Sunday, May 20th

Last update12:31:32 PM GMT

English

Dünya azərbaycanlıları 20 Yanvar faciəsini yad edəcək

E-mail Print
There are no translations available.

Dünya azərbaycanlıları 20 Yanvar faciəsini yad edəcək
20 Yanvar faciəsinin 21-ci ildönümü münasibətilə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız anım mərasimləri keçirəcəklər. Bu barədə məlumat Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən verilib. Diaspor təşkilatlarımız bu yolla faciə haqqında yaşadıqları cəmiyyəti, digər xalqların diaspor təşkilatlarını məlumatlandıracaq, 20 Yanvar faciəsi, onun mahiyyəti barədə materialların icma və birliklərimizin nəzdində fəaliyyət göstərən media orqanlarında işıqlandırılmasını təmin edəcəklər.

RUSİYA FEDERASİYASI. 20 Yanvar şəhidlərinin xatirəsi hər il olduğu kimi, bu il də Rusiya Federasiyasının bir neçə şəhərində anılacaq. Moskvadakı Bakı kinoteatrında Azərbaycanın Rusiyadakı səfirliyi ilə Ümumrusiya Azərbaycan Konqresi birlikdə anım tədbiri keçirəcək. Konqresin Sankt-Peterburq, Yekaterinburq, Xabarovsk, Ulan-ude, Samara, Tula, Ufa, Novosibirsk, Vladivostok, Həştərxan və digər şəhərlərdəki regional təşkilatları 20 Yanvar faciəsinin 21-ci ildönümünə həsr olunmuş müxtəlif tədbirlər təşkil edəcəklər.

UKRAYNA. Kiyev şəhərində Ukrayna Azərbaycanlıları Konreqsinin Azərbaycanın bu ölkədəki səfirliyi ilə birgə təşkil edəcəyi mərasimdə Qanlı Yanvar şəhidlərinin xatirəsi anılacaq, faciəyə həsr edilmiş dəyirmi masa keçiriləcək, şəhid olmuş insanların qəhrəmanlığından bəhs edən ədəbi-bədii tamaşa nümayiş etdiriləcək. Konqresin Xarkov, Donetks, Dnepropetrovsk və digər bölgələrindəki regional qurumları da anım tədbirləri keçirəcəklər.

BELARUS. Minskdə də Belarus Azərbaycan İcmaları konqresi 20 Yanvar faciəsi qurbanlarının xatirəsini Azərbaycanın bu ölkədəki səfirliyi ilə birlikdə tədbir keçirəcək. Anım mərasiminə toplaşanlara faciədən bəhs edən sənədli film göstəriləcək, bu qanlı tarix bir daha videogörüntülərdə izlənəcək.

HOLLANDİYA. Benilüks Azərbaycanlıları Konqresi (BAK) Amsterdam şəhərində xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsinin 21 illiyi münasibətilə "Benilüks News" qəzetinin 20 Yanvar faciəsinə həsr olunmuş xüsusi buraxılışını nəşr etdirəcək və poçt vasitəsilə geniş auditoriyaya yayacaq. Bu ölkənin Den Haaq şəhətində isə Hollandiya Azərbaycanın Türk Kültür Dərnəyi anım tədbiri keçirəcək. 20 Yanvar faciəsinin 21-ci ildönümünü Avropanın digər ölkələrində yaşayan soydaşlarımız da diqqətdə saxlayacaqlar.

FRANSA. Fransanın Strasburq şəhərindəki "Strasburq Azərbaycan Evi", Tuluz şəhərindəki "Azərbaycanlı Tələbələrin Assosiasiyası" anım tədbirləri təşkil edəcəklər.

FİNLANDİYA. Finlandiya Azərbaycanlıları Assosiasiyası "20 Yanvar Azərbaycan xalqının hüzn və şərəf günüdür" adlı anım tədbiri keçirəcək. Tədbirə türk icmalarının

Baxılıb: 2706 dəfə.