanları” mövzularında təqdimatlar olundu.
Konfransda yeni media sahəsində ölkədəki mövcud durum haqqında ümumi məlumatlar verildi, həmçinin media biznesi sektorunda yeni media texnologiyaları ilə bağlı vəziyyət ( yeni iş yerləri, yeni media mütəxəssisinə olan tələb-təklif münasibətləri, bilik və bacarıqlara verilən tələblər və s.) ətrafında müzakirələr aparıldı. Eyni zamanda jurnalistika təhsili verən ali təhsil müəssisələrində yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi istiqamətində, bu fənnin seçmə yoxsa əsas fənn olaraq tədris olunması, yeni medianın gələcək tədris modelinin əsas istiqamətləri haqqında peşəkar müzakirələr olundu..
Konfransın yekununda ölkədə peşəkar yeni media mütəxəssislərinin hazırlanması istiqamətində təkliflər və tövsiyələrin dinlənildi..
Qeyd edək ki, konfrans ABŞ – Azərbaycan Media İnkişafı Fondunun dəstəklədiyi ”Yeni medianın tədrisinin təkmilləşdirilməsi” Layihəsi çərçivəsində həyata keçirilib.

Baxılıb: 798 dəfə.

Other news

"Facebook"un bütün səhmlərinin dəyəri 105 milyard dollardır

There are no translations available.

"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja ...

Seydu Dumbiya

Seydu Dumbiya "Liverpul"un maraq dairəsinə düşüb

There are no translations available.

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasın...

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

There are no translations available.

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləş...

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

There are no translations available.

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqəd...