Sunday, May 20th

Last update12:31:32 PM GMT

English

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Milli Mətbuat günü qeyd olunub

E-mail Print
There are no translations available.

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Milli Mətbuatın 136-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə AHİK sədri, qurumun əməkdaşları, bir sıra Kütləvi İnformasiya Vasitələrinin (KİV) rəhbərləri və əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən AHİK sədri, millət vəkili Səttar Mehbalıyev xatırladıb ki, həmkarlar təşkilatlarının bir əsrdən artıq yaşı var. Onun sözlərinə görə, həmkarlar təşkilatlarının formalaşması və inkişafında Azərbaycan mətbuatının danılmaz rolu olub. Azərbaycan mətbuatının tarixi, onun keçdiyi yol və digər məsələlərdən bəhs edən S.Mehbalıyev, həmçinin bildirib ki, dövlətin inkişafında medianın böyük rolu var. Mətbuatın haqlı və qərəzsiz tənqidini çox normal qəbul etdiyini dilə gətirən S.Mehbalıyev sağlam tənqidin inkişafa yol açdığını vurğulayıb.
Azərbaycan jurnalistlərinin peşə bayramını təbrik edən və onlara gələcək fəaliyyətlərində yaradıcılıq uğurları arzulayan S.Mehbalıyev açıqlayıb ki, səmərəli əməkdaşlıq və həmkarlar təşkilatlarının fəaliyyətini geniş işıqlandırdıqlarına görə AHİK İcraiyyə Komitəsinin qərarı ilə bir sıra KİV rəhbəri Fəxri Fərman və pul mükafatına layiq görülüb. S.Mehbalıyev onu da elan edib ki, rəhbərlik etdiyi qurum bu il jurnalistlər üçün müsabiqə elan edəcək. Müsabiqədə 1-ci 3 yerə 1000, daha 8 yer üçün 500 manat vəsait ayrılacaq. O, bu sayın və məbləğin artırılacağını da istisna etməyib.
Sonda ölkədə fəaliyyət göstərən 36 KİV rəhbərinə Fəxri Fərman və pul mükafatı təqdim edilib.\\azadinform

Baxılıb: 1732 dəfə.

Other news

"Facebook"un bütün səhmlərinin dəyəri 105 milyard dollardır

There are no translations available.

"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja ...

Seydu Dumbiya

Seydu Dumbiya "Liverpul"un maraq dairəsinə düşüb

There are no translations available.

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasın...

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

There are no translations available.

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləş...

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

There are no translations available.

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqəd...