Xəzər və Qafqaz regionlarının ən iri telekommunikasiya tədbiri olan “BakuTel-2011” sərgisi 23-26 noyabr tarixlərində “Bakı Ekspo” mərkəzində həyata keçiriləcək. Keçirildiyi illər ərzində bu sərgi ölkənin və bütövlükdə regionun telekommunikasiya bazarının ayrılmaz hissəsi olan İKT sahəsinin aparıcı tədbirinə çevrilmişdir.
İKT ilə maraqlanan hər bir kəsin çoxdan bəri gözlədiyi bu tədbirə heç kim laqeyd qalmayacaq, çünki, tərəqqinin gücünü hiss etmək, hətta gələcəyə nəzər salmaq üçün telekommunikasiya vasitələri sərgisi yeganə münasib yerdir!
Bu il keçirilən sərgidə iki dəfədən də çox artım müşahidə olunur. Belə ki, dünyanın 29 ölkəsindən 250-dən çox şirkət öz yeni məhsul və xidmətlərini nümayiş etdirmək üçün Bakıda bir araya gələcəklər. İlk dəfə olaraq, “BakuTel” sərgisində Avstriya, Belarus, Macarıstan, Fransa, İran, İsrail, İspaniya, Kanada, Latviya, Litva, BƏƏ, Rumıniya, ABŞ, Türkiyə, Xorvatiya və Estoniyadan 18 milli ekspozisiya da iştirak edəcək. İkinci pavilyonda isə öz miqyası və təqdim edəcəyi layihələri ilə fərqlənən Azərbaycan Respublikasının Milli pavilyonu yerləşəcək.
Bu ilki sərginin iştirakçıların arasında aparıcı İT şirkətlər, mobil operatorlar, distribütorlar, rabitə operatorları və servis şirkətləri vardır. Ənənəvi olaraq, “BakuTel” sərgisinin daimi iştirakçıları olan dünyanın İT texnologiya bazarının ən böyük iştirakçıları da bu sərgiyə toplaşıblar. Daimi iştirakçıların sırasına bir çox yeni şirkət qoşulmuşdur və ilk dəfə olaraq, onlar öz texnologiya və xidmətlərini regionun geniş mütəxəssis dairəsinə nümayiş etdirəcəklər.
Sərginin daimi iştirakçıları: Azel, Azercell Telecom, Azerfon, Aztelecom, SAZZ, B&B TV, Bakcell, Baku Telephone Communications Production Association, Caspel, Caspian Navtel, Delta Telecom, Idrak Technology Transfer, Microsoft, Nokia Siemens Networks, R.I.S.K., SINAM, Softline, Teleradio, Ultra и другие.
“BakuTel” sərgisini uzun illər dəstəkləyən Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sərginin inkişafında mühüm rol oynamışdır.Sərgiyə dəstək göstərən strukturlar arasında Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) qeyd etmək lazımdır..


