18 May 2012
PRESS-ANONS
18 May Saat 12: 00 ; Yer BMM –in Dəyirmi zalı
Azad Qarabağ Uğrunda Alyansın təşəbbüsü ilə Qarabağ Forumu keçirilir.
Sunday, May 20th
Last update12:31:32 PM GMT
18 May Saat 12: 00 ; Yer BMM –in Dəyirmi zalı
Azad Qarabağ Uğrunda Alyansın təşəbbüsü ilə Qarabağ Forumu keçirilir.
17 May Saat 12: 00 ; Yer BMM –in Dəyirmi zalı
Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin sədri Mübariz Əhmədoğlu “Qarabağ saaatı” mövzusunda mətbuat konfransı keçirəcəkdir.
16 May Saat 12: 00 ; Yer BMM –in Dəyirmi zalı
Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Azərbaycanın Bütövlüyü Uğrunda Cəmiyyət İctimai Birliyi “Reklamın dəyişdirilməsi, onun verilməsi üsulları və qanunvericiliyə dəyişikliklərin edilməsi” adlı dəyirmi masa keçirəcəkdir.
15 May Saat 11: 00 ; Yer BMM –in Mətbuat zalı
Hilfsverk Avstriya Beynəlxalq Təşkilatı “Himayədar Qayğı və Ailə Dəstəyi Xidmətlərinin təqdim edilməsində Yerli hökumət orqanları ilə Qeyri-hökumət Təşkilatları arasında əməkdaşlıq modelinin hazırlanması” layihəsinin bir hissəsi olan Ailə Təlimi Proqramının mahiyyəti və nəticəsinə həsr olunmuş mətbuat konfransı keçirəcəkdir.
15 May Saat 11: 00 ; Yer BMM –in Dəyirmi zalı
Dünya Azərbaycanlıları Konqresi Birlik Qurultayına Hazırlıq Təşkilatı Komitəsi Belçikanın paytaxtı Brussel şəhərində Qurultay sonrası mətbuat konfransı keçirəcəkdir.
15 May Saat 12: 00 ; Yer BMM –in Dəyirmi zalı
Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə “LAÇIN: həqiqətlər, mülahizələr, tarixi dəyərlər” adlı kitabın təqdimat mərasimi keçiriləcəkdir. Mərasim Laçın rayonunun işğal edilməsinin 20 illiyinə həsr edilir.
15 May Saat 14: 00 ; Yer BMM –in Dəyirmi zalı
“Şərq” qəzetinin təşkilatçılığı ilə keçirilən ümumilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş media qurumları arasında futbol turnirinin qaliblərinin mükafatlandırma mərasimi keciriləcəkdir.
P.S. BMM mövzu və tədbirdə səsləniləcək fikirlər üçün heç bir məsuliyyət daşımır.
14 May Saat 12: 00 ; Yer BMM –in Mətbuat zalı
“İteca Caspian” MMM şirkəti 18-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi, 6-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı və 2-ci Xəzər Beynəlxalq Plastik Kütlələr və Kauçuk sərgilərinin açılışına həsr olunmuş mətbuat konfransı keçirəcəkdir.
14 May Saat 12: 00 ; Yer BMM –in Dəyirmi zalı
Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyi və Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi liqasından ibarət QHT Koalisiyası tərəfindən həyata keçirilən “Qadınlara qarsı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında” Konvensiyanın ictimai vəkillik mexanizmlərindən istifadə” layihəsi çərçivəsində “Stereotipləri qıraq! Qadın polislərlə bağlı miflər” adlı tədqiqatın təqdimatı ilə bağlı Dəyirmi Masaya keçiriləcəkdir.
14 May Saat 14: 00 ; Yer BMM –in Mətbuat zalı
Gənc müğənni Zarina Məmmədovanın "Kaş" mahnısına çəkdirdiyi klipinin təqdimat mərasimi keçiriləcəkdir. Mərasimdə mahnının müəllifləri eləcə də klipi lentə alan rejissor Nail Naiboğlu iştirak edəcək.
P.S. BMM mövzu və tədbirdə səsləniləcək fikirlər üçün heç bir məsuliyyət daşımır.
11 May Saat 11: 00 ; Yer BMM –in Mətbuat zalı
“Feminist Qadınlar Hərəkatı” İctimai Birliyinin təsis olunması ilə bağlı mətbuat konfransı keçiriləcəkdir.
11 May Saat 12: 00 ; Yer BMM –in Mətbuat zalı
Azəri Türk Qadınlar Birliyinin və Belçika Krallığının senatoru, xanım Tilmans Dominik Conardın rəhbərliyi ilə Brusel şəhərində, Senatorluqda Azərbaycan-Ermənistan qadınlarının iştirakı ilə “Barış Qadınlardan keçər” adlı keçirilən beynəlxalq konfransla bağlı mətbuat konfransı keçiriləcəkdir.
08 May Saat 12: 00 ; Yer BMM –in Mətbuat zalı
Gədəbəy Sosial-İqtisadi İnkişaf Birliyi 9 May- görkəmli riyaziyyatçı alim, cəsur qəhrəman Mikayıl Xıdırzadənin xatirəsinə həsr olunmuş anım tədbiri keçirəcəkdir.
08 May Saat 12: 00 ; Yer BMM –in Dəyirmi zalı
Dünya Azərbaycanlıları Konqresinin (DAK) və Beynəlxalq Diaspor Mərkəzinin (BDM) təşkilatçılığı ilə Şuşanın ermənilər tərəfindən işğalının ildönümü ilə əlaqədar “Qarabağın işğalının beynəlxalq ictimaiyyətə çatdırılmasında Azərbaycan diasporunun rolu” mövzusunda konfrans keçiriləcəkdir.
P.S. BMM mövzu və tədbirdə səsləniləcək fikirlər üçün heç bir məsuliyyət daşımır.
Page 1 of 22