Bu gün Beynəlxalq Mətbuat Mərkəzində “Mərhəmət Elçisi” jurnalının təşkilatçlığı ilə “Əbədi Lider – Əbədi İdeyalar” layihəsi çərçivəsində tədbir keçirilib. Tədbir milli mətbuatımızın 136 illiyinə həsr olunub. Jurnalın baş redaktoru Şakir Əhmədli Azərbaycan mətbuatının yaranması və inkişafından söhbət açaraq mətbuat nümayəndələrini təbrik edib. Tədbirdə xalq artisti Canəli Əkbər, BDU-nun dosenti Fikrət Əlizadə və bir sıra görkəmli şəxslər iştirak ediblər. Onlar da mövzu ilə bağlı fikirlərini tədbir iştirakçıları ilə bölüşüblər.
"Mərhəmət elçisi" jurnalı mətbuatın 136 illiyilə bağlı tədbir keçirdi
There are no translations available.


