Sunday, May 20th

Last update12:31:32 PM GMT

Azərbaycanca

Sabahdan 3 sərgiyə start veriləcək

E-poçt Çap

Bu gün 17-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi, 1-ci Xəzər Beynəlxalq Plastik Kütlələr və Kauçuk və 5-ci Yubiley Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün avadanlıqlar və Ləvazimatlar Sərgilərinin açılışına həsr olunan mətbuat konfransı keçirilib. 
İteca Caspian şirkətinin direktor müavini Bəhruz Hidayətzadə sərgilər haqqqında məlumat verib.Onun sözlərinə görə, sərgi mayın 25-dən 27-dək “Bakı Ekspo” Sərgi Mərkəzində “WorldFood Azərbaijan 2011” 17-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi “İteca Caspian LLC” və “İTE Group PLC” şorkətlərinin təşkilatçılığı ilə həyata keçiriləcək: “Sərginin əsas xüsusiyyəti nümayiş etdirilən texnologiya və avadanlığın aktuallığı və perspektivliyidir. “WorldFood Azerbaijan 2011” sərgisində 19 ölkədən 100 şirkət öz məhsul və texnologiyaları ilə iştirak edir və həmin texnologiyalar sahəsində avadanlıqların yüksək istismar səmərəsi təmin edilir”.
Sərgiyə Azərbaycan, Bolqarıstan, Almaniya, İran, Litva, Hollandiya, Rusiya, Ukrayna, Fransa və digər ölkələrdən iştirakçılar qatılacaq. Sərgi sahəsinin 30%-ni yerli şirkətlər tutur. Builki sərginin 40%-ni debütantlar təşkil edəcək. Sərgidə pəhriz məhsulları təklif edən fransız şirkətinin iştirakı pəhriz saxlayanlar üçün şad xəbər ola bilər.
“WorldFood” və “Plastex” Sərgilərinin meneceri Maya Qafarlı “WorldFood Azerbaijan 2011” sərgisinin bir meydançada “WorldFood”, “WorldDrink”, “FoodPack”, “WorldFoodTech” və “Agrihort” kimi 5 tematik ekspozisiyanın birləşdirilməsi haqda məlumat verib.
Mayın 26-da halal məhsulların istehsalına başlamaq, halal standartı haqqında məlumat almaq istəyən şirkətlər üçün halal məhsul sənayesinə həsr edilən seminar keçiriləcək.
Mayın 25-də Azərbaycanda ilk dəfə “Plastex Caspian” 1-ci Xəzər Beynəlxalq Plastik kütlələr və kauçuk sərgisi keçiriləcək. Bu debüt sərgidə 20 şirkət iştirak edir. Yerli istehsalçılardan “METAK”, Sumqayıt Texnoloji Parkı və s. müəssisələrlə yanaşı, həmçinin Avstriya və Almaniyanın milli stendləri də təqdim olunacaq. İştirakçılar siyahısında “Petkim TP, “Textima”, “Zeppelin” kimi şirkətlərin də adı var.
“Horex Azerbaijan 2011” sərgisinin meneceri Dərya Cəfərli isə bildirib ki, sərgidə Azərbaycan. Almaniya, Rusiya, Türkiyə və Fransanı təmsil edən, mehmanxana və restoran üçün avadanlıqlar, ticarət, vitrin və soyuducu avadanlıqlar, qəhvə aparatları və qəhvə, tast-fud avadanlıqları, interaktiv rəqəmsal mehmanxana televiziyası, audio-video sistemlər, dizayn və interyer tərtibatı xidmətləri və s. məhsul təqdim edən şirkətlər iştirak edəcək.
Mayın 26-da sərgi mərkəzində İsveçrənin interyer üzrə aparıcı memar və dizaynerlərindən biri tərəfindən “master-klass” seminarı keçiriləcək.

Aygün Əliyeva

Baxılıb: 1677 dəfə.

Digər xəbərlər

"Facebook"un bütün səhmlərinin dəyəri 105 milyard dollardır

"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja bağlandığı vaxt bir səhmə görə 38,37...

Seydu Dumbiya

Seydu Dumbiya "Liverpul"un maraq dairəsinə düşüb

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa ç...

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin...