23-30 aprel
Şura Yevlaxda innovasiya siniflərinin yaradılmasına da dəstək verir
Yerləşdirilib: 29.04.11 |
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti (AGAAMC) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İstedadlı şagirdlər üçün İnnovasiya Siniflərinin (İnnovation Classrooms) yaradılması” layihəsinin birinci mərhələsi çərçivəsində Yevlax şəhərində, 28-29 aprel 2011-cu il tarixində 5 orta məktəbdən 50 nəfər istedadlı orta məktəb şagirdi və təhsil işçilərinin iştirakı ilə seminar həyata keçirmişdir. Seminar Yevlax şəhəri H.Əliyev prospekti 66 ünvanda, Yevlax Təhsil şöbəsinin akt zalında baş tutub. Bu barədə məlumatı qhtxeber.az-a təşkilatın sədri, layihənin koordinatoru fəlsəfə doktoru İlqar Orucov məlumat verib. Seminarın əsas məqsədi şagirdlər üçün İnnovasiya Sinifləri təcrübəsini inkişaf etdirməklə Azərbaycan dövlətinin istedadlı uşaqların inkişafı ilə bağlı siyasətindən irəli gələn prinsiplərin həyata keçirilməsinə əlavə töhfələr vermək, istedadlı uşaqların təşkilatlanması və istedadlı uşaq kapitalının formalaşdırılmasına yardımçı olmaq, onların qeyri-formal təhsil almasına, zehni oyunlar (puzzle party) üzrə ixtiraçılıq potensialının inkişafına dəstək vermək, istedadlı şagirdləri XXI əsrin yeni yaradıcı ixtisaslarına yönləndirməklə onların imkan və bacarıqlarının reallaşmasına şərait yaratmaq, təhsildə yeni bir təcrübənin əsaslarını formalaşdırmaq olmuşdur.


"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja bağlandığı vaxt bir səhmə görə 38,37 dollar təşkil edib.
Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa çatıb.
Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin hansı marşrutlar üzrə hərəkətinə icazə veriləcəyini və məhdudlaşdırılacaq küçə və prospektlərin siyahısını açıqlayıb.
Suriyanın Hələb şəhərində Hələb Universitetinin önündə müxalifət tərəfdarı olan yüzlərlə tələbə nümayiş keçirib.
Karyerasını Rusiyanın "Anji" klubunda davam etdirən Samuel Eto'Onun yenidən "Barselona"ya qayıdacağı iddia olunur.
Həlledici görüşdə "Bavariya" və "Çelsi" klubları üz-üzə gələcək.
Dünya birjalarında neftin qiyməti aşağı düşüb.
Bu gün Kişinyovda keçirilən “FA of Moldova Cup” turnirində növbəti oyunlar keçiriləcək.
