Sunday, May 20th

Last update12:31:32 PM GMT

Azərbaycanca

“Xəzər təbii qazı: cari tendensiyalar və gələcək ssenarilər” mövzusunda konfrans keçirilir

E-poçt Çap

Bu gün Bakıda Dövlət Neft Şirkətinin (ARDNŞ) dəstəyi ilə Azərbaycan Diplomatik Akademiyasının (ADA) Yay Enerji Məktəbi çərçivəsində “Xəzər təbii qazı: cari tendensiyalar və gələcək ssenarilər” mövzusunda konfrans keçirilir.

Konfransda çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev son altı ildə Azərbaycanın təbii qaz ehtiyatının artımından bəhs edib.
O, hazırda ARDNŞ-in təkbaşına “Ümid” yatağının işlənməsini həyata keçirdiyini vurğulayaraq, bu yatağın 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat ehtiyatına malik olduğunu açıqlayıb. R.Abdullayev deyib ki, Azərbaycanda 40-a yaxın təbii qaz strukturu var və 2015-ci ildən etibarən il ərzində 30 milyard kubmetr qaz çıxarılacaq. ARDNŞ rəhbəri hazırda AGRİ, İTGİ və “Nabucco” layihələrində iştirakın nəzərdən keçirildiyini də xatırladıb.
Tədbirdə ADA-nın rektoru Hafiz Paşayev Yay Enerji Məktəbində 17 ölkədən 41 nümayəndənin iştirak etdiyini açıqlayıb. Konfransda bir sıra xarici ölkələrin ölkəmizdəki səfirləri ilə yanaşı, xarici ekspertlər də iştirak edirlər.
Tədbir ekspertlər səviyyəsində sabah da öz işini davam etdirəcək.\\azadinform

Baxılıb: 1275 dəfə.

Digər xəbərlər

"Facebook"un bütün səhmlərinin dəyəri 105 milyard dollardır

"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja bağlandığı vaxt bir səhmə görə 38,37...

Seydu Dumbiya

Seydu Dumbiya "Liverpul"un maraq dairəsinə düşüb

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa ç...

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin...