Sunday, May 20th

Last update12:31:32 PM GMT

Azərbaycanca

“Uşaq hüquqları” aylığı çərçivəsində növbəti görüş olub

E-poçt Çap

 

“Uşaq hüquqları” aylığı çərçivəsində növbəti tədbiri Ombudsmanın Gəncə regional mərkəzinin əməkdaşları Gənclər və İdman Nazirliyinin Göygöl Rayon təşkilatı ilə birlikdə bu rayondakı Gənclər Evində təşkil ediblər. Ombudsmanın nümayəndələri 12 Noyabr – Konstitusiya günü münasibətilə iştirakçıları təbrik edib, xoş arzularını bildiriblər. Ölkənin əsas qanunu olan Konstitusiyanın müddəalarının üçdə bir hissəsinin insan hüquq və azadlıqlarına həsr olunduğu, dövlət siyasətində uşaqlara xüsusi diqqət yetirildiyi, onların hüquqlarının müdafiəsi və təmini istiqamətində mühüm tədbirlərin həyata keçirildiyi vurğulanıb.

 

Regional mərkəzin əməkdaşları hazırda ölkənin müxtəlif regionlarında, o cümlədən Gəncə şəhərindəki 39 və Göygöl rayonundakı 4 saylı orta məktəblərdə şagirdlərin iştirakı ilə uşaq hüquqları üzrə pilləli tədrisin həyata keçirildiyini söyləyiblər. Tədbir iştirakçılarına təsisatda uşaq hüquqları ilə bağlı yaradılmış 916 saylı qaynar xətt barədə də ətraflı məlumat verilib.

 

Baxılıb: 768 dəfə.

Digər xəbərlər

"Facebook"un bütün səhmlərinin dəyəri 105 milyard dollardır

"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja bağlandığı vaxt bir səhmə görə 38,37...

Seydu Dumbiya

Seydu Dumbiya "Liverpul"un maraq dairəsinə düşüb

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa ç...

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin...