Sunday, May 20th

Last update12:31:32 PM GMT

Azərbaycanca

Bakıda beynəlxalq neft-qaz sərgisi başlayıb

E-poçt Çap

“Bakı Ekspo” mərkəzində “18-ci Beynəlxalq Xəzər Neft və Qaz, Qaz Emalı və Neft Kimyası Sərgi”si işə başlayıb. “Azadinform”un məlumatına görə, Xəzər regionunda ən böyük sərgi olan tədbirin açılış mərasiminə Azərbaycan prezidenti İlham Əliyev qatılıb.

2 gün keçiriləcək sərginin təşkilatçısı “İteca Caspian” şirkətidir. “Caspian Oil&Gas-2011”-də dünyanın 27 ölkəsindən 285 şirkət, o cümlədən neft və qaz sektorlarını təmsil edən bütün bölmələrin istehsal və idarəetmə, neft və neft məhsullarının nəqli üzrə təşkilatların rəhbər işçiləri, ekologiya işçiləri, eləcə də elm xadimləri iştirak edir. Bundan başqa, tədbirə Böyük Britaniya, Rusiya, Türkiyə və Almaniyanın milli qrupları qatılıb. VIP-qonaqlar arasında Norveç şahzadəsi Xookon, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Ottinger, ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstar, Gürcüstanın energetika naziri Aleksandr Xetaquri, Norveçin neft və energetika naziri Ola Borten Moe və başqaları var.
Sərgi sahəsinin 40 faizdən çox hissəsini əsas etibarilə tədbirin daimi iştirakçıları olan dünya şöhrətli şirkətlər tutur. Sərginin sponsorları arasında ARDNŞ, “Baku White City”, “bp-Azerbaijan”, “Caspian Geophysical”, “Caspian Pipe Coatings”, “Conoco Phillips”, “Cross Caspian Oil & Gas Logistics”, DEPA, “Edison”, “Fluenta”, “GDF Suez”, “İnpex Corporation”, “McDermott Caspian”, “Nobel Oil”, OMV, RWE, “Statoil”, “Salans”, TAP, “Total E&P Azerbaijan” və “Volgaburmaş” şirkətləridir.
Ötən illə müqayisədə sərgi iştirakçılarının sayı 25 faiz artıb. Yerli iştirakçıların sayı da artıb – onlar bütün sərgi iştirakçılarının 38 faizini təşkil edir. İştirakçı şirkətlərin 12 faizi Azərbaycanda ilk dəfə olan şirkətlərdir.
Sərginin ekspozisiyası “Baku Expo Center” kompleksinin 2 pavilyonunu əhatə edir və burada ən yeni neft-qaz avadanlıqları, habelə neftçıxarma və enerji daşıyıcılarının nəqli sahəsində qabaqcıl texnologiyaları nümayiş olunur. Bununla yanaşı, sərgidə Azərbaycanda icra olunan və gələcəkdə həyata keçiriləcək neft və qaz layihələri təqdim edilib. Sərgidə yeni enerji bölməsi açılıb.
Sabah - iyunun 8-də isə “Hyatt Regency” mehmanxanasında “Caspian Oil & Gas” konfransı işə başlayacaq. İki gün davam edəcək tədbirdə 30-dan çox ölkədən 500-dən artıq nümayəndə heyətinin iştirakı planlaşdırılır.\\azadinform

Baxılıb: 1685 dəfə.

Digər xəbərlər

"Facebook"un bütün səhmlərinin dəyəri 105 milyard dollardır

"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja bağlandığı vaxt bir səhmə görə 38,37...

Seydu Dumbiya

Seydu Dumbiya "Liverpul"un maraq dairəsinə düşüb

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa ç...

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin...