Sunday, May 20th

Last update12:31:32 PM GMT

Azərbaycanca

“Elektron Təhsil” müsabiqəsi başladı

E-poçt Çap

11 aprel tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən “Elektron Təhsil” Respublika müsabiqəsinin başlanmasına start verilib. Müsabiqə “2008-2012-ci illərdə təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” çərçivəsində həyata keçirilir və Microsoft Azərbaycan, İntel korporasiyasının “Gələcək üçün təhsil” proqramı, Azerfon-Vodafone, AZEDUNET, Ultra, HP, MƏDƏD təşkilatları tərəfindən dəstəklənir.

Müsabiqə “Təhsildə İnternet texnologiyaları" və “Müasir məktəbdə elektron tədris resursları” istiqamətləri üzrə təşkil olunmuşdur. Müsabiqənin keçirilməsində əsas məqsəd elektron tədris resurslarından, İnternet  texnologiyalardan  tədris prosesində istifadəni populyarlaşdırmaq, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq, tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.

“Müasir məktəbdə elektron tədris resursları”  istiqaməti üzrə müsabiqəyə elektron tədris resurslarının tədris prosesində əməli tətbiqinə aid olan metodiki tədris materialları  təqdim edilə bilər. Bu istiqamət üzrə qaliblər “Fənlərin tədrisində İT-dən istifadə üzrə ən yaxşı  metodika”, “İbtidai təhsil sistemində İT-dən istifadə üzrə ən yaxşı metodika”, “Elektron tədris vəsaitlərindən istifadə edilməklə qurulan tədris prosesinin ən  yaxşı  modeli” nominasiyaları üzrə müəyyən olunacaqlar.

“Təhsildə  İnternet texnologiyalar” istiqaməti üzrə müsabiqəyə təhsil məzmunlu  İnternet resursları, bloqlar və digər İnternet layihələri təqdim edilə bilər. Qaliblər “Təhsildə İnternet resursları” və “Müəllimlərin bloqları” nominasiyaları üzrə müəyyən olunacaq.

Müsabiqədə 5 nominasiyanın hər biri üzrə qalib gələnlərə noutbuklar, netbuklar və digər xüsusi mükafatlar təqdim olunacaq.

Qeyd edək ki, müsabiqə artıq ikinci dəfə keçirilir. 2010-cu ildə keçirilən müsabiqədə 810 layihə iştirak edib. Müsabiqənin qalibləri 89 nominant arasından seçilib.

 

 

Baxılıb: 2393 dəfə.

Digər xəbərlər

"Facebook"un bütün səhmlərinin dəyəri 105 milyard dollardır

"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja bağlandığı vaxt bir səhmə görə 38,37...

Seydu Dumbiya

Seydu Dumbiya "Liverpul"un maraq dairəsinə düşüb

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa ç...

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin...