Sunday, May 20th

Last update12:31:32 PM GMT

Azərbaycanca

Türkdilli ölkələrin və toplumların media orqanları və informasiya qurumlarının Koordinasiya Mərkəzi yaradılacaq

E-poçt Çap

 

“Bu gün Bakıda Türkdilli Ölkələrin və Toplumların II Media Forumunda Bəyannamə qəbul olunacaq”. Bunu Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov söyləyib. Əli Həsənov deyib ki, bəyannamədə türkdilli ölkələrin və toplumların media qurumlarının və informasiya orqanlarının əməkdaşlığı məsələsi əksini tapıb. Onun sözlərinə görə, Bəyannamədə türkdilli ölkələrin və toplumların media orqanlaının və informasiya qurumlarının Koordinasiya Mərkəzinin yaradılması məsələsi də yer alacaq: “Biz istəyirik ki, türkdilli ölkələrin və toplumların rəsmi qurumları və QHT-ləri arasında əməkdaşlıq eyni zamanda media orqanları və informasiya qurumları arasında da qurulsun. Bu gün keçirilən Forumda bu məsələlər müzakirə olunacaq”.

Əli Həsənov bildirib ki, əgər Forumda təklif olarsa və dəstəklənərsə, türkdilli ölkələrin və toplumların ortaq informasiya agentliyinin yaradılması məsələsidə Bəyannamədə əksini tapa bilər.

 

Baxılıb: 792 dəfə.

Digər xəbərlər

"Facebook"un bütün səhmlərinin dəyəri 105 milyard dollardır

"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja bağlandığı vaxt bir səhmə görə 38,37...

Seydu Dumbiya

Seydu Dumbiya "Liverpul"un maraq dairəsinə düşüb

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa ç...

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin...