Sunday, May 20th

Last update12:31:32 PM GMT

English

“Zirvədəki şəxsiyyətlər: Səməd Vurğun–105” keçiriləcək

E-mail Print
There are no translations available.

Xalq şairi Səməd Vurğunun 105 illik yubileyi keçiriləcək.  “Zirvədəki şəxsiyyətlər: Səməd Vurğun–105” adlı anım tədbiri Dövlət Gənc Tamaşaçılar Teatrı, Səməd Vurğunun ev–muzeyi və Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin “Bura Vətəndir” məclisi tərəfindən birgə həyata keçiriləcək:

“Yubiley tədbirinin proqramı zəngindir. Öncə tədbir iştirakçıları Səməd Vurğunun Fəxri Xiyabandakı məzarını ziyarət edəcək, ədibin xatirəsini bir dəqiqəlik sükutla yad edəcək, məzarı üzərinə güllər qoyacaqlar. Ədibin nəvəsi, Səməd Vurğun Fondunun və ev-muzeyinin rəhbəri Aygün Vəkilova çıxış edəcək. Daha sonra mərasim iştirakçıları Səməd Vurğun bağında ucaldılmış şairin heykəli önündə ədibi yad edəcəklər. Burada filologiya üzrə fəlsəfə doktoru, Vurğunşünas Aslan Salmansoy çıxış edəcək, muzeyin elmi işçisi Mələk Musayeva Vaqif Səmədoğlunun “Atamın məktublarına cavab” şeirindən bir parça səsləndirəcək”.

Rəngarəng olacaq anım yubiley tədbiri şairin ev-muzeyində davam edəcək. İştirakçılar muzeyin ekspozisiyası ilə tanış olmaqla bərabər, ədəbi-bədii proqrama uyğun çıxışları izləyəcəklər. Tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar çıxış edəcəklər.

Baxılıb: 876 dəfə.

Other news

"Facebook"un bütün səhmlərinin dəyəri 105 milyard dollardır

There are no translations available.

"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja ...

Seydu Dumbiya

Seydu Dumbiya "Liverpul"un maraq dairəsinə düşüb

There are no translations available.

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasın...

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

There are no translations available.

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləş...

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

There are no translations available.

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqəd...