Sunday, May 20th

Last update12:31:32 PM GMT

English

MEDIA

Yeni media texnologiyalarının tədris modulları hazırlanıb

E-mail Print
There are no translations available.

Bu gün BMM-də Multimedia İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzi “Yeni media texnologiyalarının tədrisinin təkmilləşdirilməsi” mövzusunda dəyirmi masa keçirib.

Tədbirdə mərkəzin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edərək, yeni media texnologiyalarının tədris modullarının hazırlanması haqqında ətraflı məlumat verib. Onun sözlərinə görə, yeni mediaya giriş fənni universitetlərdə məcburi şəkildə tətbiq edilməlidir. Osman Gündüz qeyd edib ki, Multimedia Mərkəzi yeni medianın gələcək tədris modelinin əsas istiqamətləri haqqında peşəkar müzakirələr keçirməyi, irəli sürülən təklif və tövsiyyələr əsasında yeni medianın tədris modullarının yenidən işlənməsi və jurnalistika təhsili verən ali təhsil müəssisələrinə təqdim etməyi nəzərdə tutub. Yeni medianın tədris modulları Multimedia Mərkəzinin həyata keçirdiyi “Yeni medianın tədrisinin təkmilləşdirilməsi” layihəsi çərçivəsində hazırlandığını deyən Osman Gündüz qeyd edib ki, tələbələrin praktiki vərdişlərinin artırılmasına kömək məqsədilə layihə çərçivəsində 9 universitetə Onlayn Laboratoriyalar təqdim olunub, bununla bağlı təlimlər keçirilib.
Qeyd edək ki, layihə ABŞ-Azərbaycan Media İnkişaf Fondu tərəfindən dəstəklənib.

Osman Gündüz: Elektron bələdiyyə ilə bağlı ayrıca Dövlət Proqramının qəbuluna ciddi ehtiyac var

E-mail Print
There are no translations available.

“Dövlət qurumlarının elektron xidmətlərinin təşkili ilə bağlı Sərəncamda nəzərdə tutulan Portal hələ də ortalıqda yoxdur, onun strukturu, konsepsiyası haqqında hökumət sənədi də yoxdur”.

Bu barədə Multimedia Mərkəzinin direktoru Osman Gündüz bu gün Beynəlxalq Mətbuat Mərkəzində keçirilən “Elektron xidmətlərə keçid: mövcud və perspektivlər” Dəyirmi masada söyləyib. Onun sözlərinə əsasən, elektron formaya keçidi əks etdirən  keçid planı hələ də işlənməyib. “Elektron hökumətin formalaşması ilə bağlı konseptual sənəd hazırlanmayıb. Bunlar əsas problemlərdir. Elektron hökumətlə və ümumiyyətlə informasiyalaşma ilə bağlı hər hansı koordinasiyaedici qurum da formalaşmayıb”,-deyə o, əlavə edib. Osman Gündüzün dediklərinə əsasən, elektron bələdiyyə ilə bağlı ayrıca dövlət proqramının qəbuluna da ciddi ehtiyac var. O bildirib ki, dövlət qurumları ilə bələdiyyələr arasında kəskin bərabərsizlik yaranıb.

“Şəffaflıq və informasiya mühiti yetərli deyil. Elektron hökümətlə bağlı dövlət proqramının heç bir internet resursu yaradılmayıb”,- deyə Osman Gündüz diqqətə çatdırıb. Bununla yanaşı o, bu barədə təklif və tövsiyələrini də söyləyib. O, qeyd edib ki, əvvəlcə xidmətlərin elektron formaya keçirilməsi üçün keçid planı hazırlanmalı, bu planda mərhələlər öz əksini tapmalıdır. Hər bir dövlət qurumunda elektron xidmətlərlə bağlı məsul şəxslər, qurumlar ayrılmalıdır. Bütün proseslərin konkret İKT şöbəsinə həvalə edilməsi düzgün yanaşma deyil. “Dövlət və bələdiyyə qurumları tərəfindən təqdim olunan xidmətlərin inventarizasiyasının aparılması və ümumi siyahının hazırlanması vacibdir. O, həmçinin əlavə edib ki, Bakı şəhər İH və onun nəzarətində olan dövlət  orqanlarının xidmətlərinin reyestrinin hazırlanması olduqca zəruridir.\\azadinform.az

 

“İslamda yas mərasimləri və əyintilər” yazı müsabiqəsinin qalibləri mükafatlandırıldı

E-mail Print
There are no translations available.

Bu gün “Bakı xəbər” qəzetinin təşkil etdiyi “İslamda yas mərasimləri və əyintilər” adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Beynəlxalq Mətbuat Mərkəzində baş tutan mükafatlandırma mərasimində qəzetin baş redaktoru Ayqdın Quliyev bildirib ki, müsabiqənin məqsədi problemi aktuallaşdırmaq və aradan qaldırmaq üçün bir sistem formalaşdırmaqdır. Onun sözlərinə görə, müsabiqə fevral ayında başlayıb və avqust ayına qədər davam edib. Bu müddət ərzində müsabiqəyə 61 məqalə təqdim olunub. Təqdim olunan məqalələr 29 qəzet və jurnalda, 22-si "Bakı xəbər" qəzetində, 35-i digər qəzetlərdə, 4-ü isə müxtəlif informasiya agentliklərində yayımlanıb. Məqalələr arasında 13-ü mükafata layiq görülüb. Onlardan 6-sı ilk üçlükdə qərarlaşıb. Yeddi nəfər isə həvəsləndirici mükafata layiq görülüb.

Müsabiqədə iştirak edən 61 məqalənin kitab halında çap olunması da nəzərdə tutulub.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Milli Mətbuat günü qeyd olunub

E-mail Print
There are no translations available.

Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Milli Mətbuatın 136-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə AHİK sədri, qurumun əməkdaşları, bir sıra Kütləvi İnformasiya Vasitələrinin (KİV) rəhbərləri və əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən AHİK sədri, millət vəkili Səttar Mehbalıyev xatırladıb ki, həmkarlar təşkilatlarının bir əsrdən artıq yaşı var. Onun sözlərinə görə, həmkarlar təşkilatlarının formalaşması və inkişafında Azərbaycan mətbuatının danılmaz rolu olub. Azərbaycan mətbuatının tarixi, onun keçdiyi yol və digər məsələlərdən bəhs edən S.Mehbalıyev, həmçinin bildirib ki, dövlətin inkişafında medianın böyük rolu var. Mətbuatın haqlı və qərəzsiz tənqidini çox normal qəbul etdiyini dilə gətirən S.Mehbalıyev sağlam tənqidin inkişafa yol açdığını vurğulayıb.
Azərbaycan jurnalistlərinin peşə bayramını təbrik edən və onlara gələcək fəaliyyətlərində yaradıcılıq uğurları arzulayan S.Mehbalıyev açıqlayıb ki, səmərəli əməkdaşlıq və həmkarlar təşkilatlarının fəaliyyətini geniş işıqlandırdıqlarına görə AHİK İcraiyyə Komitəsinin qərarı ilə bir sıra KİV rəhbəri Fəxri Fərman və pul mükafatına layiq görülüb. S.Mehbalıyev onu da elan edib ki, rəhbərlik etdiyi qurum bu il jurnalistlər üçün müsabiqə elan edəcək. Müsabiqədə 1-ci 3 yerə 1000, daha 8 yer üçün 500 manat vəsait ayrılacaq. O, bu sayın və məbləğin artırılacağını da istisna etməyib.
Sonda ölkədə fəaliyyət göstərən 36 KİV rəhbərinə Fəxri Fərman və pul mükafatı təqdim edilib.\\azadinform

Page 1 of 10

  • «
  •  Start 
  •  Prev 
  •  1 
  •  2 
  •  3 
  •  4 
  •  5 
  •  6 
  •  7 
  •  8 
  •  9 
  •  10 
  •  Next 
  •  End 
  • »

Other news

"Facebook"un bütün səhmlərinin dəyəri 105 milyard dollardır

There are no translations available.

"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja ...

Seydu Dumbiya

Seydu Dumbiya "Liverpul"un maraq dairəsinə düşüb

There are no translations available.

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasın...

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

There are no translations available.

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləş...

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

There are no translations available.

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqəd...