Bu gün Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 20 il ötür.
BLOOD MEMORIES
Şuşanın işğalından 20 il ötür
Zəngilanın işğalından 18 il ötür
Rayon 1993-cü il 29 oktyabr tarixində erməni işğalçıları tərəfindən işğal olunub. Zəngilan rayonunda sənaye əhəmiyyətli ehtiyatları 6,5 ton qızıl və 3 min ton mis təşkil edən Vejnəli qızıl, ehtiyatları 6618 min kub metr olan və üzlük daşı istehsalına yararlı Oxçuçay mərmərləşmiş əhəngdaşı, təsdiq edilmiş ehtiyatları 129 mln. ton olan Zəngilan (Daşbaşı-Əsgurum) əhəngdaşı, ehtiyatları 6024 min ton olan qırmadaş və əhəng istehsalına yararlı Zəngilan əhəngdaşı, ümumi ehtiyatları 28943 min kub metr təşkil edən Bartaz-I və Bartaz-II porfirit, ehtiyatları 1102 min kub metr olan kərpic-kirəmid istehsalına yararlı Zəngilan gil və ehtiyatları 17367 min kub metr olan Zəngilan qum-çınqıl qarışığı yataqları var.
Zəngilan rayonunun Muğanlı kəndində diametri 50 sm, hündürlüyü 8 m, yaşı 250 il olan 1 ədəd dağdağan, Mincivan qəsəbəsində diametri 60 sm, hündürlüyü 20 m, yaşı 120 il olan 1 ədəd şərq çinarı, həmin qəsəbədə diametri 100 sm, hündürlüyü 30 m, yaşı 300 il olan 1 ədəd şərq çinarı, Zəmiyeri adlanan sahədə diametri 60 sm, hündürlüyü 12 m, yaşı 160 il olan 1 ədəd palıd ağacı pasportlaşdırılaraq qorunub. Rayonda 107 hektar sahəsi olan Avropada yeganə Bəsitçay Dövlət Təbiət Qoruğu, 2,2 min hektar sahəsi olan Arazboyu yasaqlıq, 4 ədəd təbiət abidəsi, 10 min hektar xüsusi mühafizə olunan Araz palıdı meşəsi, 12864 hektar dövlət meşə fondu, 1200-dək təbii bulaqlar, 4 mənbədən ibarət olan Yessentuki-4 suyuna tərkibcə uyğun gələn Qotursu mineral bulaqları, Seyidlər və Gəyəli kəndlərində Turşsu mineral bulaqları var.
Zəngilan böyük ekoloji terrora məruz qalmış ərazidir. Ermənistan ərazisində yaranan çirkab sular mütəmadi olaraq (2,1 min kub/gün) təmizlənmədən Araz çayının sol qolu olan Oxçuçay vasitəsilə birbaşa Araz çayına axıdılır. Ermənistan Respublikası ərazisində yerləşən Qacaran mis-molibden, Qafan mis filizsaflaşdırma kombinatlarının kimyəvi çirkli suları və Qafan, Qacaran şəhərlərinin bioloji çirkli suları təmizlənmədən (zərərsizləşdirilmədən) birbaşa Oxçuçaya buraxılır ki, bu da çay hövzəsini “ölü zonaya” çevirib, nəticədə çay suyunda əzəldən formalaşmış mikroflora və fauna məhv olub, çayın öz-özünü təmizləmə prosesi dayanıb.
Zəngilan meşə təsərrüfatının Topmeşə sahəsinin qoz, şərq çinarı və s. qiymətli ağacları ermənilər tərəfindən tamamilə qırılaraq işlik materialı kimi daşınıb. İşğal dövründə ermənilər dəfələrlə Bartaz və Vejnəli sahələrində olan ardıc meşələrində güclü yanğınlar törədiblər. Meşə Təsərrüfatı İdarəsinin inzibati binası yandırılıb, binanın ətrafında olan 2 hektara yaxın çoxillik qoz, çinar, şam ağacları tamamilə qırılıb. Daşbaşı və Leşkar meşələrində də ermənilər yanğın törədib, meşə sahəsindəki 55 hektar ərazini əhatə edən qoz meşəsinin 40-50 illik qoz ağacları, Top və Şükürataz meşə sahəsində olan 350-400 illik yaşlı palıd ağacları da ermənilər tərəfindən qırılıb daşınıb. Ermənilər tərəfindən tikinti və mebel sənayesinə yararlı çox qiymətli ağaclar kütləvi şəkildə kəsilərək Ermənistana və xarici ölkələrə satılır. İşğal altında olan ərazilərdə narkotik vasitələr becərilir, davamlı olaraq yanğınlar törədilir.
Əbülfəs Qarayev Qlobal Səyahət və Turizm Sammiti çərçivəsində görüşlər keçirib
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev və rəhbərlik etdiyi rəsmi nümayəndə heyətinin cari ilin 17-19 may tarixlərində Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində keçirilən 11-ci Qlobal Səyahət və Turizm Sammiti iştirakları davam edir. Səfərdə Ə.Qarayevi Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədov və Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov müşayiət edir.
Sammitdə bir sıra xarici ölkələrin prezidentləri, turizm nazirləri, dünyanın turizm sənayesinin aparıcı biznes strukturlarının və şəbəkələrinin, turizm və səyahət şirkətləri rəhbərləri, şəhər merləri, və s daxil olmaqla 65 ölkədən nümayəndə heyəti iştirak edir.
Sammitin iclasında turizm sənayesinin yeni inkişaf mərhələləri, bu sahədə infrastruktur və texnologiyaların yaratdığı imkanlar, turizm sənayesinin iqtisadiyyatın inkişafında rolu və digər məsələlər üzrə müzakirələr aparılıb.
Sammit çərçivəsində, nazir Ə.Qarayevin Yaponiya Milli Turizm Təşkilatının Prezidenti cənab Tadatoshi Mamiya, Çin Xalq Respublikasının Milli Turizm Administrasiyasının Vitse-Prezidenti cənab Ju Shanconq, Sudanın Turizm Naziri cənab Ahmed Babkier Nihar ilə görüşlər keçirib. Həmçinin, cənab nazirin Ümumdünya Turizm Təşkilatının Baş katibi Taleb Rifai ilə də görüşü planlaşdırılır.
“Xocalı soyqırımının 19-cu ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiqlənib
“Xocalı soyqırımının 19-cu ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiqlənib
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin sərəncamı ilə “Xocalı soyqırımının on doqquzuncu ildönümünün keçirilməsinə dair tədbirlər planı” təsdiq edilib.
More Articles...
Page 1 of 5


