There are no translations available.
Gənc Tamaşaçılar Teatrında şəhidlərin anım günü keçiriləcək
Yanvarın 18-i saat 14.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kiçik zalında “Şəhidlər ölməz! Vətən bölünməz!” adlı tədbir keçiriləcək.
Teatrın, Dünya Azərbaycanlıları Konqresinin və “Bura Vətəndir” məclisinin birgə layihəsi əsasında keçiriləcək tədbir Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının əziz xatirəsinə həsr olunacaq.
Tədbir rəsmi və bədii hissədən ibarət olacaq. Rəsmi hissədən sonra yazıçı-dramaturq Tamara Vəliyevanın “Mənim ağ göyərçinim” tamaşası nümayiş olunacaq.
BMM.AZ - Aysel Fərziyeva


