May ayında Dövlət Xəzər Dəniz Gəmiçiliyi (DXDG) Xorvatiyanın Ulyanik tərsanəsi ilə iki gəmi-bərənin inşasına dair müqavilə imzalayıb. Bu barədə Dövlət Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin rəisi Aydın Bəşirov deyib.
Onun sözlərinə görə, yeni bərələr 2012-ci ilin oktyabrında sifarişçiyə təhvil verilməlidir: “Əsas məqsəd Azərbaycanın tranzit potensialından tam istifadə etmək, yaxın gələcəkdə istismara veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu ilə daşınacaq yükləri vaxtında Xəzərin o tayına və əks istiqamətə çatdırmaqdır. Böyük İpək Yolunda yükdaşımaların artması DXDG-nin qarşısında yeni vəzifələr qoyur və dənizçilər bu vəzifənin öhdəsindən uğurla gəlmək əzmindədirlər”.\\azadinform


