Sunday, May 20th

Last update12:31:32 PM GMT

Azərbaycanca

Natiq Əliyev Səudiyyə Ərəbistanı Krallığında OPEK-in 50 illik yubileyinə həsr edilmiş Beynəlxalq Energetika Forumunda iştirak edir

E-poçt Çap

Sənaye və energetika naziri Natiq Əliyev bu gündən oktyabrın 20-dək OPEK-in təsis edilməsinin 50 illik yubileyinə həsr edilmiş Beynəlxalq Energetika Forumunda iştirak etmək məqsədi ilə Səudiyyə Ərəbistanı Krallığında səfərdə olacaq. Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən AZADİNFORM-a verilən məlumata görə, səfər Səudiyyə Ərəbistanı Krallığının neft və mineral ehtiyatlar naziri Əli İ.Əl-Nəiminin rəsmi dəvəti ilə baş tutub. 
Yubiley tədbirlərində OPEK-ə üzv ölkələrin neft və qaz sektoru üzrə nazirlərin, aidiyyətli dövlət qurum və şirkətlərin rəhbərləri, transmilli energetika şirkətlərindən yüksək səviyyəli qonaqların iştirakı nəzərdə tutulub.
Forumun açılış mərasimində Səudiyyə Ərəbistanı Kralı Abdullah bin Əbdüləziz əl-Səud və Səudiyyə Ərəbistanı Krallığının Baş nazirinin ikinci müavini, daxili işlər naziri şahzadə Naif bin Əbdüləziz əl-Səud iştirak edəcəklər.
Forumda sənaye və energetika naziri Natiq Əliyev çıxış edərək yubiley münasibəti ilə Azərbaycan prezidenti İlham Əliyevin təbrik məktubunu Forum iştirakçılarına və Səudiyyə Ərəbistanı Kralı Abdullah bin Əbdüləziz əl-Səud çatdıracaq.
Forum çərçivəsində Nazirin bir sıra ikitərəfli görüşlərinin, o cümlədən Səudiyyə Ərəbistanı Krallığının Neft və Mineral Ehtiyatlar Naziri, ARAMCO Dövlət Neft Şirkətinin müdiri və digər rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub. Səfər zamanı Nazir Azərbaycanın Səudiyyə Ərəbistanı Krallığında Səfirliyi tərəfindən keçiriləcək “Azərbaycan və İslam Konfransı Təşkilatı, nailiyyətlər və perspektivlər” adlı prezentasiyada da iştirak edəcək.

Baxılıb: 5401 dəfə.

Digər xəbərlər

"Facebook"un bütün səhmlərinin dəyəri 105 milyard dollardır

"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja bağlandığı vaxt bir səhmə görə 38,37...

Seydu Dumbiya

Seydu Dumbiya "Liverpul"un maraq dairəsinə düşüb

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa ç...

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin...