Sunday, May 20th

Last update12:31:32 PM GMT

Azərbaycanca

Azay Quliyev: “Bəzən QHT-lər təklif etdiyimiz mövzuları qavramadan layihə təqdim edirlər”

E-poçt Çap

Azay Quliyev: “Bəzən QHT-lər təklif etdiyimiz mövzuları qavramadan layihə təqdim edirlər” - FOTO

 

“Hər il elan etdiyimiz müsabiqələrin yekunlarını müzakirə edirik, verilən təklifləri araşdırırıq. QHT-lər ildən-ilə şuranın layihələrin icrasına dair tövsiyələri daha çox icra edirlər.Bununla belə, problemlər hələ də qalır”- bu sözləri Beynəlxalq Mətbuat Mərkəzində  2012-ci ildə maliyyə yardımı müsabiqəsinin mövzularının müzakirəsinə həsr olunmuş konfransda QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib: “Bəzən QHT-lər təklif etdiyimiz mövzuları qavramadan layihə təqdim edirlər. Bu, daha çox təhsil və ekologiya ilə bağlı mövzularda özünü büruzə verir. Digər istiqamətlərdə də var belə problemlər. Məsələn, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması ilə bağlı təklif etdiyimiz mövzu üzrə gələn təkliflərin 90 faizi kitab nəşri və sayt yaratmaqla bağlıdır”.

 

Azay Quliyev Şuraya ayrılan vəsaitin artırılması üçün Maliyyə Nazirliyinə müraciət etdiklərini də açıqlayıb.

Şura sədri bildirib ki, ötən il QHT-lərin dövriyyəsi 30 milyon manat təşkil edib ki, bunun cəmi 2 milyon manatı Şuranın vəsaitləridir: “Biz ayrılan vəsaitin artırılmasını istəyirik. Əgər müraciətimiz nəzərə alınarsa, planlaşdırmışıq ki, gələcəkdə 10-15 böyük, təxminən 50-100 minlik layihə, 100-200 də kiçik qrantları maliyyələşdirək”.

 

 

 

foto

 

 

 

 

 

 

 

 

 

Baxılıb: 824 dəfə.

Digər xəbərlər

"Facebook"un bütün səhmlərinin dəyəri 105 milyard dollardır

"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja bağlandığı vaxt bir səhmə görə 38,37...

Seydu Dumbiya

Seydu Dumbiya "Liverpul"un maraq dairəsinə düşüb

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa ç...

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin...