Sunday, May 20th

Last update12:31:32 PM GMT

Azərbaycanca

Müstəqilliyin 20 illik yubileyi çərçivəsində uşaqlar arasında müsabiqə keçiriləcək

E-poçt Çap

Müstəqilliyin 20 illik yubileyi çərçivəsində uşaqlar arasında müsabiqə keçiriləcək
Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 20 illik yubileyi çərçivəsində Bakı şəhərinin məktəbəqədər təhsil müəssisələrində tərbiyə alan uşaqlar arasında “Bilik, bacarıq və qabiliyyət” müsabiqəsi keçiriləcək. Bakı şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Zəminə Əliqızı bu barədə məlumat verib. O bildirib ki, müsabiqə “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət proqramı (2006 - 2010), Azərbaycan Respublikasında “Məktəbəqədər təhsilin yeniləşdirilməsi proqramı (2007 -2010) və “Təhsil haqqında” Qanunun tələblərinə müvafiq uşaqların meyl, maraq, qabiliyyət, bacarıq və istedadlarını üzə çıxartmaq, onların gələcək inkişafını təmin etmək məqsədi ilə təşkil olunur.
Z.Əliqızının sözlərinə görə, musiqi, nitq mədəniyyəti, sadə riyazi təsəvvürlərin inkişafı və rəsm nominasiyaları üzrə təşkil olunacaq müsabiqə mart, aprel, may aylarını əhatə edəcək: “ 5-6 yaşlı uşaqların intellektual, sosial-mənəvi, estetik və psixoloji cəhətdən inkişafını, dərk etmə və nitq qabiliyyətlərinin səviyyəsini müəyyən etmək məqsədi daşıyan müsabiqədə hər 4 nominasiya üzrə məktəbəqədər təhsil müəssisələrində təşkilat komitəsi və münsiflər heyəti yaradılacaq. Nominasiyalar üç - bağça, rayon, şəhər mərhələsi şəklində təşkil olunacaq. Qaliblər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin xüsusi hədiyyə və diplomları ilə təltif olunacaqlar”.//sia.az

Baxılıb: 2689 dəfə.

Digər xəbərlər

"Facebook"un bütün səhmlərinin dəyəri 105 milyard dollardır

"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja bağlandığı vaxt bir səhmə görə 38,37...

Seydu Dumbiya

Seydu Dumbiya "Liverpul"un maraq dairəsinə düşüb

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa ç...

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin...