Sunday, May 20th

Last update12:31:32 PM GMT

Azərbaycanca

Azərbaycan müəllimləri beynəlxalq konfransda

E-poçt Çap

Azərbaycan müəllimləri beynəlxalq konfransda
Almaniyanın Konrad Adenauer Fondu və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Demokratiya sizinlə başlayır” layihəsi çərçivəsində Gürcüstanın Batumi şəhərində müəllimlərin konfransı keçirilib. Konfransda Azərbaycanı Bakıdakı 5, 238, 279 və 308 nömrəli, Gəncədəki 21 nömrəli, Astaradakı 1 və 2 nömrəli, Maşxan kənd, Qusar rayonundakı 6 nömrəli, Göyçaydakı 3 nömrəli tam orta məktəblərində çalışan 10 nəfər müəllim və Təhsil Nazirliyinin aparıcı məsləhətçisi Sevil Məmmədova təmsil ediblər.
Gürcüstan və Ermənistandan dəvət olunan təhsil işçilərinin, beynəlxalq mütəxəssislərin də qatıldığı tədbirdə layihə çərçivəsində görülmüş işlər, ölkəmizdə həyata keçirilən beynəlxalq layihələr, əldə edilmiş uğurlarla bağlı Azərbaycan nümayəndələrinin təqdimat və çıxışları dinlənilib. Üç gün davam edən konfransda layihə ilə bağlı problemlər və qarşıda duran vəzifələr də ətraflı müzakirə olunub.

Baxılıb: 2863 dəfə.

Digər xəbərlər

"Facebook"un bütün səhmlərinin dəyəri 105 milyard dollardır

"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja bağlandığı vaxt bir səhmə görə 38,37...

Seydu Dumbiya

Seydu Dumbiya "Liverpul"un maraq dairəsinə düşüb

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa ç...

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin...