Sunday, May 20th

Last update12:31:32 PM GMT

English

Əbülfəs Qarayev Turizm İnstitutunun bir qrup məzunu ilə görüşüb

E-mail Print
There are no translations available.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Azərbaycan Turizm İnstitutunun Avstriyanın Krems Universitetinin proqramı üzrə məzun olan tələbələrini qəbul edib.

Görüş nazirin təşəbbüsü ilə baş tutub. Görüş zamanı Ə.Qarayev məzunlara öz nəsihət və tövsiyələrini verib, həmçinin məzunların gələcək planları ilə bağlı fikirlərini bölüşüb. Ə.Qarayev Krems Universitetinin diplomunu alan məzunların peşəkarlığını yüksək qiymətləndirdiyini və onların gələcək turizm sənayesi üçün çox vacib kadrlar olduğunu vurğulayıb. Nazir bildirdi ki, yüksək peşəkarlıqla yanaşı, müasir kadrlarda sərbəst düşünmə qabiliyyətinin və xarici dil bilgilərinin olması da çox önəmlidir. Ə.Qarayev məzunlara Azərbaycanın mədəniyyətini, tarixini dərindən bilməyi də tövsiyə edib. Görüşdə ölkəmizdə turizm statistikasının vəziyyəti, bununla bağlı hazırda rast gəlinən çətinliklər və bu çətinliklərin aradan qaldırılması istiqamətində yeni yetişən turizm kadrlarının roluna və bu istiqamətdə elmi araşdırmaların gücləndirilməsi zərurətinə toxunulub. 
Görüşdə aparılan müzakirələr zamanı məzunların diplom işlərinin müdafiəsi zamanı seçdikləri mövzulara da toxunulub. Məlum olub ki, elə mövzular var ki, Azərbaycanda ilk dəfədir gündəmə gətirilir. Buna görə də nazir ATİ rəhbərliyinə məzunların buraxılış işlərinin tezislərini praktiki baxımdan istifadə edilməsi üçün hazırlayıb Mədəniyyət və Turizm Nazirliyinə təqdim etmək barədə göstəriş verib.
Qeyd edək ki, Ə.Qarayev özü ATİ-nin müəllimidir. Görüş əsnasında o, növbəti tədris ilindən həftədə bir dəfə müntəzəm olaraq ATİ-də dərs keçəcəyini də diqqətə çatdırıb.

Baxılıb: 1267 dəfə.

Other news

"Facebook"un bütün səhmlərinin dəyəri 105 milyard dollardır

There are no translations available.

"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja ...

Seydu Dumbiya

Seydu Dumbiya "Liverpul"un maraq dairəsinə düşüb

There are no translations available.

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasın...

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

There are no translations available.

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləş...

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

There are no translations available.

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqəd...