Sunday, May 20th

Last update12:31:32 PM GMT

English

Mübariz İbrahimova həsr olunan kitabın təqdimatı keçiriləcək

E-mail Print
There are no translations available.

Mübariz İbrahimova həsr olunan kitabın təqdimatı keçiriləcək
4 fevral 2011-ci il tarixdə, saat 18-də Gənc Tamaşaçılar Teatrında Mədəniyyət və Turizm Nazirliyi və “Ozan” nəşriyyatının təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova həsr olunan “Turan Mübarizi” adlı kitabın təqdimat mərasimi keçirilləcək.
Tədbirdə tanınmış ziyalılar elm, mədəniyyət və ədəbiyyat xadimləri, hərbçilər, mətbuat nümayəndələri və M.İbrahimovun ailə üzvləri iştirak edəcək.
Gecədə Milli Qəhrəmanın həyat və fəaliyyətindən bəhs edən çıxışlarla yanaşı, ədəbi-bədii, musiqili kompozisiya nümayiş etdiriləcək.
Nəfis şəkildə çap olunan “Turan Mübarizi” kitabında M.İbrahimovla bağlı rəsmi sənədlər, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin onunla bağlı söylədiyi dəyərli fikirlər, görkəmli elm və mədəniyyət adamlarının, ziyalıların, onu yaxından tanıyan insanların ürək sözləri, bəzi vacib tarixi faktlar, şeirlər, məqalələr, çoxsaylı fotoşəkillər və digər maraqlı materiallar yer alıb.



Baxılıb: 2820 dəfə.