02 Dekabr 2011 tarixində Beynəlxalq Mətbuat Mərkəzində "Mərhəmət elçisi" jurnalının “Ekoloji Problemlərin Həllinə Mətbuat Dəstəyi” Layihəsinin təqdimatını keçirdi. Tədbiri giriş sözüylə
açan jurnalın baş redaktoru Şakir Əhmədli layihəni əhəmiyyəti, məqsədi, fəaliyyət istiqamətləri haqqında məlumat verdi.
Əsas Məqsəd
Bəşəriyyətin əsrlər boyu qarşılaşdığı qlobal problemlərdən biri olan ekoloji böhran və fəlakətlər müasir dövrdə beynəlxalq əməkdaşlığı və dünya dövlətlərinin bu istiqamətdə birgə fəaliyyətini zəruri edir. Bu problemin həlli ilə bağlı dünya dövlətləri, beynəlxalq nüfuzlu təşkilatlar, müəyyən proqram və layihələri reallaşdırırlar. Həmin ümumbəşəri problemin həllində gənclərin iştirakının əhəmiyyəti bu gün ən mühüm amillərdən biri kimi dərk edilir. Məhz buna görə Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyeva bu ilin iyulun 12-də “Ətra Mühutin Fəaliyyəti üzrə Beynəlxalq Dialoq” kompaniyasını təsis etmişdir. Bu təşəbbüs 2012-ci ildə Braziliyanın Rio-de-Janeyro şəhərində Dayanıqlı İnkişaf üzrə BMT Konfransına hazırlıq prosesində gənclərin iştirakını təşviq etmək üçün irəli sürülmüşdür. Bu təşəbbüsə azərbaycanlı gənclərin fəal surətdə qoşulmasında, onların ekoloji tərbiyəsində, maarifləndirilməsində KİV üzərinə böyük vəzifə və məsuliyyət düşür. Layihənin əsas məqsədi kompaniyanın beynəlxalq əhəmiyyətini nəzərə alaraq, ictimai dəstəyini gücləndirmək üçün mətbuatı onun müdafiəsinə cəlb etməkdir.
Fəaliyyət İstiqamətləri
- Azərbaycan Respublikasında dövlətin sosial siyasətinin mühüm tərkib hissəsi kimi ekoloji siyasətə diqqətlə yanaşılmasının, ətraf mühitin qorunması, sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin, ekologiya sahəsində Dövlət Proqramını, qanun, fərman və sərəncamların icrası ilə bağlı görülən işlərin işıqlandırılması.
- Heydər Əliyev Fondunun ekoloji problemlərin həlli ilə bağlı layihələrinə ictimai dəstəyi gücləndirmək.
- Bəşəriyyətin qlobal problemləri sırasında getdikcə daha da aktuallaşan ekoloji problemin həllinə, ətraf mühitin mühafizəsinin zəruriliyinə, bəşəriyyətin sağlam həyatına mətbuatın diqqətini yönəltməklə bu istiqamətdə onların maarifləndirmə ilə bağlı fəaliyyətini birləşdirmək.
- Ekologiya sahəsində tanınmış alimlərin, görkəmli mütəxəssislərin bu mövzuda araşdırma və nailiyyətlərin təbliği.
- Bölgələrində yerləşən ekoloji qurumlarla sıx əlaqənin təşkili.
- Başlıca ekoloji problemlərin həllinə ictimaiyyətin diqqətini cəlb etmək.
- Ümumbəşəri qlobal ekoloji fəlakətlərin qarşısının alınması üçün cəmiyyətdə maariflənməsi həyata keçirmək.
- Yeniyetmə və gənclər arasında ekoloji mövzuda materialların yayılması.
- Dünyada baş verən ekoloji fəlakətlərin səbəbləri, nəticələri, fəsadları və onların aradan qaldırılması istiqamətində göstərilən səylərin işıqlandırılması.
- Respublika ərazisində ekoloji vəziyyətlə bağlı reydlər təklif etmək.
- Ekoloji problemlərin həlli ilə bağlı ictimaiyyətin mütəmadi olaraq məlumatlandırılması.
- Ekoloji problemlərlə bağlı jurnaslistlərin fikir mübadiləsini, görüşlərini təşkil etmək.
- Ekoloji fəlakətlərin qarşısının alınmasına yardım məqsədi ilə “Qaynar məlumat” xəttinin təşkil edilməsi.
- Ekologiya sahəsində mətbuatda ən yaxşı yazı müsabiqəsinin keçirilməsi və qaliblərin mükafatlandırılması.
- Layihənin müddəti:
- 01 Dekabr 2011-ci ildən 01 Dekabr 2012-ci ilə qədərdir.
Layihənin işçi qrupu
- İdeya müəllifi və rəhbəri: Şakir Əhmədli-baş redaktor
- Elmi məsləhətçi: akademik Budaq Budaqov
- İcraçı direktor: Rasim Əhmədov
- İnformasiya koordinatoru: Tahirə İsmayılova


