Sunday, May 20th

Last update12:31:32 PM GMT

Azərbaycanca

LAYİHƏLƏR

E-poçt Çap

 

23-30 aprel

Şura Yevlaxda innovasiya siniflərinin yaradılmasına da dəstək verir
Yerləşdirilib: 29.04.11 |

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti (AGAAMC) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İstedadlı şagirdlər üçün İnnovasiya Siniflərinin (İnnovation Classrooms) yaradılması” layihəsinin birinci mərhələsi çərçivəsində Yevlax şəhərində, 28-29 aprel 2011-cu il tarixində 5 orta məktəbdən 50 nəfər istedadlı orta məktəb şagirdi və təhsil işçilərinin iştirakı ilə seminar həyata keçirmişdir. Seminar Yevlax şəhəri H.Əliyev prospekti 66 ünvanda, Yevlax Təhsil şöbəsinin akt zalında baş tutub. Bu barədə məlumatı qhtxeber.az-a təşkilatın sədri, layihənin koordinatoru fəlsəfə doktoru İlqar Orucov məlumat verib. Seminarın əsas məqsədi şagirdlər üçün İnnovasiya Sinifləri təcrübəsini inkişaf etdirməklə Azərbaycan dövlətinin istedadlı uşaqların inkişafı ilə bağlı siyasətindən irəli gələn prinsiplərin həyata keçirilməsinə əlavə töhfələr vermək, istedadlı uşaqların təşkilatlanması və istedadlı uşaq kapitalının formalaşdırılmasına yardımçı olmaq, onların qeyri-formal təhsil almasına, zehni oyunlar (puzzle party) üzrə ixtiraçılıq potensialının inkişafına dəstək vermək, istedadlı şagirdləri XXI əsrin yeni yaradıcı ixtisaslarına yönləndirməklə onların imkan və bacarıqlarının reallaşmasına şərait yaratmaq, təhsildə yeni bir təcrübənin əsaslarını formalaşdırmaq olmuşdur.

Seminar vasitəsilə şagirdlər innovasiyanın mahiyyəti, innovasiyanin formaları, ixtiraçılıq, müasir dünyanın yeni yaradıcı ixtisasları, təhsil sferasında innovasiya metodlarının tətbiqinin effektləri, insan kapitalı, beynəlxalq təcrübə - inkişaf etmiş dünya ölkələrində, ABŞ və Qərbi Avropa ölkələrində mövcud olan “İnnovasiya məktəbləri”, “İnnovasiya Sinifləri”nin iş mexanizmi, şagirdlərin bu muxtar təsisatlardakı fəaliyyəti haqqında məlumatlandırılmışdır. Eyni zamanda şagirdlərə İnnovativ Məktəb proqramı, innovativ inkişaf planı modelləri haqqında da məlumatlar verilmişdir. 
Yevlax şəhərində yerləşən 5, 8, 9 saylı orta məktəblərdə, şagirdlər arasında pilot innovasiya sinifləri təşkil edilmişdir. İnnovasiya siniflərinin rəhbər və müavinləri, katibləri şagirdlər arasından seçilmişdir. İnnovasiya siniflərinin fəaliyyət mexanizmi şagirdlərə izah olunmuş, gələcəkdə innovasiya siniflərinin fəaliyyəti çərçivəsində istedadlı şagird bankının yaradılması, görüş, disput və maraq saatlarının təşkili qaydası, şagirdlərin lokal inkişaf planlarının, təqdimatların hazırlanması və s. haqqında iştirakçılara məlumatlar verilmişdir. Yaradılmış pilot İnnovasiya Siniflərinin iş qrafiki (həftədə 1 dəfə olmaqla) müəyyənləşdirilmişdir.
Seminar çərçivəsində uşaqlarla seminar aparıcısı arasında diskussiyalar da təşkil edilmişdir.
Yerli təhsil işçiləri və müəllimlər də seminarda aktiv iştirak etmiş və yeni təcrübə - İnnovasiya sinifləri haqqında məlumatlar əldə etmişlər.
Seminarı t.e.f.d, layihənin eksperti Ruslan Rəhimli aparmışdır.
Seminarda eyni zamanda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mütəxəssisi Nigar Atakişiyeva və Yevlax Təhsil şöbəsinin məsul əməkdaşları, yerli “Kür” qəzetinin təmsilçisi də iştirak etmişlər.


Şuranın sifarişi ilə dahi şəxsiyyət Heydər Əliyevin irsi tələbələrə tədris olunub
Yerləşdirilib: 29.04.11


qhtxeber.az// Bu gün Uğur Gənclərin Maarifləndirilməsi İctimai Birliyi ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sifarişi əsasında təlim keçirib. Qhtxeber.az-ın məlumatına görə, “Heydər Əliyev və Azərbaycan mədəniyyəti” layihəsi çərçivəsində keçirilən təlimdə İctimai Birliyin sədri Əlövsət Allahverdiyev öncə layihə barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihə müddətində Heydər Əliyevin mədəniyyət sahəsindəki xidmətləri təlimlər formasında tələbələrə tədris olunacaq: “Məqsəd Heydər Əliyev irsinin təlimlər vasitəsilə gənc nəslə təbliğ olunması, öyrədilməsidir”. Təlimin məruzəçisi Turizm İnstitutunun müəlliməsi, kulturoloq Vüsalə Məmmədova “1969-1982-ci illərdə Heydər Əliyevin hakimiyyəti dövründəAzərbaycan mədəniyyəti” mövzusunda çıxış edib. Kulturoloq Heydər Əliyevin həm yaradıcı, həm də məişət mədəniyyəti sahəsində gördüyü işlər barədə danışıb. Qeyd edib ki, Heydər Əliyev I hakimiyyəti dövründə Azərbayacan mədəniyyətini dünyaya tanıtdı.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Dilarə Vəliyeva təlim iştirakçılarına şahidi olduğu faktlardan bəhs edib. O, 1982-ci ildə özünün də iştirak etdiyi Beynəlxalq Xalçaçılıq Simpoziumunu xatırladıb. Deyib ki, məhz Heydər Əliyevin təşübbüsü və tapşırığı ilə təşkil olunan simpozium əhəmiyyətinə görə xüsusi qeyd olunmalıdır: “Həmin simpoziumda dünya müzeylərində olan xalçalarımızın slaydları nümayiş etdirilirdi. Həmin tədbir ermənilərin Azərbaycan xalçaları haqqında mənimsəmə ideyasını darmadağın etdi. Bundan başqa o dövdə bir sıra filmlərin ekrana vəsiqə alması da Heydər Əliyevin mədəniyyət sahəsindəki xidmətlərindəndir”. D.Vəliyeva fikirlərini bu cür yekunlaşdırıb: “Ulu öndərin bu istiqamətdəki xidmətlərini “mədəniyyəti xalq yaşadır” prinsipindən yanaşması ilə qiymətləndirmək lazımdır. Çünki o, xalqın övladı kimi Azərbaycan mədəniyyətinin inkişafında böyük işlər görüb”.
Qeyd edək ki, təlimdə dahi şəxsiyyət Heydər Əliyevin mədəniyyət sahəsindəki xidmətləri ilə bağlı film nümayiş etdirilib.


Əlillərin sosial vəziyyəti öyrəniləcək
Yerləşdirilib: 29.04.11


Ölkədə əlilliyin vəziyyətinin öyrənilməsi ilə bağlı monitorinqlər həyata keçiriləcək. Bu barədə məlumatı Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimov verib. Bildirib ki, monitorinqlərdə məqsəd əlillərin sosial vəziyyətini öyrənmək, onların üzləşdikləri problemləri araşdırmaqdır: “Monitorinqlərlə paralel olaraq sorğular da keçiriləcək. Sorğular paytaxtla yanaşı, əyalətlərdə də aparılacaq”. Davud Rəhimov deyib ki, aparılan sorğu və monitorinqlərin nəticəsi olaraq Milli Məclisə təkliflər göndəriləcək: “Təkliflərə qanunvericilik sahəsində mövcud olan boşluqların aradan qaldırılması da daxildir”.


Marneuli qubernatorluğundan “Borçalı” İctimai Cəmiyyətinə niyə üzrxahlıq məktubu daxil olub?
Yerləşdirilib: 29.04.11


Media Mərkəzində “Borçalı” İctimai Cəmiyyətinin sədri Zəlimxan Məmmədli Gürcüstanın Kvemo-Kartli (Borçalı) bölgəsində kadr hazırlığı ilə bağlı həyata keçirəcəkləri layihə haqda məlumat verib. Z.Məmmədli bildirib ki, aparılan araşdırmalar zamanı 1991-92-ci illərdə təkcə Bolnisi rayonunda 31 kəndin adı dəyişdirildiyi məlum olub. Onun sözlərinə görə, ümumilikdə kəndlərin adlarının dəyişdirilməsi yönündə aparılan araşdırma zamanı bu rəqəmin 100-dən artıq olduğu üzə çıxıb.
Borçalıya səfəri barəsində məlumat verən Z.Məmmədli onu da qeyd edib ki, Gürcüstan hakimiyyətinin rəsmiləri ilə görüşlərdə bu məsələ onların diqqətinə çatdırılıb. Bildirilib ki, kəndlərin adının dəyişdirilməsi iki ölkə arasında mövcud normal münasibətlərin müəyyən qədər pozulmasına gətirib çıxara bilər. toponimlərlə bağlı yanlışlığın aradan qaldırılması istiqamətində qarşılıqlı iş aparıldığını bildirən Z.Məmmədli deyib ki, toponimlərlə bağlı ortada olan problemlərin həlli rəhbərlik etdiyi təşkilatın əsas vəzifələrindəndir. Bu yaxınlarda Marneulidə 10 kəndin adının dəyişdirilməsi ilə bağlı saytlarda yerləşdirilən xəritənin həqiqətə uyğun olmadığını deyən Z.Məmmədli bildirib ki, artıq bununla bağlı Marneuli qubernatorluğundan “Borçalı” İctimai Cəmiyyətinə üzrxahlıq məktubu daxil olub.
Tədbirdə əsas diqqəti Azərbaycanda təhsil alıb, Gürcüstana qayıdan gənc kadrların sosial müdafiə proqramına yönəldən Z.Məmmədli deyib ki, Gürcüstanın Kvemo-Kartli (Borçalı) bölgəsində yüksək ixtisaslı kadrlara ciddi ehtiyac duyulmaqdadır. Xüsusilə pedoqoji, hüquq və iqtisadiyyat sahəsində tələbat daha çoxdur. Beş yüz min nəfərdən çox soydaşımızın yaşadığı Borçalı (Kvemo Kartli) bölgəsində həyat səviyyəsinin inkişafı, Borçalı türklərinin Gürcüstanın ictimai siyasi həyatında fəal iştirakı, təhsilin səviyyəsinin yüksəldilməsi, mövcud problemlərin həlli daha çox müasir tələblərə cavab verən yüksək ixtisaslı kadrlardan asılıdır. Onun sözlərinə görə, “Azərbaycanda təhsil alan Gürcüstan vətəndaşı olan tələbələrlə iş üzrə Dövlət Proqramı”nın tələblərinə uyğun olaraq Gürcüstana qayıdan gənc kadrların stimullaşdırılması üçün onların sosial müdafiəsinin təmini vacibdir: “Gürcüstana qayıdan gənc kadrların öz həyatlarını qurmaları, bilik səviyyəsini yüksəltmək, elmə həvəsini artırmaq üçün indiki şəraitdə təklif olunan əmək haqları (orta hesabla 200-500 lari arası) təbii ki, yetərli deyildir. Bu şərtlərlə yüksək ixtisaslı, perspektivli gəncləri kadr kimi Borçalı bölgəsinə işə cəlb etmək, xüsusilə problemli görünür. Eyni zamanda Borçalı bölgəsinin inkişafının Azərbaycanın milli maraqlarına uyğunluğu həmin bölgəyə iqtisadi investisiya ilə yanaşı intellektual investisiya qoymağı bir məsələ kimi aktual edir”. Probelmin həlli yollarından danışan Z.Məmmədli bildirib ki, Proqramın tələblərinə uyğun olaraq kadrların öz vətənlərinə dönərək işlə təminatları iki dövlətin rəsmi qurumlarının əvvəldən razılaşdırılmış öhdəliklərinə uyğun həyata keçirilir. Belə ki, Azərbaycan tərəf Gürcüstandan olan və kadr kimi öz vətənlərinə dönən tələbələrin təhsil xərclərini öz üzərinə götürür, Gürcüstan isə onların öz ixtisasları üzrə işlə təmin olunmalarına təminat verir. Bununla yanaşı Azərbaycan tərəfi Gürcüstanın maliyyə resurslarının məhdudluğunu nəzərə alaraq həmin kadrlara leqal olaraq yardım edəcəyi haqda qarşılıqlı razılaşmağa nail olur. Gənc kadrların sosial müdafiə müddəti əsasən maksimum 5 ilə nəzərdə tutula bilər. Buna aylıq əlavə məvacib və əvəzzsiz yardımlar aiddir. Digər sosial müdafiə forması, ipoteka kreditləri, müəyyən müddətli faizsiz və ya az faizli kreditlər, dəyəri razılaşmış müddətə ödənilən əmlak alma formasında müəyyən edilə bilər.


Şuranın yardımı ilə Azərbaycan universitetlərində keyfiyyətli təhsilə dəstək veriləcək
Yerləşdirilib: 29.04.11


qhtxeber.az// Azərbaycan Tələbələr Birliyi yeni bir layihənin icrasına başlayıb. Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcək “Azərbaycan universitetlərində keyfiyyətli təhsilə dəstək” adlı layihənin əsas məqsədi universitetlərdə təhsilin daha da yaxşılaşdırılmasına dəstək olmaqdır. Mətbuat xidmətinin rəhbəri Fəxrəddin Həsənzadənin qhtxeber.az-a verdiyi məlumata görə, layihə ATB-nin təhsil məsələləri üzrə katibliyi tərəfindən əsas prioritet istiqamətlərdən biri olan ali təhsil siyasətinə dəstək olmaq məqsədilə keçiriləcək. Layihə çərçivəsində Avropanın müxtəlif ölkələrində ali təhsildə keyfiyyət mexanizmlərini təmin edən proqramları, Azərbaycan ali təhsil sistemindəki keyfiyyət təminatı layihələri və proqramları araşdırmaq, Azərbaycan reallıqlarına uyğun keyfiyyət təminatı proqramları hazırlamaq və təkliflər vermək, müxtəlif müzakirələr təşkil etmək və maraqlı tərəflərin fikirlərini toplayaraq təkliflər paketləri hazırlamaq, xarici ölkələrdən olan tərəfdaşlarla təcrübə mübadilələri etmək və s. kimi fəaliyyətlər planlaşdırılır.
Onun sözlərinə görə, layihə müddətində təhsil sahəsində digər QHT-lərlə də birgə müzakirələrin keçirilməsi, əməkdaşlıqların qurulması planlaşdırılan məsələlərdəndir.
F.Həsənzadə vurğulayıb ki, Azərbaycan Tələbələr Birliyi tam hüquqlu üzv olduğu Avropa Tələbələr Birliyinin müxtəlif ölkələrdən olan milli tələbələr birlikləri ilə də bu sahədə əməkdaşlığı gücləndirəcək.


Şura gənclərin bələdiyyə qərarlarının qəbulunda iştirakını stimullaşdırır
Yerləşdirilib: 29.04.11


qhtxeber.az// Vətəndaş Təşəbbüsləri Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Bələdiyyə orqanlarında qərar qəbuletmə proseslərinə gənclərin cəlb edilməsi” adlı layihə həyata keçirir. Birliyin rəhbəri Çingiz Gülalıyev qhtxeber.az-a bildirib ki, layihənin əsas məqsədi bələdiyyə idarəçiliyində qərar qəbuletmə proseslərinə əhalinin, xüsusilə gənclərin cəlb edilməsinin, bələdiyyə orqanlarının hesabatlılıq mexanizmlərinin qiymətləndirilməsi məqsədilə ziyalılar və cəmiyyətin digər təbəqələrinin nümayəndələri ilə birgə müzakirəsindən, bələdiyyə idarəçiliyi ilə bağlı maarifçilik və lobbiçilik fəaliyyətinin genişləndirilməsindən ibarətdir. Onun sözlərinə görə layihə çərçivəsində müzakirəyə çıxarılan problemlərin və tədqiq edilmiş və yaxud qəbul edilmiş məsləhət xarakterli qərarların Milli Məclisə, dövlət orqanlarına və yaxud digər əlaqədar təşkilatlara ünvanlanması, müzakirə edilmiş materialların toplu şəkilində ictimaiyyətə çatdırılması nəzərdə tutulur.
Layihə müddətində yerli özünüidarə problemlərinin elmi cəhətdən araşdırılması, qəbul edilən, həmçinin hazırlanmaqda olan qanunların, normativ-hüquqi aktların müzakirələrinin təşkil edilməsi, bələdiyyə idarəçiliyinin beynəlxalq və yerli təcrübəsinin araşdırılması və cəmiyyətə çatdırılması yolu ilə maarifçilik və lobbiçilik fəaliyyəti həyata keçiriləcək. Ç. Gülalıyev bildirib ki, layihənin artıq birinci mərhələsi başlayıb: “Bu müddətdə Göyçay və Ağdaş rayon ictimaiyyəti, QHT, icra nümayəndələri ilə bələdiyyələr arasında görüş keçirildi. Görüşdə əsas məqsəd rayon miqyasında bələdiyyə orqanlarında gənclərin bələdiyyə qurumlarına cəlb olunması, onların təmsil olunma səviyyəsi və sairin öyrənilməsi oldu”.
Qeyd edək ki, layihənin davam edəcəyi 4 ay ərzində bələdiyyə idarəçiliyinin inkişaf istiqamətlərinə aidiyyəti olan 4 debatın və müzakirənin həmin rayonlarda keçirilməsi nəzərdə tutulur.


Şura region qadınlarının ictimai aktivliyinin artırılmasına çalışır
Yerləşdirilib: 29.04.11
|

qhtxeber.az// Qadın Problemlərinin Tədqiqatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Qadınların demokratik proseslərdə iştirakının artırılması üçün regionlarda debatların keçirilməsi” adlı layihə həyata keçirir. Birliyin rəhbəri Sevil Allahverdiyeva qhtxeber.az-a bildirib ki, layihənin əsas məqsədi regionlarda debatlar keçirmək və qadınların cəmiyyətin ictimai-siyasi həyatında iştirakını artırmaqla gender bərabərliyinə nail olmaqdır. Onun sözlərinə görə, layihədə qadınların ictimai-siyasi münasibətlərdə passiv seyrçidən aktiv iştirakçıya çevrilməsinə çalışmaq, maarifləndirmə yolu ilə qadınları cəmiyyətin və dövlətin idarə edilməsində, siyasi partiyaların, QHT-nin fəaliyyətində aktiv iştiraka cəlb etmək, gender münasibətlərinin ədalətli şəkildə tənzimlənməsi istiqamətində maarifləndirmə işləri aparmaq, debatlar vasitəsilə gender bərabərliyi mədəniyyətini inkişaf etdirmək qarşıya qoyulan vəzifədir. QHT sədri deyib ki, layihənin hazırlıq mərhələsi davam edir. Hazırlıq mərhələsi çərçivəsində layihənin ictimaiyyətə təqdim edilməsi, layihənin menecmenti işinin qurulması, KİV-lə əlaqələrin yaradılması işinin təşkili, layihəni həyata keçirəcək kadrların formalaşdırılması və müvafiq ekspertlərin layihənin həyata keçirilməsi işinə cəlb edilməsi üçün onlarla danışıqların aparılması nəzərdə tutulub.
S.Allahverdiyeva bildirib ki, ilk olaraq Şirvan şəhərində debatın keçirilməsi planlaşdırıb. Növbəti mərhələlərdə Kürdəmir rayonu və Şəki şəhərində debatlar həyata keçirəcəkdir.

Qeyd edək ki, layihə 6 ay müddətində icra olunacaq.


Şuranın dəstəyi ilə Astarada layihə həyata keçirilir
Yerləşdirilib: 29.04.11


qhtxeber.az// “Narkotizmlə Mübarizə” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə regionlarda layihə həyata keçirir. “Yüksək tibbi xidmət - sağlam həyat” adlanan layihə 3 ay müddətini əhatə edir. Layihə çərçivəsində aprelin 28-29-da Astara rayonunda tədbir keçirilib. Qhtxeber.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə açan “Narkotizmlə Mübarizə” İctimai Birliyinin icraçı direktoru Kənan Qafarov ilk növbədə bu layihənin həyata keçirilmə zərurəti, məqsədi və məramı barədə tədbir iştirakçılarına məlumat verib. Tədbirdə tibb elmləri üzrə fəlsəfə doktoru Əliş Mevliyev layihənin böyük əhəmiyyətə malik olduğunu vurğulayıb, xüsusilə bu layihənin Astara rayonunu əhatə etməsindən danışıb. Astaranın Azərbaycanın “Cənub qapısı”nın olması, İranla həmsərhəd olması və Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən narkotik maddələrin 65%-nin İran ərazisindən ölkəmizə daxil olması faktlarını söyləyən Əliş Mevliyev Astara əhalisinin narkomaniyaya yoluxmaqda yüksək risk qrupuna daxil olduğunu bildirib. Bu cür layihələrin Astarada mütəmadi keçirilməsinin vacibliyini diqqətə çatdırıb. Daha sonra çıxış edən “Gənc Tibb Alimləri Assоsiasiyası” İctimai Birliyinin sədr müavini Rövşən İsgəndərоv regionlarda peşəkar tibb mütəxəssislərinin çatışmazlığı problemindən söhbət açıb: “Mütəxəssislərin çatışmaması da bəzən kifayət qədər bilik və təcrübəsi olmayan şəxslərin əhaliyə keyfiyyətsiz tibbi xidmət göstərməsinə və bunun nəticəsi olaraq müxtəlik fəsadlara və onlardan biri olan narkomaniyanın yayılmasına gətirib çıxarır”. Tibb müəssisələrində sanitar-gigiyena qaydalarına ciddi şəkildə əməl olunmasının vacibliyini bildirən R.İsgəndərov mütəmadi olaraq tibbi personal arasında maarifləndirmə və təbliğat işinin aparılmasının artıq zərurətə çevrildiyini vurğulayıb.
Gənc Hüquqşünaslar Birliyinin üzvü Namiq Axundov isə səhiyyə ilə bağlı qanunvericilik sahəsində son zamanlar qəbul olunmuş qanunlar, həmçinin əlavə və dəyişikliklərlə bağlı tədbir iştirakçılarını məlumatlandırıb. Əhaliyə yüksək tibbi xidmətin göstərilməsinin bir tələb kimi qəti şəkildə qanunvericilikdə təsbit olunduğunu deyən natiq buna görə həkimlərin cinayət məsuliyyəti daşıdığını qeyd edib: “Son zamanlarda edilmiş əlavə və dəyişiklik nəticəsində artıq xəstə və onun müalicəsini öz üzərinə götürmüş həkim arasında müqavilə imzalanacaq. Həkim xəstə üzərində apardığı müalicəyə görə cavabdehlik daşıyacaq”.
Qeyd edək ki, tədbirin sonunda layihə iştirakçılarına sertifikatlat təqdim olunub.


Elvin Aslanov: Xartiya QHT-lərin fəaliyyətinə çox müsbət irəliləyişlər və dəyişikliklər gətirəcək
Yerləşdirilib: 29.04.11


qhtxeber.az// Azərbaycan Tələbələr Birliyinin (ATB) iclasında “Azərbaycan QHT-lərinin Məsuliyyət Xartiyası” müzakirə edilib. Bu barədə qhtxeber.az-a Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov məlumat verib. O deyib ki, ATB Xartiya həqiqətən də yüksək səviyyədə hazırlanıb: “Xartiyadakı müddəalarının QHT-lərin bu günkü fəaliyyətinə çox müsbət irəliləyişlər və dəyişikliklər gətirəcəyinə ümid edirik. Xartiyanın digər ölkələrdəki QHT-lər, beynəlxalq təşkilatlar qarşısında Azərbaycan QHT-lərinin fəaliyyətini xarakterizə edən mühüm bir sənəd olacağına əminik”. ATB sədri digər QHT-ləri də Xartiyaya qoşulmağa və ölkəmizdəki vətəndaş cəmiyyəti quruculuğunda eyni prinsiplərdən çıxış edərək fəaliyyət göstərməyə dəvət edib.
Qeyd edək ki, Azərbaycan Tələbələr Birliyi “Azərbaycan QHT-lərinin Məsuliyyət Xartiyası”na qoşulduğunu bəyan edir.



Asif Əsgərli: Xartiyaya qoşulmaq QHT-lərin həm təşkilat daxili, həm də beynəlxalq inkişafına böyük təkan olacaq
Yerləşdirilib: 29.04.11


qhtxeber.az// “Xartiyanın mövcuq olması, bu sənədə qoşulmaq, imza atmaq QHT –lərin məsuliyyətini artıracaq və öz fəaliyyətlərinin tənzimlənməsinə xidmət edəcək. Eyni zamanda, Xartiya gələcək QHT-lərin fəaliyyətlərinə stimul yaradan bir sənəddir”. Bu açıqlama ilə Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli çıxış edib. O, qhtxeber.az-a bildirib ki, “Azərbaycan QHT-lərinin Məsuliyyət Xartiyası” həm də Azərbaycanda fəaliyyəti ilə seçilən və özünü əsl QHT standartında hesab edən QHT-lərin sayının ortaya çıxmasına gətirib çıxaracaq: “Məsuliyyət Xartiyası QHT-lərin üzərinə müəyyən öhdəliklər qoymaqla yanaşı, onların fəaliyyətini stimullaşdıran amilləri də önə çəkir. Xüsusən də QHT-lərin həm təşkilat daxili, həm də beynəlxalq inkişafına böyük təkan olacaq. Avropa ölkələrində belə sənədlər qəbul olunur və bu da QHT-lərin fəaliyyətinin müsbət istiqamətdə davam etməsinə böyük təkan olur”. QHT sədri hesab edir ki, artıq Azərbaycanda da QHT-lər təkminləşməyə doğru gedir. Bu baxımdan xartiyanın qəbul olunması artıq QHT-lər içərisində keyfiyyəti ilə, fəaliyyəti ilə seçilən QHT-lərin üzə çıxmasına gətirib çıxaracaq.
Sonda Asif Əsgərli bildirib ki, Məsuliyyət Xartiyasını müsbət qiymətləndirərək Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının da sənədə qoşulduğunu bəyan edir.


Şura qəhrəmanların şanlı döyüş yolunun tədqiqinə başlayıb
Yerləşdirilib: 29.04.11
|

qhtxeber.az// “Cəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Mədəniyyət müəssisələrinin hərbi vətənpərvərlik və qəhrəmanlıq mövzusunda nəşrlərin hazırlanması və təbliğatın gücləndirilməsində rolunun artırılması” adlı layihə həyata keçirir. Birliyin rəhbəri Fəridə Əliyeva qhtxeber.az-a bildirib ki, hazırlıq dövrü mərhələsində Quba-Qusar batalyonun döyüşçülərinin keçdiyi şanlı döyüş yolunun tədqiqi və araşdırılması məqsədilə xüsusi işçi qrupu yaradılıb. Onun sözlərinə görə, xüsusi işçi qrupunun mütəxəssisləri Quba və Qusar rayonlarına ezam olunublar: “Onlar dövlət müəssisələrində, idarələrdə, arxivlərdə, kitabxanalarda, o cümlədən sabiq döyüşçülərlə, şəhid və itkin düşən döyüşçülərin ailələri ilə görüşlər keçirəcəklər. Onlardan müsahibələr götürəcək, habelə saxlanılan məktublar, gündəliklər, fotoşəkilləri müəyyənləşdirəcək və surətlərini əldə edəcəklər”.
Qeyd edək ki, layihə 8 ay müddətində icra olunacaq.


Şura əcnəbi tələbələrdə Azərbaycanın milli adət-ənənələrinə maraq yaradacaq
Yerləşdirilib: 29.04.11


qhtxeber.az// “Türkdilli Dövlətlərlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarının maliyyə dəstəyi ilə “Azərbaycanda təhsil alan əcnəbi tələbələrə Azərbaycanın milli adət-ənənələrinin tanıdılması” layihəsini həyata keçirir. Birliyin rəhbəri Eldəniz Salmanov qhtxeber.az-a bildirib ki, layihə çərçivəsində Azərbaycanın tarixini, mədəniyyətini və işğal olunmuş ərazilərini əks etdirən 1500 ədəd buklet hazırlanıb. Onun sözlərinə görə, layihə iki mərhələdən ibarət olacaq: “Layihənin birinci mərhələsində Azərbaycan tarixi müxtəsər şəkildə və Qarabağın işğalı haqqında layihə iştirakçılarına ətraflı məlumat veriləcək. Tələbələrin Quba şəhərinə və Qubadakı soyqırım məzarlığına səyahəti təşkil ediləcək. Orada kütləvi şəkildə ağır işgəncələrlə soyqırıma məruz qalmış insanlar haqqında və ümumilikdə ermənilərin barbarlığı və törətdikləri cinayətlər haqqında layihə iştirakçılarına ətraflı məlumat veriləcək”. E.Salmanov bildirib ki, ikinci mərhələdə layihə iştirakçılarına Azərbaycan xalqının milli adət-ənənələri, mədəniyyəti və milli musiqi alətlərimiz haqqında geniş məlumat veriləcək. Onun sözlərinə görə, layihənin sonunda tələbələr arasında sorğu keçiriləcək.
Qeyd edək ki, layihə 4 ay müddətində icra olunacaq.


QHT “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına dair 8 təklif irəli sürür
Yerləşdirilib: 29.04.11


qhtxeber.az// Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı (ADTGT) “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramına dair təkliflər hazırlayıb. Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli qhtxeber.az-a açıqlamasında bildirib ki, dövlət proqramına dair ADTGT bir sıra təkliflər irəli sürür: “Bizim gənclərin fəaliyyəti və inkişafı ilə bağlı 8 təklifimiz var. Həmin təkliflərin hər birinin ayrı-ayrılıqda təsnifatını da hazırlamışıq”.
Qhtxeber.az ADTGT-nin dövlət proqramına diar həmin təkliflərini olduğu kimi diqqətinizə çatdırır:


1. Azərbaycan Gənclərinin məşğulluq problemlərinin həllinə dəstək verəcək “Gənclərin Məşğulluğu və Karyera Quruculuğu üzrə Milli Agentliyin” yaradılması

Açıqlaması (Agentliyin missiyası): Agentlik Bakıda və regionlarda gənclərə məşğulluq və effektiv karyera quruculuğu istiqamətlərində bilik, informasiya və vərdişlər aşılamaq üçün silsilə təlim, seminar, məlumatlandırma və məsləhətləşmələr keçirəcək, ölkə gəncləri üçün məşğulluq sahəsində strateji proqramlar hazırlayıb həyata keçirəcəkdir.
Agentliyin məqsəd və vəzifələri:

- Ölkə gənclərin məşğulluq və karyera quruculuğu istiqamətlərində ayrı-ayrı ehtiyaclarının təmin olunması və cəmiyyətdə gənclərin fəaliyyət dairələrinin zənginləşməsi üçün müvafiq şəraitin yaradılması;
- Azərbaycanda gənclərin məşğulluğu və karyera quruculuğu üzrə təlim-məlumatlandırma və məsləhətləşmələrin inkişafına təkan verilməsi və bu sahədə fundamental bazanın formalaşdırılması;
- Gənclərə Azərbaycan cəmiyyətinin ayrılmaz hissəsi kimi münasibət bəslənməsi və onlara öz gücünə inanmaqda kömək göstərilməsi.

2. Ali təhsil müəssisələrində tələbə-gənclər üçün qrant proqramlarının təşkili

Açıqlaması (missiya): Ali məktəblərin büdcə və büdcədənkənar vəsaitlərindən istedadlı və yaradıcı tələbələrə və tələbə qruplarına əhəmiyyətli, dəyişiklikləri əks etdirən ideya, təklif, layihə, araşdırma və proqramlarına kiçik həcmli qrant vəsaitləri ayrılır və digər dəstəklər göstərilir.

3. Region gənclərinin inkişafına dəstək verəcək “Gənclərin İnformasiya Dayaqları”nın (“Youth İnformation Points”) yaradılması

Açıqlaması (GİD-in missiyası): Region gənclərinin hərtərəfli inkişaf, ehtiyac və maraqlarına uyğun informasiya və bilgilərin çatdırılması, onlar üçün kitabxana (çap və elektron), qanunvericilik bazası, internet, İKT, metodik, təşkilati və digər texniki imkan və resursların yaradılması, təlim və konsaltinq xidmətlərinin göstərilməsi, bölgə gənclərində təşkilatlanma, inteqrasiya, fəal iştirak, təşəbbüskarlıq və könüllük işlərinə motivasiya yaradlması nəzərdə tutulur.

4. Azərbaycan Gənclər Hərəkatında xidmətləri olan, sosial-məişət durumu zəif olan liderlər üçün 100 mənzilli yaşayış binasının tikintisi
(Ölkə Prezidenti Cənab İlham Əliyevin jurnalistlərin sosial-məişət durumunu yaxşılaşdırmaq məqsədilə 2010-cu ildə yaşayış binasının tikintisi üçün 5 milyon AZN vəsaitin ayrılması və bu işin reallaşması gözəl nümunə və ənənədir)

Açıqlaması: Azərbaycan Gənclər Hərəkatında xidmətləri olan, sosial-məişət durumu
zəif olan liderlər üçün Bakıda 100 mənzilli yaşayış binasının tikintisi üçün Prezidentin
Ehtiyat Fondundan 3 milyon AZN vəsait ayrılması nəzərdə tutula bilər.

5. Ölkə gənclərinin tribunasına çevrilə bilən “Azərbaycan Gəncliyi” qəzetinin nəşr edilməsi və onun dövriliyinin təmin edilməsi
Açıqlaması: Təsisçilik formasından asılı olmayaraq, dövlət vəsaiti hesabına davamlı
nəşr olunmaqla, gənclərin və onların qurumlarının əsl tribunasına çevrilə biləcək qəzet
çap olunmalı və onun dövriliyi təmin olunmalıdır.

6. Gənclər sferasında və cəmiyyətdəki inkişaf proseslərində gənclərin rolunu işıqlandıran www.genclik.az – informasiya portalının yaradılması

Açıqlaması: Azərbaycanda bu günə qədər bu formatda operativ yenilən, dəstək verən bir portal olmadığından, gənclər sferasında, cəmiyyətdə və beynəlxalq aləmdə gənclərin və onların birləşdiyi qurumların fəaliyyətini daha fəal əks etdirən, çevik bir informasiya portalının yaradılması və müntəzəm fəaliyyəti nəzərdə tutulur.

7. Regionlarda “Gənclər mərkəzi” və “Gənclər evi” şəbəkələri genişləndirilsin və funksiyaları artırılsın

Açıqlaması: Bu gün bəzi regionlarda olan (biznes obyekti kimi fəaliyyət göstərənlər var), amma tam öz profilində fəaliyyət göstərməyən bu tipli mərkəz və evlərdən fərqli olaraq yeni prioritetlərlə, gənclər üçün geniş resurs və dəstəyə malik qurumlar kimi formalaşsın.

8. Hər il 2 fevral - Gənclər Günü ərəfəsində müxtəlif gənclər təşkilatlarına təşkilati və texniki dəstək məqsədilə birdəfəlik maliyyə yardımları göstərilsin

(Belə praktikanı Ölkə Prezidenti Cənab İlham Əliyev artıq 2 ildir KİV-lə mətbuat günü ərəfəsində həyata keçirir)

Açıqlaması: Bunu hər il 2 fevral – Gənclər Günü münasibətilə 3 – 5 min AZN məbləğində 20 təşkilata göstərmək olar.


Heydər Əliyev Fondunun təşəbbüsü ilə çap olunan kitabın Moskvada təqdimatı olub
Yerləşdirilib: 29.04.11


Rusiyanın paytaxtında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri, "Bakı" jurnalının baş redaktoru Leyla Əliyevanın təşəbbüsü ilə çap olunan “Bakılılıq” (“Bakinstvo”) adlı kitabın təqdimat mərasimi keçirilib. APA-nın verdiyi məlumata görə, Lenin adına Rusiya Dövlət Kitabxanasında keçirilən təqdimat mərasimində Azərbaycanın Rusiya federasiyasındakı səfirliyinin, Ümumrusiya Azərbaycanlıları Konqresinin və Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Kitabın müəllifi azərbaycanlı yazıçı və publisist Fərhad Ağamalıyev kitabın ərsəyə gəlməsində göstərdiyi köməyə görə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyevaya təşəkkürünü bildirib. F. Ağamalıyev “Bakılılıq" kitabında XX əsrin ortalarında Bakı və bakılılar haqqında bədii-publisistik janrda, nostalji ruhunda yazılmış və rəssam Dmitri Korotçenkonun rəsmləri ilə illüstrasiya olunmuş 15 essenin toplandığını söyləyib: “Həmin esselər 2007-ci ildən Moskvada çıxan "Bakı" jurnalında dərc edilib”. Kitabda müəllif Bakının Mirzə Fətəli küçəsində keçmiş uşaqlıq illərini xatırlayır, o dövrün rəssamlarından və musiqiçilərindən, köhnə faytonlardan, çayxanalardan və s. söhbət açır.
Qeyd edək ki, Fərhad Ağamalıyev Moskvada dərc olunan "Azərbaycan konqresi" qəzetinin diaspor şöbəsinin redaktorudur.


QHT ictimaiyyət nümayəndələri qarşısında layihənin təqdimatını keçirəcək
Yerləşdirilib: 29.04.11


qhtxeber.az// Bu gün “Müasir İnkişaf” İctimai Birliyi Beynəlxalq Mətbuat Mərkəzində mətbuat konfransı keçirəcək. Bu barədə qhtxeber.az-a məlumat verən Birliyin İdarə Heyətinin sədri Mübariz Aşırlı deyib ki, konfrans Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən “Azərbaycan tarixi dərsliklərinin monitorinqi” (V-VIII siniflər) layihəsinə həsr olunub. Tədbirdə layihə haqqında məlumat veriləcək. Həmçinin, layihə çərçivəsində görüləcək işlər təqdim ediləcək.
Qeyd edək ki, layihə aprel–avqust aylarını əhatə edir.


Şura məcburi köçkün yeniyetmələrə karyera qurmaq imkanı yaradıb
Yerləşdirilib: 29.04.11 |


qhtxeber.az// Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sumqayıt şəhərində və ətraf qəsəbələrdə məskunlaşan məcburi köçkün yeniyetmə və gənclərin peşəyönümü, fərdi inkişaf və karyera qurmaq bacarıqlarını artırmaq üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” adlı layihə həyata keçirir. Birliyin rəhbəri Sahib Fərzəliyev qhtxeber.az-a bildirib ki, layihənin məqsədi Sumqayıt və ətraf qəsəbələrdə məskunlaşan Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarından olan məcburi köçkün yeniyetmələr və gənclər peşəyönümü, peşə hazırlığı üzrə bilgilərini artırmaq, onları effektiv iş axtarışı vasitələri və üsulları, iş yerlərinə müraciət və özünu təqdim etmə qaydaları, komanda şəklində işləmək bacarıqları, işgüzarlıq qabiliyyətlərinin aşılanması və s. mövzularda maarifləndirilməsidir. Bununla da məcburi köçkün gənclərin işlə təmin olunmasına, gələcək karyeralarını qurmasına və məşğulluqlarının təmin olunmasına yardım ediləcək. Onun sözlərinə görə, bu məqsədə nail olmaq üçün Sumqayıtda yerləşən Qubadlı, Zəngilan, Cəbrayıl rayonlarının məcburi köçkün məktəblərinin yuxarı sinif şagirdlərinə düzgün peşə seçimi və gələcəkdə ehtiyac duyulacaq əsas peşələrlə bağlı 3 saatlıq təlimlər keçiləcək.
Bundan başqa layihə çərçivəsində kitab çap ediləcək.

Şura erməni təbliğatının qarşısının alınmasına maliyyə ayırıb
Yerləşdirilib: 29.04.11 |


Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi (ATSAM) İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “www.qerbiazerbaycan.com” internet səhifəsinin hazırlanmasına başlayıb. Bu barədə Trend-ə ATSAM-ın mətbuat xidmətindən məlumat verilib. Üç ay müddətində icra ediləcək layihənin əsas məqsədi azərbaycanlılara qarşı ermənilərin təhrif olunmuş təbliğatlarının qarşısını almaq, İrəvan xanlığının tarixini işıqlandırmaq, ötən əsrdə müxtəlif dövrlərdə deportasiya edilmiş azərbaycanlılar haqqında məlumat vermək, bölgənin tarixən Azərbaycan torpaqları olduğunu tarixi sənədlərlə, xarici səyyahların bölgə haqqında verdikləri məlumatlarla təsdiq etmək, Azərbaycanın ərazi bütövlüyünün bərpası və erməni təcavüzündən zərər çəkənlərin hüquqlarının beynəlxalq səviyyədə qorunması istiqamətində işlər görməkdir.
İnternet səhifəsində hazırda Ermənistan Respublikası adlanan ərazinin həqiqi sakinlərinin Azərbaycan türkləri olduğu tarixi, coğrafi, elmi-mədəni, ədəbi-ictimai, etnoqrafik baxımdan əsaslandırılacaq. Bu məqsədlə hazırlanacaq internet səhifəsinə tarixi dəyəri olan foto və arxiv materialları, xəritələr, elmi nəşrlər və məqalələr yerləşdiriləcək.
Sayt Azərbaycan, erməni, rus, ingilis dillərində olacaq. Bu layihənin icrasi ilə eyni zamanda Azərbaycan dövlətinin xarici siyasət kursu qeyri-hökumət təşkilatı səviyyəsində dəstəklənəcək. Layihə çərçivəsində hazırlanacaq internet səhifəsi Ermənistanın Azərbaycana qarşı təbliğatına cavab olacaq, bu yolla Ermənistanın Azərbaycana qarşı təbliğatında əks arqumentlər ortaya çıxarılacaq.


Fərasət Qurbanov: Şura “QHT idarəetməsinin əsasları” mövzusunda təlimlərin təşkilini planlaşdırır
Yerləşdirilib: 29.04.11
qhtxeber.az// “Bu gün QHT-lərimizin çoxsaylı təlimlərə ehtiyacı var”. Belə açıqlama ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxış edib. O qhtxeber.az-a bildirib ki, aprelin 13-dən 25-dək QHT üçün intensiv keçirilən məlumatlandırma sesiyaları layihə həyata keçirən təşkilatlar üçün idi. Həmin sessiyalar artıq yekunlaşıb və öz müsbət nəticələrini verməkdədir. Sessiyaların təşkilini vaxtında atılmış addım kimi qiymətləndirən icraçı direktor hesab edir ki, QHT-lərin fəaliyyətinin səmərəliliyini artırmaq üçün bu kimi təlimlərin keçirilməsi vacibdir. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaxın vaxtlarda “QHT idarəetməsinin əsasları” mövzusunda təlimlərin təşkilini planlaşdırır.
F.Qurbanov vurğulayıb ki, bununla yanaşı növbəti aylarda layihə həyata keçirən QHT-lərə birinci mərhələdə əldə olunan nəticələrlə bağlı yenidən məlumatlandırma sessiyaları keçiriləcək.

Gənclər Dövlət Proqramının hazılanmasını yüksək qiymətləndirirlər
Yerləşdirilib: 28.04.11


gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının müzakirəsinə həsr olunmuş Bakı gənclərinin toplantısı keçirilmişdir.
AzərTAc xəbər verir ki, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov Azərbaycan Prezidenti İham Əliyevin bir qrup fəal gənclə görüşünü xatırlatmış, ölkəmizdə 2011-2015-ci illər gənclər siyasəti üzrə Dövlət Proqramının hazırlanması ilə bağlı imzalanmış Sərəncamın müzakirəsinin geniş vüsət aldığını vurğulamışdır. Bildirmişdir ki, biz də paytaxt gənclərinin çağırışını nəzərə alaraq bu müzakirələrə qoşulduq. İnanırıq ki, təkliflərimiz Proqramda öz əksini tapacaqdır. Bu Proqram gələcəyə yönəlmiş innovativ düşüncələrlə, ölkəmizin iqtisadi göstəricilərini nəzərə alaraq Azərbaycan gəncliyini yeni zirvələrə aparacaqdır. Hazırda vətənpərvərlik, məşğulluq və təbliğatla bağlı xeyli iş görülür. Fikrimcə, inşaat-əmək dəstələrinin yaradılması, yayda natamam ali təhsilli və universitetləri bitirmiş gənclər üçün mövsümi işlərin təşkil olunması çox uğurlu addım olar.


BŞGİBİ-nin rəisi əlil və fiziki qüsuru olan gənclər üçün əmək yarmarkalarının keçirilməsini də təklif etmişdir.
Gənclər və İdman Nazirliyinin sektor müdiri Elşən Hüseynov ölkə başçısının bir qrup fəal gənci ətrafına toplayaraq onların düşüncələrini dinlədiyini və mövcud olan problemlərin aradan qaldırılması istiqamətində konkret addımların atılması ilə bağlı fikir mübadiləsi aparıldığını diqqətə çatdırmışdır. Sektor müdiri bildirmişdir ki, yeni tələblər və dünyada baş verən ictimai-siyası proseslər Proqramda öz əksini tapacaqdır. Ölkə başçısı imzaladığı Sərəncamla Dövlət Proqramının hazırlanması üçün 2 ay vaxt vermişdir. Artıq Gənclər və İdman Nazirliyi bu istiqamətdə debatlar, görüşlər və dəyirmi masalar keçirir. Biz dövlətin gənclər siyasətini həyata keçirən bir qurum kimi saytımızda xüsusi elektorn poçt yaratmışıq. Təklifi olan hər bir şəxs bura daxıl olub öz düşüncələrini və rəylərini qeyd edə bilər.
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri Gülsel Səfərova Azərbaycan Prezidenti İlham Əliyevin gənclərlə keçirdiyi görüşdə iştirak etdiyini, görüş zamanı öz təkliflərini verdiyini və rəhbərlik etdiyi təşkilatın da Proqramın hazırlanması ilə bağlı tədbirlər keçirdiyini vurğulamışdır. G.Səfərova demişdir ki, bu gün Azərbaycan gəncində kifayət qədər potensial var. Eyni zamanda, dövlətimizin də imkanı var ki, qarşılıqlı əməkdaşlıq şəklində Azərbaycan gəncliyi modelini dünyaya çıxaraq.
Yasamal rayon gənclər və idman idarəsinin rəisi İlham Səfərov növbəti dörd il üçün hazırlanacaq Proqramın əhəmiyyətindən danışmış, ölkə başçısı İlham Əliyevin gənclərə göstərdiyi qayğını diqqətə çatdırmış və öz təkliflərini irəli sürmüşdür.
Digər gənclərin də təklifləri dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.
Tədbirdə səsləndirilən təkliflər ümumiləşdirilərək Gənclər və İdman Nazirliyinə təqdim olunacaqdır.


Məktəblilər üçün media klubları formalaşdırılır
Yerləşdirilib: 28.04.11 |


qhtxeber.az// Gənclər üçün Təhsil Mərkəzi cari ilin əvvəlindən icrasına başladığı “Özümü ifadə” adlı regional layihəsi çərçivəsində konkret tədbirlərə start verdi. Bu barədə GTM-in Informasiya bölməsinin rəhbəri Inqilab Fərzəliyev qhtxber.az-a məlumat verib. Onun sözlərinə görə, Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun Budapeşt ofisinin maliyyə dəstəyi ilə reallaşdırılan layihə qaçqın və məcburi köçkün uşaqların təhsil imkanlarının genişləndirilməsini, onların özünü ifadə etmək bacarıqlarının formalaşdırılmasını və şəbəkələşmələrini nəzərdə tutur. Mərkəz layihəni pilot olaraq Füzuli rayonu Qayıdış qəsəbəsindən başlayıb. Layihə çərçivəsində Azərbaycanda ilk dəfə olaraq Qayıdış qəsəbəsində uşaqlar tərəfindən idarə olunan media klublarının yaradılması işi həyata keçirilir. Bunun üçün artıq klubun yerləşdiyi məktəbin maddi texniki bazasını gücləndirmək məqsədilə oraya bir neçə komputer avadanlığı verilmiş və internetə çıxış imkanı yaradılmışdır. Artıq şagirdlər internetə çıxış imkanından da yararlanırlar.
Sözügedən media klublarının uşaqlar tərəfindən idarə olunması üçün Mərkəzin bir qrup təlimçisi bu gün layihə ərazisinə ezam olunub, oradakı müəllim və şagirdlər üçün təlimlərə başlayıblar. Təlimlərdə əsasən media klublarının idarə olunması, uşaqların buradakı rolu və vəzifələri, özünü ifadə bacarıqları və s. tədris olunacaqdır.
Layihənin rəhbəri Rasim Ağayev isə bildirib ki, bilik və bacarıqlarının daha da təkmilləşdirilməsi məqsədilə bir qrup aktiv şagirdin iyul ayında Gürcüstanın paytaxtı Tiflis şəhərində təşkil olunacaq beynəlxalq yay düşərgəsinə aparılması və bununla da layihənin effektinin digər ölkələrə də nümayiş etdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, layihə iki il müddətində icra olunacaq.


İTM daha bir layihəni başa çatdırdı
Yerləşdirilib: 28.04.11


qhtxeber.az// İqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyi ilə həyata keçirdiyi “nativ inflyasiyanın hesablanması və inflyasiyanın modelləşdirilməsi” layihəsini başa çatdırıb. Qhtxeber.az-ın məlumatına görə, bu barədə layihənin yekunlarına həsr olunmuş konfransda məlumat verən İTM İdarə Heyətinin üzvü Dünya Camalova layihə çərçivəsində nativ yolla inflyasiya hesablamaları, inflyasiyanın proqnozlaşdırılması və amilli təhlilinə dair araşdırmaların aparıldığını, rüblük və illik iqtisadi icmallar hazırlandığını, mediada maarifləndirmə kampaniyası, seminarlar və konfranslar təşkil edildiyini bildirib. D.Camalova qeyd edib ki, 2007-ci ildən İTM Azərbaycanda ilk dəfə rəsmi statistika orqanına nativ olaraq inflyasiyanın səviyyəsini hesablamağa başlayıb: “Ötən dövr ərzində Mərkəzimiz inflyasiya və yaşayış minimununun dəyəri ilə bağlı yeganə nativ və mötəbər mənbə kimi həm ölkə daxilində, həm də ondan kənarda böyük nüfuz qazanıb. İTM-in hesablamalarının mötəbər olduğunu göstərən daha bir fakt özəl biznes qurumları, banklar və digər qeyri-bank maliyyə təşkilatları (kredit faizlərinin, kredit alanların ödəniş qabiliyyətinin müəyyənləşdirilməsi və sair məqsədlər üçün), xarici ölkə səfirlikləri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların yerli nümayəndəlikləri (tədqiqat və əmək haqlarının indeksasiyası məqsədilə) Mərkəzimizin məlumatlarına istinad etmələridir.”
SECO-nun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nailə Səfərova təmsil etdiyi qurumun ölkədə iki istiqamətdə fəaliyyətləri dəstəklədiyini deyib: “Birinci istiqamət qeyri-neft özəl sektorunun diversifikasiyası və inkişafı, ikinci istiqamət isə makroiqtisadi inkişafdır. Hər iki istiqamətdə biz dövlət strukturları ilə sıx əməkdaşlıq şəraitində işləyirik. Bu ildən etibarən biz dövlət maliyyə sistemində şəffaflığın artırılmasına yardım məqsədilə Hesablama Palatası ilə işləməyə başlayırıq”.

Layihə çərçivəsində görülən işlər barədə detallı təqdimatla çıxış edən İTM İdarə Heyətinin sədri Qubad İbadoğlu üç istiqamətdə iş aparıldığını vurğulayıb: “Bunlardan birincisi tədqiqatlar idi. Bu sahədə biz nativ inflyasiya və minimum istehlak səbətinin dəyəri üzrə hesablamalar apardıq, hər ay hesablamalarımızın nəticələrini cəmiyyətə açıqladıq. İkinci istiqamət inflyasiyanin determinantlarının müəyyənləşdirilməsi sahəsində tədqiqat idi. Bu sahədə apardığımız tədqiqatlar nəticəsində müəyyən etdik ki, monetar siyasət istehlak qiymətləri indeksinə əhəmiyyətli təsir göstərmir. Daha bir tədqiqat istiqamətimiz inflyasiyanın proqnozlaşdırılması olub. Bu sahədə biz dünya təcrübəsini ətraflı öyrənərək, 2010-cu il üçün üç model əsasında proqnozlaşdırma apardıq. Bunlar ARİMA, Şərti VAR və Şərtsiz VAR modelləridir. Təcrübə göstərdi ki, bunlardan Şərti VAR metodu əsasında aparılan proqnozlaşdırma özünü doğruldub. Belə ki, bu proqnozlaşdırmanın nəticəsi olaraq İTM tədqiqat qrupu 2010-cu ildə ölkədə 10,5 faizlik yekun inflyasiya proqnozlaşdırmışdı. Hesablamalar göstərdi ki, il ərzində Azərbaycanda bundan cüzi fərqlənən 11,45 faizlik inflyasiya baş verdi”.
Layihə çərçivəsində eyni zamanda ictimai maarifləndirmə kampaniyası (seminar, mətbuat konfransları, radiodebatlar, talk-şoular, KİV-lərdə məqalələrin dərc olunması, rüblük və illik iqtisadi icmalların hazırlanması, press-relizlərin yayılması və sair) və vəkillik işləri(təklif və tövsiyələrin hazırlanması və müvafiq dövlət strukturlarına təqdim olunması, dəyirmi masa müzakirələri, yekun konfransın təşkili və sair) də həyata keçirilib.
Tədbir sərbəst müzakirələrlə davam etdirilib.


Təşkilat ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futbol turniri keçirəcək
Yerləşdirilib: 28.04.11


qhtxeber.az// "Gəncliyin Təşəbbüsü" Mərkəzi İctimai Birliyinin təşkilatçılığı ilə mayın 2-dən 8-dək Qazax rayon Olimpiya kompleksində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini futbol üzrə turnir keçiriləcək. Bu barədə qhtxeber.az-a birliyin sədri Azər Əliyev bildirib. O deyib ki, turnirdə qərb regionundan 16 komanda iştirak edəcək.
Onun sözlərinə görə, turnirin təşkilində "Qazax Olimpik" MMC, Qazax Gənclər və idman idarəsi və YAP-ın Qazax rayon Təşkilatı da yaxından iştirak edir.


QHT sədri bildirib ki, turnirin əsas məqsədi ümummilli lider Heydər Əliyevin xatirəsini bir daha yad etmək, gənclərin vaxtlarının səmərəli təşkili və futbolun inkişafına aid dövlət proqramına dəstək olmaqdır.
Qeyd edək ki, turnirin qalibləri kubok, medal, fəxri fərman və qiymətli hədiyələrlə mükafatlandırılacaqlar.

Şura kulturoloji layihə ilə Milli Virtual Kitabxananı zənginləşdirmək niyyətindədir
Yerləşdirilib: 28.04.11


qhtxeber.az// Yeni Yazarlar və Sənətçilər Qurumu (YYSQ) Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Orta nəsil Azərbaycan yazarlarının əsərlərinin rəqəmsal formatda nəşrə hazırlanaraq Milli Virtual Kitabxanada yerləşdirməklə, anadilli İnternet resurslarımızı zənginləşdirmək” kulturoloji layihəsinin icrasına başlayıb. Layihə barədə qhtxeber.az-a məlumat verən YYSQ sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib ki, kulturoloji-humanitar layihə sayılan www.kitabxana.net - Milli Virtual Kitabxanada azərbaycan, türk və rus dillərində mindən çox elektron kitab, dərslik, lüğət, dünya və milli ədəbiyyat nümunələri, eləcə də on mindən çox intellektual materiallı oxucularına ödənişsiz təqdim edilir, elektron resurs hər gün zənginləşdirilir. Onun sözlərinə görə, layihənin növbəti mərhələsi orta ədəbi nəslin nümayəndələrinin yaradıcılığının elektron variantda hazırlanaraq virtual kitabxana vasitəsi ilə Azərbaycanda və dünyada yaşayan 50 milyonluq soydaşlarımıza çatdırmaqdır.
O bildirib ki, layihənin məqsədi çağdaş oxuculara – ölkəmizdə və ə dünyada yaşayan soydaşlarımıza ünvanlanmış klassik, dünya, həmçinin milli ədəbiyyat - kitabların, orta nəsil yazarlarımızın yeni əsərləri İnternet resursları vasitəsilə çatdırmaq, onların yaradıcılığını təbliğ etmək üçün anadilli ədəbiyyat resurslarını zənginləşdirməkdir.
“Həyata keçirilən kulturoloji layihənin bir məqsədi də nativ elektron dərslik və kitablardan istifadəni populyarlaşdırmaq, soydaşlarımızın təhsil, elm, dərslik, kitab və ədəbiyyata olan tələbatını ödəməkdir. Müəllimlər bu resursun e-kitabxana bölümündən yararlanaraq ev tapşırıqları, əlavə oxu, bədii ədəbiyyatın mütaliəsi, yeniyetmə və gənclərin sosiallaşması, qrup halında İnternetdən və İKT-dən yararlanmasına şərait yarada bilərlər” deyə A.Əbilov söyləyib.
QHT sədri kulturoloji layihənin bu mərhələsinin yeni ədəbiyyatın zənginləşməsi, innovativ texnologiyalar vasitəsilə təbliği, yayılması, yeni nəsil nümayəndələri üçün nəzərdə tutulmuş elektron resurslarını zənginləşdirilməsinə təkan verəcəyini deyib. Onun sözlərinə görə, layihə azərbaycandilli İnternet resurslarının genişləndirilməsinə səbəb olacaq, yeni elektron mütaliə, həmçinin elektron yazı mədəniyyətini formalaşdıracaq: “Bir sözlə, estetik-kulturoloji düşüncəmizin fərqli qatlarını ortaya qoyacaq, həm onların bir-birinə, həm də geniş oхucu kütləsinə tanıdacaq, bunu həm kitab, həm həm də veb-sayt vasitəsilə ediləcəkdir”.

Sumqayıt gənclərinin məşğulluğu da Şuranın diqqət mərkəzindədir
Yerləşdirilib: 28.04.11


qhtxeber.az// Potensial Sumqayıt Mütəxəssislər Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sumqayıt şəhərində və ətraf qəsəbələrdə məskunlaşan məcburi köçkün yeniyetmə və gənclərin peşəyönümü, fərdi inkişaf və karyera qurmaq bacarıqlarını artırmaq üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi” adlı layihə həyata keçirir. Birliyin rəhbəri Sahib Fərzəliyev qhtxeber.az-a bildirib ki, layihə çərçivəsində ilk təlim Sumqayıtda yerləşən Zəngilan rayonunun 23 saylı orta məktəbində keçirilib. Onun sözlərinə görə, təlimdə “Peşə seçimi nədir və nə üçün önəmlidir?”, “Özünü tanıma, maraq dairəsinin müəyyənləşdirilməsi, fiziki xüsusiyyətlər və təhsil göstəriciləri”, “Peşələr haqqında məlumat: gələcəkdə hansı peşələr aktual olacaq”, “Peşə seçərkən nələrə diqqət yetirməli”, “İxtisas və peşə təhsili üçün təhsil müəssisəsini necə seçməli” mövzularında interaktiv müzakirə aparılıb. QHT sədri deyib ki, müzakirə olunan məsələlər, peşə yönümünü müəyyənləşdirmək üçün keçirilən test iştirakçıların böyük marağına səbəb olub. O bildirib ki, layihə çərçivəsində həmçinin, Sumqayıt şəhəri və ətraf qəsəbələrdə məskunlaşan məcburi köçkün məktəblərinin yuxarı sinif şagirdləri arasında mini sorğu keçirməklə onların peşə və ixtisaslara marağı, gələcək karyeraları barədə düşüncələri, onların peşə və ixtisas seçiminə valideynlərinin təsiri və s. məsələlər araşdırılması nəzərdə tutulur. Artıq məktəblərdə sorğunun keçirilməsi işinə başlanıb. Sorğu zamanı Zəngilan, Cəbrayıl və Qubadlı məktəblərindən 300 nəfər yuxarı sinif şagirdinin rəyi öyrəniləcək.

Qeyd edək ki, layihə 6 ay müddətində icra olunacaq.

Şura ətraf mühitə məktəblilərin gözü ilə baxmaq istədi
Yerləşdirilib: 28.04.11


qhtxeber.az// Aqroeko – Konsaltinq Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri–Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ətraf mühit məktəblilərin gözü ilə” adlı layihə həyata keçirir. Birliyin rəhbəri Müşfiqə Mehdiyeva qhtxeber.az-a bildirib ki, layihənin məqsədi məktəblilərin ətraf mühitə olan münasibətlərini öyrənmək, ətraf mühiti necə qoruduqlarını bilmək, onların bilik və bacarıqlarından istifadə etməkdir. Onun sözlərinə görə, layihə Suraxanı rayonunun Zığ qəsəbəsində icra olunur: “Hazırda orta məktəb şagirdləri üçün təbiətdə baş verən hadisələr və bu hadisələrdə hər bir fərdin iştirakı və rolu, ekoloji tarazlığın saxlanılması və ətraf mühitdən səmərəli istifadə, Azərbaycanın flora və faunsı doğma yurdumuzun gələcəyi üçün şagirdlərin gördüyü işlər, ətraf mühitin yaşıllaşdırılması və abadlaşdırılmasında məktəblilərin rolu mövzusunda bir sıra təlimlər keçirilir”. QHT sədri bildirib ki, layihə çərçivəsində ətraf mühitə həsr olunmuş sərgi müsabiqəsi keçiriləcək. Layihənin sonunda keçiriləcək bu sərgi müsabiqə 3 nominasiya üzrə həyata keçiriləcək. Sonda qaliblər mükafatlandıracaq.
Qeyd edək ki, layihə 6 ay müddətində icra olunacaq.



Qəbul imtahanlarından kəsilənlər üçün Şuradan layihə
Yerləşdirilib: 28.04.11


qhtxeber.az// “Bizim şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Sumqayıt orta ümumtəhsil məktəblərində peşəyönümü işinin təşkili prosesinin dəstəklənməsi” adlı layihə həyata keçirir. Birliyin sədri Mətanət Zeynalova qhtxeber.az-a bildirib ki, layihənin hazırlıq dövrü davam edir. Onun sözlərinə görə, hazırlıq mərhələsində təlimlərin keçiriləcəyi məktəblər müəyyənləşdirilib: “Məktəblər 2010-cu ildə məzunların ali məktəblərə qəbuluna görə aşağı nəticələr göstərmiş məktəblər içərisindən seçilib. May ayından təlimlərə start veriləcək”. QHT sədrinin sözlərinə görə, təlimin gündəliyi, təlimə aid materiallar artıq hazırlanıb.
Qeyd edək ki, layihə 4 ay müddətində icra olunacaq.


Şura layihə çərçivəsində hər kəsi təhlükədən qorunmağa çağırdı
Yerləşdirilib: 28.04.11


qhtxeber.az// Mərkəzi Aranda Regional İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Hər kəs özünü bu təhlükə ilə üzləşməkdən qoruya bilər” adlı lahiyə həyata keçirir. Birliyin rəhbəri Əlicabbar Əhmədov qhtxeber.az-a bildirib ki, layihənin məqsədi qazanılmış immun çatışmazlığı sindromu virusunun törətdiyi xəstəliklə mübarizə məsələsində orta təhsil müəssisələrində və gənc nəsil arasında maarifləndirmə kampaniyasının aparılmasıdır. Onun sözlərinə görə, lahiyə çərçivəsində "İnsanın İmmun Çatışmazlığı Sindromu virusunun törətdiyi xəstəliklə mübarizə haqqında" qanunun həyata keçirilməsində yaxından iştirak ediləcək: “Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bu infeksiyaya qarşı lazımı tədbirlər həyata keçirilir. Səhiyyə Nazirliyi və ona tabe olan Respublika QİÇS-lə mübarizə mərkəzi tərəfindən əhaliyə HİV və AİDS-lə əlaqədar müayinə, müalicə, profilaktik dəstək göstərilir. Lakin buna baxmayaraq bu xəstəliklərə düçar olanlar hələ də var. Bu məqsədlə cəmiyyətin maarifləndirilməsi, sağlam həyat tərzinin təbliği, HİV-lə xəstələnmə yolları və bu viruslara yoluxmadan qorunmaq vasitələri haqqında məlumatların verilməsi vacibdir”. Ə.Əhmədovun bildirib ki, layihə çərçivəsində QİÇS-in profilaktikası üzrə geniş məzmunu, metodologiyaya əsaslanan təlimlər keçiriləcək. Bundan əlavə HİV-ə yoluxma yolları və ondan qorunma üsullarına, HİV infeksiyasının diaqnostika və müalicəsinə dair maarifləndirici vasitələr bukletlər nəşr etdiriləcək.

Qeyd edək ki, layihə 6 ay müddətində Saatlı rayonunda icra olunacaq.



Azad İskəndərli: Xartiya təşkilatların məhsuldarlığı və səmərəliliyinin artmasına xidmət edir
Yerləşdirilib: 28.04.11 |


qhtxeber.az// Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi İctimai Birliyi (RİHEMM) öz üzvləri və idarə heyəti arasında “Azərbaycan QHT-lərinin Məsuliyyət Xartiyası”nı müzakirə edib. Bu barədə qhtxeber.az-a Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi İctimai Birliyinin sədri Azad İskəndərli məlumat verib. O deyib ki, bu sənəd QHT-lərin daxili və xarici hesabatlılığına, maraqlı tərəflərlə qarşılıqlı münasibətləri möhkəmləndirilməsinə xidmət edəcək. Onun sözlərinə görə, Xartiya təşkilatların məhsuldarlığını və səmərəliliyini artırmaqla yanaşı, beynəlxalq QHT-lərlə əməkdaşlığın genişlənməsinə də kömək edəcək. RİHEMM sədri Xartiyaya qoşulmağı məqsədə müvafiq hesab etdiklərini bildirib. Həmçinin, digər təşkilatları da bu Xartiyaya qoşulmağa dəvət edib.

Şuranın dəstəyi ilə gənclərə peşə kursu keçiləcək
Yerləşdirilib: 28.04.11 |


qhtxeber.az// “Şəhid ailələrinə maddi və mənəvi dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyyə dəstəyi ilə həyata keçirdiyi “Ehtiyacı olan gənclərin peşə hazırlığının artırılması” layi¬hə¬sinin icrasına başlayıb. Birliyin sədri Nəzakət Həsənovanın qhtxeber.az-a verdiyi məlumata görə, layihəyə hazırlıq mərhələsi bitib. Belə ki, layihədə nəzərdə tutulan kompyuter kurslarının keçirilməsi üçün 2 ədəd kompyuter və kompyuter avadanlığı alınıb. Bununla yanaşı dərziçilik kursları üçün lazım olan 2 ədəd tikiş maşınları, parça və dərziçiliyə lazım olan digər avadanlıqlar əldə edilib. Eyni zamanda bərbərçilik kursu üçün 3 ədəd saç qurudan (fen) alınıb. N.Həsənova deyib ki, kurslara cəlb olunacaq Bakı şəhərində yaşayan şəhid, əlil, qaçqın ailələrinin və valideyn himayəsindən məhrum olumuş 40 nəfər ehtiyyacı olan gənclərin siyahısı artıq hazırdır.
Layihənin məqsədi Bakı şəhərində yaşayan şəhid, əlil, qaçqın ailələrinin və valideyn himayəsindən məhrum olumuş yeniyetmələrə qloballaşan müasir dünyanın tələblərinə uyğun kompyuter texnologiyası, bərbər (kişi-qadın) və dərziçilik peşələrinin öyrədilməsidir. QHT sədri bildirib ki, təlim kursu keçmiş iştirakçılara müvafiq idarə, müəssisə və təşkilatlarda işlə təmin olunmasına da köməklik göstəriləcək.
Qeyd edək ki, kurslar bitdikdən sonra iştirakçılara donor və icraçı təşkilat tərəfindən sertifkatlar veriləcək.



Şuranın dəstəyi ilə erməni təcavüzündən zərər çəkənlərin hüquqları beynəlxalq məhkəmədə müdafiə olunacaq
Yerləşdirilib: 28.04.11


qhtxeber.az// Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı Ictimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə layihə həyata keçirir. Təşkilatın sədri Faiq İsmayılovun qhtxeber.az-a verdiyi məlumata görə, layihə “Erməni təcavüzündən zərər çəkən Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpası ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı məhkəmə iddiasının qaldırılması” adlanır. O bildirib ki, layihənin həyata keçirilməsində məqsəd Erməni təcavüzündən zərər çəkən Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpasına, Ermənistanın hökümətinin məcburi köçkünlərin işğal altında qalmış daşınan və daşınmaz əmlaklarının özlərinə qaytarılmasına zəmanət verməsinə, məcburi köçkünlərin öz əmlaklarından əldə etdikləri gəlirlərin illik orta qiyməti qədər hesablanmış məbləği kompensasiya şəkilində köçkünlərə və ya onların qohumlarına qaytarılmasına nail olmaqdır. Onun sözlərinə görə, layihə çərçivəsində göstərilən məqsədə nail olmaq bir sıra işlər görüləcək: “İlkin olaraq Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpası ilə bağlı toplanmış materialları birinci istansiya Məhkəməsinə təqdim etməklə, birinci instansiya məhkəməsinin, Apelyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarlarının alınmasına nail olmaqla bu qərarlar əsasında Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı məhkəmə iddiasının qaldırılması çalışacağıq. İşğal altında qalan Azərbaycanın milli–mənəvi dəyərləri üzərində azərbaycanlıların haqlarının tanınması, eyni zamanda işğal altındakı ərazilər üzərində azərbaycanlıalrın qanuni varislik hüququnun bərpası üçün təbliğat işinin genişləndirilməsini planlaşdırmışıq. Həmçinin, Ermənistanın işğalçılıq və şovinist siyasətini dünyada ifşa edilməsini daha da sürətləndirmək və Avropaya yaymaq üçün Hollandiyada “Erməni yalanlarını ifşa mərkəzi” yaratmaq, eyni zamanda toplanmış materialları kitab şəkilində müxtəlif dillərdə çap edərək yayımı təşkil etmək də görəcəyimiz işlər sırasındadır”.
QHT sədri deyib ki, bu layihə çərçivəsində toplanan materiallar hüquqşünaslar, siyasətçilər, tarixçilər, ali və orta ümumtəhsil məktəblərinin müəllim və şagirdləri eləcədə ölkə ictimaiyyətinin digər kateqoriyadan olan nümayəndələri üçün hüquqi baza olacaqdır. Onlar öz təlimlərində və gündəlik işlərində bu sənədlərə istinad edəcək ondan yetərincə faydalanacaqlar.

Qeyd edək ki, layihə işğal olunmuş ərazilər üzərində azərbaycanlıların qanuni varislik haqqının tanıdılması istiqamətində bir çox yeni hüquqi sənədlərin meydana çıxmasına səbəb olacaq .


QHT mədəni irs turlarına start verdi
Yerləşdirilib: 28.04.11


qhtxeber.az// “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə dünən Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində “Azərbaycanın son orta əsr şəhər mədəniyyəti və orta əsr Ağsu şəhəri” silsiləsindən növbəti seminar keçirilib. Qhtxeber.az-ın məlumatına görə, tədbirdə “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədr müavini, tarixçi Rəşad İbrahimov ekspedisiyanın gördüyü işlər və onların əhəmiyyəti haqqında geniş məlumat verib. Gənclər Ağsu şəhərinin yaranma tarixindən tutmuş, orada inkişaf etmiş sənət növləri, ekspedisiyanın aşkarladığı qiymətli eksponatlar və s. haqqında ətraflı məlumat alıblar. Tədbirdə ictimai birliyn nəzdində fəaliyyət göstərən Uşaq və Gənclərlə iş şöbəsinin müdiri Cəfər Mənsimi təmsil etdiyi qurum, onların həyata keçirdiyi layihələr haqqında danışıb. Bildirilib ki, seminarların keçirilməsinin əsas məqsədi Azərbaycanın qədim tarixi və zəngin mədəni irsi haqqında gənclərə məlumat vermək, onların bilik və dünyagörüşünün hərtərəfli inkişafına, mədəniyyət ocaqlarına marağın artmasına kömək göstərmək, bu sahədəki problemləri müəyyən etməkdir.
Tədbirdə çıxış edən “Miras” İctimai Birliyinin sədri Fariz Xəlilli rəhbərlik etdiyi qurumun dünəndən etibarən “Şirvan xəzinəsinə aparan yol” adlı mədəni irs turlarına start verilməsini tədbir iştirakçılarının nəzərinə çatdırıb.
Daha sonra gənclər 2010-cu ildə həyata keçirilmiş Ağsu arxeoloji ekspedisiyasının əldə etdiyi nəticələrlə bağlı çəkilmiş sənədli filmə və “Xocalı vaxtı” filiminə baxıblar.
Tədbirdə 70 saylı liseyin və 272 saylı orta məktəbin müəllim və şagird kollektivi, elm adamları, ziyalılar, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin informasiya şöbəsinin əməkdaşları və bir sıra gənclər iştyirak edib.
Sonda məktəblilərlə qonaqlar arasında fikir mübadiləsi aparılıb. “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli fərqlənən iştirakçılara “Ağsu orta əsrlərdə” kitabını hədiyyə edib.



qhtxeber.az QHT-lərin Məsuliyyət Xartiyasının müzakirəsini davam etdirir
Yerləşdirilib: 27.04.11 |


qhtxeber.az// Bir müddət əvvəl Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Vətəndaş cəmiyyəti qurumları rəhbərlərinin hazırladığı “Azərbaycanın qeyri-hökumət təşkilatlarının Məsuliyyət Xartiyası” adlı sənəd geniş ictimaiyyətə təqdim olundu, QHT sektoru üçün önəmli olan bu sənədin geniş müzakirəsi keçirildi.
Məlumat üçün bildirək ki, Xartiyada QHT fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, ictimai effektivliyi, hesabat şəffaflığı və sair başlıca məsələ və prinsiplər əks olunub.


qhtxeber.az xeyli vaxtıdır ki, QHT-lərin ixtiyarına verilmiş bu sənədin on-line müzakirəsini həyata keçirir. Bütün QHT rəhbərləri və vətəndaş cəmiyyəti təmsilçilərini həmin müzakirələrdə aktiv iştirak etməyə, Məsuliyyət Xartiyasına dair fikir və təkliflərini, şərhləri bizimlə bölüşməyə dəvət edirik.
Təklif və rəylərinizi qhtxeber.az portalının Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz. e-mail ünvanına və ya elə saytda yerləşdirilən xüsusi bannerə (MÜZAKİRƏ) daxil olmaqla şərh bölməsinə göndərə bilərsiniz.
Bizimlə əlaqə telefonu: (012) 510 76 01

Şuranın dəstəyi ilə şagirdlərə ekoloji dərs keçilib
Yerləşdirilib: 27.04.11


qhtxeber.az// “Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Bakı şəhərində ekoloji maarifçiliyin dəstəklənməsi” layihəsinin icrası çərçivəsində Bakı şəhəri, Binəqədi qəsəbəsi 182 saylı orta məktəbdə “Ekoloji dərs” saatı təşkil edib. Qhtxeber.az-ın məlumatına görə, şagirdlər qarşısında çıxış edən layihə rəhbəri Niyaz Niftiyev Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihənin məqsədlərindən danışıb. Layihə rəhbəri son illər planetimizi narahat edən problemlərdən birinin də dünyada ekoloji gərginliyin artması və ekoloji tarazlığın pozulması olduğunu bildirib. N.Niftiyev həyata keçirilən layihənin məqsədinin də elə məhz ətraf mühitin mühafizəsi sahəsində ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işini təşkil etməkdən ibarət olduğunu bildirib. O, qeyd edib ki, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəldilən Dövlət və Milli proqramların yerinə yetirilməsi ilə bağlı görülən işləri və mövcud problemləri mətbuatda təbliğ etmək layihənin əsas vəzifələrindən olub.
“Ekoloji Tarazlığın Qorunması” İctimai Birliyinin sədr müavini Mübariz Aslanov ekoloji maarifçiliyin təbliğinin davamlılığında QHT-lər üzərinə böyük məsuliyyət düşdüyünü söyləyib. “Çünki, ətraf mühitin vəziyyəti əhalinin rifahına birbaşa və dolayı yolla təsir edir. Bunun üçün də maarifçilik işini genişləndirməklə həm əhalinin sağlamlığının qaydına qala, həm də ekoloji problemlərin qismən də olsa aradan qaldırılmasına nail ola bilərik”,-deyə M.Aslanov əlavə edib.
Ekspert Azər Nuriyev respublikamızda 2003-cü ildə ulu öndər Heydər Əliyev tərəfindən tövsiyə edilən ekoloji siyasətə dair ilk sənəd kimi “Azərbaycan Respublikasının Ekoloji Konsepsiyası”ndan danışıb. A.Nuriyev bildirib ki, bu konsepsiyada respublikamız üçün ətraf mühitin mühafizəsi baxımından əhəmiyyətli olan problemlərin həlli üzrə əsas prinsiplər öz əksini tapıb. O, müstəqillikdən sonra ölkədə ətraf mühitin mühafizəsi sahəsində yeni ekoloji siyasətin formalaşmağa başladığını bildirib. Onun sözlərinə görə, bu həm də ekoloji məsələlərin ümumbəşəri bir problem kimi qəbul edilməsi ilə də izah edilə bilər.
Dünyanın hər yerində olduğu kimi Azərbaycanda da ekologiya sahəsində müəyyən problemlərin mövcud olduğunu vurğulayan məktəbin direktor müavini Qoşqar Hümbətov ölkənin hazırda üzləşdiyi ekoloji problemlərin əksəriyyətinin iqtisadi inkişaf proseslərində ətraf mühitin davamlılığı məsələlərinin nəzərə alınmaması ilə bağlı olduğunu bildirib. O, ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə 2010-cu ilin ölkəmizdə “Ekologiya ili” elan edilməsi ilə ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığı məsələlərinin nə qədər aktual olduğundan xəbər verdiyini qeyd edib.
Dərs saatının sonunda şagirdlərə layihə çərçivəsində hazırlanan bukletlər paylanıb.


QHT miqrantların problemlərini ictimai müzakirəyə çıxardı
Yerləşdirilib: 27.04.11


qhtxeber.az// Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyi “Miqrantların qeydiyyat problemləri” mövzusunda dəyirmi masa keçirib. Qhtxeber.az-ın məlumatına görə, tədbirdə Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi İctimai Birliyinin sədri Nadir Abdullayev deyib ki, bu gün dünya əhalisinin 3 faizi miqrantdır və bu problem Azərbaycandan da yan keçməyib. O, hazırda Azərbaycanda Çin, İran, Türkiyə, Gürcüstan və digər ölkələrdən çoxlu sayda miqrantın məskunlaşdığını bildirib: “Əldə olunan rəsmi məlumatlara görə, ölkənin 970 müəssisəsində rəsmi olaraq 8166 əmək miqrantı çalışır. Daxili İşlər Nazirliyinin Miqrasiya Xidmətində 1000 çinli miqrant qeydiyyatdan keçsə də, ekspertlər bu rəqəmin 6 dəfə çox olduğunu deyirlər”. Dəyirmi masada çıxış edən Birliyin icraçı direktoru Məhərrəm Zülfüqarlı isə deyib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində qeydiyyatdan keçən əmək miqrantlarının sayı 4161 nəfərdir. M. Zülfüqarlının sözlərinə görə, Azərbaycan miqrasiya ilə bağlı qanunvericilik bazasını təkmilləşdirsə də, Dövlət Miqrasiya Xidməti adlı birbaşa bu məsələ ilə məşğul olan dövlət strukturu formalaşdırsa da, hələ də bəzi problemlər qalmaqdadır: “Azərbaycanın Xaçmaz rayonunun ərazisində olan anklav Xraxoba və Uryanoba kəndləri ilə bağlı Azərbaycanla Rusiya sərhədlərinin delimitasiyası zamanı qarşıya çıxan problem öz həllini qismən tapıb. Uryanoba kəndinin 4 sakini Azərbaycan vətəndaşlığı alsa da, təkcə Xraxoba kəndində 280 Rusiya vətəndaşı yaşayır. Belə ki, həmin iki kəndin sakinləri ya Azərbaycan vətəndaşlığını qəbul etməli, ya da digər miqrantlar kimi Rusiya vətəndaşı olduqlarından onlara da müvəqqəti əmək miqrantı statusu verilməli, ya da ölkədən deportasiya edilməlidir”. M. Zülfüqarlı Gürcüstanda yaşayan soydaşlarımızın Azərbaycana gələn zaman miqrant kimi qarşılaşdıqları problemlərə də toxunub: “Gürcüstanda 1989-2009-cu illərdə Azərbaycan dilli 59 məktəb bağlanıb. 3430 müəllim və 22363 şagird məktəbdən kənarlaşıb. Bu da soydaşlarımızın Azərbaycana miqrasiya etməsinə səbəb olub. Əmək miqrantı olan belə soydaşlarımız işə düzəlmək üçün isə dövlətə 1000 manata qədər pul ödəməlidirlər ki, bu da onların imkanı xaricindədir”.


N.Heydərov: QHT-lər Xartiyaya imza atmaqla çalışdıqları əməkdaşların və könüllülərin əməyinin mühafizəsini təmin edəcək
Yerləşdirilib: 27.04.11 |


qurum və ya kəsdən maliyyə və ya digər dəstək alarkən təşkilata, yəni QHT-yə siyasi və maliyyə cəhətdən müstəqil qalmağı, öz müstəqilliyini qorumağı təmin edəcək”. Bu fikirləri Sosial Təşəbbüslər Mərkəzi İctimai Birliyinin təsisçisi Nurəddin Heydərov qhtxeber.az-a bildirib. O, “Azərbaycan QHT-lərinin Məsuliyyət Xartiyası”na dair Sosial Təşəbbüslər Mərkəzi İctimai Birliyinin mövqeyini açıqlayarkən bu sənədi yüksək qiymətləndirdiklərini deyib. Sənədlə yaxından tanış olduqlarını və təşkilat daxilində hərtərəfli müzakirə edildiyini söyləyib. O bildirib ki, Xartiyaya qoşulmaq iştirakçılara fəaliyyətlərində açıqlıq və hesabatlılığın möhkəmləndirilməsi üçün çox gözəl zəmin yaradır: “Bundan başqa Xartiya QHT-lərdə kadr potensialının inkişafına təkan verəcək. Bu da çox müsbət haldır. QHT-lər Xartiyaya imza atmaqla çalışdıqları əməkdaşların və könüllülərin əməyinin mühafizəsini təmin edəcək. Bu da öz növbəsində təşkilatın idarəetmə keyfiyyətini və fəaliyyətinin səmərəliliyini artıracaq”. N.Heydərov vurğulayıb ki, Şuranın Məsuliyyət Xariyasını müzakirə etmək, QHT-ləri bu sənədə qoşulmaq çağırışını alqışlayır. “Şura Vətəndaş Cəmiyyətin lokomotivi olduğunun bir daha sübut edir. Bütün bunlar göstərir ki, Azərbaycan dövlətinin QHT siyasətinin tənzimlənməsi ilə bağlı yaratdığı dövlət qurumu özünü doğruldur, dövlət-QHT münasibətləri yeni müstəviyə qədəm qoyub. Şura bu istiqamətdə aparılan və mili maraqlara uyğun olan dövlət siyasətinə dəstək vermək üçün vətəndaş cəmiyyəti institutlarını səfərbər etməyə nail olub”-deyən təşkilat təmsilçisi bildirdi ki, Sosial Təşəbbüslər Mərkəzi İctimai Birliyi də bu sənədə imza atmaqla Xartiyaya qoşulduqlarını bəyan edir.



Sosial onlayn radio layihəsi
Yerləşdirilib: 27.04.11 |


Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi “Sosial onlayn radio” adlı yeni layihənin icrasına başlayır. Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə bu tip radio yaradan təşkilatın məqsədi ölkəmizdə sosial məsuliyyətinin inkişafıdır. Cəlbedici səsi, aydın diksiyası, sosial bilgisi və məsuliyyəti olan hər kəs verilmiş şansdan istifadə edə bilər. Bunun üçün təşkil olunacaq səs kastinqində iştirak etmək və müsabiqədən keçmək tələb olunur. Özünü radioda aparıci kimi görmək və sosial borcunu yerinə yetirmək istəyən könüllülər buyurub iştirak edə bilər.
Əlaqə:
Nigar Zeynalova - (055) 817 42 04 (012) 498 64 15
Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.


Obama administrasiyasının fəaliyyəti QHT-nin müzakirə mövzusu olacaq
Yerləşdirilib: 27.04.11


Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində aprelin 29-da saat 11.00-da “Barak Obama administrasiyası və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi” mövzusunda dəyirmi masa keçiriləcək. SAM-dan APA-ya verilən məlumata görə, tədbirdə əsas məruzəçilər qismində Azərbaycanın milli identikliyi və tarixi ilə bağlı bir çox əsərlərin müəllifi, Hayfa Universitetinin (İsrail) professoru Brenda Şafer və Corc Vaşinqton Universitetinin Rusiya-Avrasiya Departamentinin rəhbəri, professor Kori Velt iştirak edəcəklər.
SAM-ın əməkdaşlarının, siyasi şərhçilərin və xarici ekspertlərin iştirak edəcəyi tədbirdə Cənubi Qafqaz regionunda sülhə və sabitliyə mane olan Dağlıq Qarabağ münaqişəsi, ABŞ-Azərbaycan münasibətləri, regionda baş verən geoiqtisadi və geosiyasi proseslər və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Tədbir ingilis dilində keçiriləcək.


QHT idarə heyətinin iclasında Xartiyanı bir daha müzakirə edib
Yerləşdirilib: 27.04.11


qhtxeber.az// Bu gün Gənc Vətənpərvərlər Birliyi İdarə Heyətinin növbəti iclası keçirilib. Qhtxeber.az-ın məlumatına görə, iclasda Birliyin sədri Muğan Əliyev gündəlikdə duran məsələlərlə iclas iştirakçılarını tanış etdikdən sonra ilk olaraq “QHT-lərin Məsuliyyət Xartiyası” haqqında bir daha məlumat verib. O bildirib ki, Xartiyada QHT-nin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkili, ictimai effektivliyi, hesabat şəffaflığı prinsipləri öz əksini tapıb: “Bu sənəd vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verəcək. Bu səbəbdən də Gənc Vətənpərvərlər Birliyi Xartiyaya qoşulmaq barədə qərar verib və bunu ictimaiyyətə açıqlayıb”. İclasda gündəliyin 2-ci məsələsi olan 2011-2015-ci illəri əhatə edən “Gənclər Siyasəti haqqında Dövlət Proqramı”nın müzakirəsində qeyd olunub ki, 3 milyonda çox gəncin asudə vaxtlarının səmərəli keçirilməsi, sosial-məişət problemlərin həlli, ipoteka və gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyyəsinin gücləndirilməsi, kütləvi bədən tərbiyyəsinin yerlərdə inkişaf etdirilməsi vacib məsələlərdir. Mövzu ətrafında idarə heyətində aparılan müzakirələr əsnasında müxtəlif təkliflər irəli sürülüb. Belə bir proqramın dövlət başçısı tərəfindən qəbul edilməsini və prezidentin gənclərə göstərdiyi qayğını xüsusi vurğulayan M.Əliyev isə dövlət proqramına dair təkliflərin yaradılmış komissiyaya çatdırılacağını bildirib.
İdarə heyətinin müzakirəyə çıxardığı 3-cü məsələ isə Gənc Vətənpərvərlər Birliyinin Gənclər və İdman Nazirliyin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında fiziki, psixoloji rolun artırılması istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi” layihə çərçivəsində görüləcək növbəti işlər barədə olub. Qeyd olunub ki, layihə çərçivəsində ulu öndər Heydər Əliyevin anadan olmasının 88-ci il dönümü ilə əlaqədar silsilə tədbirlər həyata keçiriləcək. Həmin tədbirlərdə ulu öndərin apardığı ideologiyadan, həyat və yaradıcılığından, müdrik fikirlərindən bəhs olunacaq. Həmçinin, qərara alınıb ki, yüngül atletika üzrə uzaq-orta məsafəli, estafet qaçışlar təşkil olunsun.
İclasda keçiriləcək tədbirlərlə bağlı təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinə M.Əliyev, N.Niftiyev, N.Qacayev, N.Quliyeva, N Quliyev, E.Əsədzadə, Ş.Azəri, H.Əlili, GVB-nin Gəncə şəhər yerli şöbəsinin müdiri E.Axundov, Samux rayon yerli şöbəsinin müdiri G.Əmiraslanova, Şəmkir rayon yerli şöbəsinin müdiri F.Yusibov üzv seçiliblər.
İdarə heyəti qərara alıb ki, bu yönümlü tədbirlər GVB-nin yerli şöbələri tərəfindən Bakıda, Gəncədə, Samuxda, Şəmkirdə gənclər və idman idarələri ilə birgə mayın 6-dan 10-dək həyata keçirilsin.


QHT insan alverinin müzakirəsinə filmlə başlayacaq
Yerləşdirilib: 27.04.11 |


Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyəti və Stimul Education & Consulting "İnsan alverinə yox deyək!" adlı maarifləndirici tədbir təşkil edir. Tədbirdə insan alveri ilə bağlı çəkilmiş sənədli film izlənəcək və bu mövzu ətrafında müzakirələr aparılacaq. Resurs.az-ın yaydığı məlumata görə, film faciəvi hadisələr nəticəsində ailə-məişət zorakılığına məruz qalan gənc qadının insan alverinin qurbanına çevrilməsindən bəhs edir. Film Azərbaycan dilində səsləndirilib və alt yazıları ingiliscəyə tərcümə olunub.
Qeyd edək ki, mayın 1-də saat 15:00-da keçiriləcək tədbirdə iştirak pulsuzdur.
Tədbir Stimul Education & Consulting-in 2 saylı ofisində, 28 May M/S yaxınlığı, A.Puşkin küçəsi 26-da keçiriləcək.


Şuradan sahibkarlara dəstək
Yerləşdirilib: 27.04.11


qhtxeber.az// “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Milli və Beynəlxalq Mühasibat Uçotu Standartlarına keçidlə və Vergi sisteminin müasirləşməsi ilə bağlı sahibkarların iqtisadi cəhətdən maarifləndirilməsi" layihəsi çərçivəsində təqdimat mərasimi keçirib. Qhtxeber.az-ın məlumatına görə, təqdimat mərasimində birliyin sədri M. Nağıyev layihənin məqsədi və qarşıda duran vəzifələr haqqında geniş məruzə edib. İqtisadi İnkişaf Nazirliyinin Şəki–Zaqatala Regional şöbəsinin aparıcı mütəxəssisi T. Xəlilov çıxış edərək layihədə nəzərdə tutulan fəaliyyətin Şəki şəhərində sahibkarlıq fəaliyyəti ilə məşqul olan sahibkarlar üçün daha səmərəli olacağını və sahibkarlığın iqtisadi inkişafına müsbət təsir edəcəyini deyib. Mərasimdə çıxış edən 11 saylı ƏVİ-nin mütəxəssisi R. Rəsulov, DSMF-nin Şəki şöbəsinin baş mütəxəssisi V. Əsədullayev, “Uluçay” SİİM İctimai Birliyinin sədri M. Səfərov, Şəki Sənətkarlar Assosiasiyasının sədri F. Əzizov, “GEMİ-Şəki” İctimai Birliyinin sədri D. Elmansoy, “Qorqud-M” MMC-nin sədri M. Bilallı, fiziki şəxs V. Bayramova bu layihənin həqiqətən də sahibkarlığın inkişafına və sahibkarlıq subyektlərində mühasibat uçotunun düzgün və hərtərəfli aparılmasına dəstək olacağını vurğulayıblar.
Mərasimdə bir sıra təkliflər səslənib. Sonda layihə rəhbəri M. M. Nağıyev burada səslənən təkliflərin dəyərləndiriləcəyini və növbəti illərdə də bu təkliflər əsasında fəaliyyətlərini davam etdirəcəklərini bildirib.
Qeyd edək ki, layihənin əsas məqsədlərindən biri də Şəki şəhərində fəaliyyət göstərən kiçik və orta sahibkarların dayanıqlı investisiyalar və texniki yardımlar vasitəsi ilə iqtisadiyyatın əsas sektorlarının rəqabətliliyini gücləndirilmək, onların dəyər bazarında özünəlayiq yer tutmaları və vergi münasibətlərinin təşkili proseslərində onların rastlaşdıqları problemləri yaradan səbəbləri təhlil etmək və bu sahədə müəyyən hüquqi-təşkilati və iqtisadi köməklik göstərilməsini təmin etməkdir.

Konfederasiyanın təşkilatçılığı ilə Bakı beynəlxalq konfransın ev sahibi oldu
Yerləşdirilib: 27.04.11


Bu gün Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı, Beynəlxalq Əmək Təşkilatı və Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının dəstəyi ilə Bakıda keçirilən “Miqrasiya problemləri və çağırışlar: həmkarlar ittifaqlarının rolu” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. AzərTAc xəbər verir ki, konfransda miqrasiya proseslərinin tənzimləməsi istiqamətində həmkarlar ittifaqlarının rolu, miqrantların əmək şəraitinin yaxşılaşdırılması, onların hüquqlarının təmin edilməsi mexanizmləri və digər məsələlər müzakirə olunur.
Konfransda Rusiya, Gürcüstan, Qazaxıstan, Ukrayna, Belarusun həmkarlar ittifaqlarının nümayəndələri, həmçinin beynəlxalq təşkilatların təmsilçiləri iştirak edirlər.


Milli Qəhrəman üçün ölümündən sonra nə etmək olar?
Yerləşdirilib: 27.04.11


qhtxeber.az// “Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin təşkilatçılığı ilə mayın 19-da Xocalı faciəsi zamanı onlarla dinc sakini xilas edən Milli Qəhrəman Füzuli Rüstəmovun xatirəsi yad ediləcəkdir. İctimai Birliyin sədri Şamil Sabiroğlunun qhtxeber.az-a verdiyi məlumata görə, Xocalı soyqırımına həsr olunan başqa tədbir isə mayın 20-də “Təfəkkür” Universitetində olacaq. Tədbirlərin məqsədi ermənilərin çox yaxın keçmişdə Xocalıda azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı aktını həm xatırlamaq, həm də gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsinə yardım etməkdir.

İnkişaf layihələrinin idarə edilməsi” mövzusunda seminar
Yerləşdirilib: 27.04.11


ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi (AAA)“Muskie Akademiyası” layihəsi çərçivəsində növbəti seminar keçiriləcək. Resurs.az-ın yadığı xəbərə görə, “İnkişaf layihələrinin idarə edilməsi” mövzusunda olan seminar “AAA Edmund S.Muskie” proqramı məzunlarının təqdimatında olacaq. ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai Birliyi ofisində mayın 3-də keçiriləcək seminarda Natiq Hacıyev və Fuad Hüseynov məruzəçi qismində çıxış edəcəklər.
Qeyd edək ki, 3 ay ərzində pulsuz və mütəmadi olaraq keçirilən ictimai seminarlarda hər kəs iştirak edə bilər. Müxtəlif və bir-birindən maraqlı mövzuları əhatə edəcək mühazirə və diskussiyalar AAA-in ofisində təşkil olunacaq.


Şura əlil uşaqların təhsil almasına yardımçı olur
Yerləşdirilib: 27.04.11


qhtxeber.az// “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi “Əlil uşaqların məktəbəqədər müəssisələrdə, xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilə cəlbi vəziyyətinin monitorinqi” adlı layihə həyata keçirir. Birliyin rəhbəri Tahir Xudiyev qhtxeber.az-a bildirib ki, layihənin məqsədi Bakının Abşeron, Xətai, Sabunçu rayonları, Sumqayıt şəhəri və Ağdam, Xaçmaz rayonlarında yaşayan əlil uşaqların təhsil hüquqlarının bərpasına, cəmiyyətə mümkün qədər çox inteqrasiya etmələrinə, xüsusi qayğıya ehtiyacı olan uşaqların keyfiyyətli təhsil imkanlarının artırılmasına kömək etməkdir. Onun sözlərinə görə, dövlət himayəsində olan uşaqların təhsil hüququnun müdafiəsinin gücləndirilməsinə, müvafiq klassifikasiyaya uyğun olaraq bütün kateqoriyadan olan xüsusi qayğıya ehtiyacı olan uşaqların ölkə üzrə qeydiyyatının aparılması və təhsilə cəlb edilməsinə nail olmaq məqsədi ilə monitorinq aparılıb. Abşeron rayonunda artıq monitorinq yekunlaşdırıb. Siyahı hazırlanıb. T. Xudiyevin sözlərinə görə, növbəti monitorinq Sumqayıt şəhərində aparılacaq. Qeyd edək ki, 6 ay müddətində icra olunacaq.



Şura Avropa Məhkəməsində iddia qaldırılmasında vətəndaşlara kömək edəcək
Yerləşdirilib: 27.04.11


qhtxeber.az// Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı Ictimai Birliyi “Erməni təcavüzündən zərər çəkən Azərbaycan vətəndaşlarının mülkiyyət hüquqlarının bərpası ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı məhkəmə iddiasının qaldırılması” adlı layihə həyata keçirir. Təşkilatın sədri Faiq İsmayılovun qhtxeber.az-a verdiyi məlumata görə, layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra olunur. O bildirib ki, bütün beynəlxalq qanunların və hüquqi aktların ziddinə olaraq Ermənistan rəhbərləri 18 ildir ki, bir milyona yaxın insanı ehtiyac içərisində yaşamağa məcbur edir: “Hansı ki, bu insanlar öz torpaqlarında əmlaklarından əldə etdikləri gəlirlər hesabına bir mövsüm ərzində ailələrinin bir illik azuqəsini təmin edir və hətta Dövlət büdcəsinə vergilər də ödəyirdilər. Məhz bu səbəbdən də Ermənistanın işğalçılıq siyasəti Azərbaycanın Dövlət büdcəsinə də hər il milyardlarla manat ziyan vurur. Beləliklə mövcud şəraitdə məcburi köçkünlər Ermənistanın silahlı qüvvələri tərəfindən nəinki öz torpaqlarından qovularaq, əmlaklarından məhrum ediliblər, eyni zamanda 18 il öz əmlaklarından əldə etdikləri gəlirləri belə itirərək öz ölkələrində dilənçi vəziyyətinə salınıblar. Onlar öz əmlaklarından istifadə etmədikləri bu illərin haqqı kimi Ermənistandan kompensasiya tələb etmələri hələ də öz aktuallığını saxlayır, onların bunu istəməyə tamamilə haqları çatır”.

QHT sədri hesab edir ki, Ermənistan hökuməti beynəlxalq məhkəmələr qarşısında məcburi köçkünlərin işğal altıında qalmış daşınan və daşınmaz əmlaklarının öz sahiblərinə qaytarılmasına zəmanət verməli, bu ərazilərdən məcburi köçkünə çevrilmiş insanların öz əmlaklarından əldə etdikləri gəlirlərin illik orta qiymətini kompensasiya şəkilində onlara qaytarılması üçün öhdəlik götürməlidir: “Erməni özbaşınalıqlarına son qoymaq üçün işğal altında qalan, azərbaycanlılara məxsus bütün növdən olan əmlak və tarixi dəyərlər üzərində azərbaycanlıların mülkiyyət hüquqlarını bərpa edilməsi məsələsini Avropanın İnsan Hüquqları Məhkəməsində Ermənistana qarşı Məhkəmə iddiasının qaldırılmasını təşkilatımız öz üzərinə götürüb”.
Problemin Azərbaycan cəmiyyəti üçün aktual olduğunu və mühüm əhəmiyyət daşıdığını nəzərə alan təşkilat layihə çərçivəsində əldə edilən bütün materialları və foto görüntüləri (ayrı – ayrı bölgələr üzrə) dünya xalqlarına çatdırmaq üçün çap etdirərək təbliğ etməyi nəzərdə tutur.
F.İsmayılov deyib ki, artıq layihənin həyata keçirilməsi ilə bağlı hazırlıq işlərinin başa çatmaq üzrədir. Hazırlıq işləri çərçivəsində Xəzər rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək də nəzərdə tutulub. Hal-hazırda iddia ərizəsinin hüquqşunaslar tərəfindən son variantı nəzərdən keçirilir.

Şuranı kimsəsiz yeniyetmələrin gələcək taleyi də narahat edir
Yerləşdirilib: 27.04.11 |


qhtxeber.az// İnsan hüquqları XXI əsr – Azərbaycan Fondu Azərbaycan Respublkasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Kimsəsiz yeniyetmələrə sosial inteqrasiya imkanları yaradaq” adlı layihəyə uyğun olaraq təlimlərə başlayır. İnsan hüquqları XXI əsr – Azərbaycan Fondundan qhtxeber.az-a verilən məlumata görə, təlimlərin əsas məqsədi yaxın bir neçə il ərzində internat məktəbi tərk etməyi hazırlaşan yeniyetmələrin cəmiyyətə psixolojik olaraq hazır və ən azından öz sosial hüquqlarını bilən gənc olaraq inteqrasiya olmalarına dəstək verməkdir. Layihə Təhsil Nazirliyinin icazəsi və dəstəyi ilə Buzovna qəsəbəsi 1 saylı orta ümumtəhsil internat məktəbində keçiriləcəkdir. Layihə burada təhsil alan 14-17 yaş arası yeniyetmələri əhatə edəcəkdir. Belə ki, 2 ay müddətində seçilmiş 15 yeniyetməyə hüquqi və psixoloji təlimlər (cəmi 32 mövzuda təlim) keçiləcəkdir. Hüquqi təlimlər əsasən sosial hüquları - Müraciət etmək hüququ (Vətəndaşların dövlət orqanlarına və məhkəməyə müraciət etmək qaydası), Uşaq hüquqları (Uşaq hüquqları haqqında milli və beynəlxalq qanunvericilik), Sağlam ətraf mühitdə yaşamaq hüququ, Mənzil hüququ, Təhsil hüququ, Uşaqların istirahət hüququ, Nikah hüququ (Nikah və Ailə), Ailədaxili zorakılıq, Əmək hüququ, Sosial təminat hüququ, Sağlamlığın qorunması hüququ, İnsan alveri, Mülkiyyət hüququ (Daşınar və Daşınmaz əmlak), Vərəsəlik hüququ kimi vacib sosial hüquqları əhatə edəcəkdir.
Məlumata görə, yeniyetmələr həmçinin cəmiyyətə inteqrasiya zamanı qarşılaşacaqları psixoloji problemlərə - Etimad mühitin yaradılması, Psixoloji travmanın mənbəyi, qeyritolerant mühitdə insiyyət, Ünsiyyətdə qeyritolerant situasiyaların yaşanılması, Hisslər aləmi (Aqressiya), Özünüqiymətləndirmə, Ailə xoşbəxtliyi mürəkkəb fenomendir, Stress və depressiya, Özünəqəsd, Özünə qarşı necə tolerant olmalı, Ünsiyyət sferasında sosial səriştəlik (Konfliktli situasiyalarda tolerant davranış), Hisslər aləmi, Qorxu ilə necə bacarmaq olar, Peşə seçimi, İnsan həyatında əməyin rolu kimi vəziyyətlərə psixolojik olaraq hazırlanacaqlar.
Qeyd edək ki, təlimlər hər həftənin şənbə günü saat 11:00 – 15:00 arası Buzovna qəsəbəsi 1 saylı orta ümumtəhsil internat məktəbində keçiriləcək.



Şura ilk addımları maliyyələşdirib
Yerləşdirilib: 27.04.11


qhtxeber.az// Sülh Mədəniyyəti Naminə Gənclər İctimai Birliyi (SMNG) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İlk Addımlarım” adlı layihə həyata keçirir. Birliyin rəhbəri Ləman Cavadzadə qhtxeber.az-a bildirb ki, layihənin əsas məqsədi ilk dəfə olaraq internat məktəbində yaşayan və fiziki imkanları məhdud olan istedadlı uşaqlara heykəltaraşlıq bacarıqlarının öyrədilməsi və artırılması yolu ilə onların cəmiyyətə tam inteqrasiyasına nail olmaqdır. Onun sözlərinə görə, layihəyə hazırlıq mərhələsi davam edir: “Hal-hazırda icra planına uyğun olaraq, ilk mərhələdə ekspert qrupu yaradılıb. İnternat məktəbində fiziki qüsurları olmasına baxmayaraq xüsusi rəssamlıq qabiliyyətli uşaqların seçim mərhələsindəyik”.

Qeyd edək ki, layihə 5 ay müddətində icra olunacaq.



QHT niyə Bakı-Tiflis-Qars dəmiryolunun çəkiliş xərclərini monitorinq edəcək?
Yerləşdirilib: 26.04.11


İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) ABŞ-ın Şəffaflıq üzrə Tərəfdaşlıq (PTF) Fondunun dəstəyi ilə Dövlət Neft Fondunun vəsaitli hesabına maliyyələşdirilən Baki-Tiflis-Qars (BTQ) dəmiryolu layihəsi üzrə maliyyə xərclərinin monitorinqinə başlayıb. İSİM-dən ANS-ə verilən məlumata görə, icrası 14 ay davam edəcək layihənin məqsədi neft pullarının Azərbaycan iqtisadiyyatına təsirlərini artırmaq, ondan daha səmərəli istifadə edilməsi yollarını müəyyənləşdirməkdir. Göstərilən müddətdə Baki-Tiflis-Qars dəmiryolu layihəsinin monitorinqinin aparılması məqsədilə monitorinq qrupu yaradılacaq. Qrupun əməkdaşları layihənin icra edildiyi ərazilərə, həmçinin Gürcüstan və Türkiyəyə səfərlər edəcəklər. Monitorinq qrupunun apardığı tədqiqat əsasında hesabat hazırlanacaq.
Qeyd edək ki, Dövlət Neft Fondu 2007-ci ildən Bakı-Tiflis-Qars dəmiryolu layihəsinə vəsait ayırır. BTQ planlaşdırılmış dəmiryolu lahiyəsidir. Dəmiryolu xətti Azərbaycanın paytaxtı Bakı şəhərindən Gürcüstanın Tiflis-və Axalkalaki şəhərindən Türkiyənin Qars şəhərinə gedəcək. Qars-Axalkalaki yolu xəttinin ümumi uzunluğu 105 kilometrdir. Dəmiryolunun 76 km olan Türkiyə hissəsinin inşası Türkiyə tərəfinin maliyyə vəsaiti hesabına, layihənin Gürcüstan ərazisinə düşən hissəsinin - 29 km uzunluğundakı Qars-Axalkalaki dəmir yolu xəttinin, habelə uzunluğu 160 km olan mövcud Axalkalaki-Marabda dəmir yolu xəttinin reabilitasiya-rekonstruksiyası Azərbaycan Respublikası tərəfindən illik dərəcəsi 1% olmaqla, uzadılma imkanı ilə 25 il müddətinə ayrılmış 200 milyon ABŞ dolları həcmində kredit hesabına maliyyələşdirilir.
İSİM-in monitorinqinin məqsədi neft vəsaitlərinin xərclənməsində səmərəliliyin, şəffaflığın artırılması, vəsaitlərin xərclənməsindəki mövcud problemləri aşkar etmək, həmin problemlərin aradan qaldırılması yönündə təkliflər paketi hazırlamaqdır.

QHT sədri əqli mülkiyyət hüququnun qanuniləşdirilməsini istəyir
Yerləşdirilib: 26.04.11


Azərbaycan Milli Məclisi yaxın vaxtlarda "Əqli mülkiyyət hüququnun təminatı və piratlıqla mübarizə haqqında" qanun layihəsinə baxmağa başlayacaq. Trend-in məlumatına görə, bu barədə Azərbaycanın Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanov deyib. İmanovun sözlərinə görə, bu növ qanun MDB məkanında ilk dəfə qəbul ediləcək. "Bu gün piratlıq əleyhinə olan proqramımızı həyata keçirməklə, biz ölkədə pirat məhsulların səviyyəsini azaltmağa nail olmuşuq. Bunu bütün dünyada etiraf edirlər. Lakin biz bununla kifayətlənməyəcəyik", - İmanov bildirib. Onun sözlərinə görə, Azərbaycan pirat məhsulların göstəricisini 40 faizədək azaltmaq niyyətindədir. "Bunun üçün biz mövcud qanunvericiliyə dəyişikliklər edirik, yeni qanunlar qəbul olunur, eləcə də əqli mülkiyyət hüququnun təmini üzrə mərkəzlər yaradılacaq", - İmanov qeyd edib.
Agetlik yanında fəaliyyət göstərəcək əqli mülkiyyət hüququnun təmini üzrə mərkəzə yeni qanunun dəstəklənməsi ilə əlaqədar funksiyalar tapşırılacaq. "Əqli mülkiyyət hüququnun təminatı və piratlıqla mübarizə haqqında" qanun əqli mülkiyyət sahiblərinin hüquqlarının müdafiəsi məsələlərini tənzimləməli, onların marağı və hüquqpozmaların qarşısının alınması ilə bağlı inzibati və məhkəmə prosedurlarını müəyyən etməlidir.
Qanun layihəsinin üçüncü fəsli tamamilə piratlıqla mübarizəyə aiddir. Orada ifaların, fonoqramların rəqəmsal kodlaşdırılması və əqli mülkiyyətin digər obyektləri ilə bağlı olan konkret normalar göstərilib. Qanun informasiya texnologiyalarından qanunsuz istifadənin qarşısını da alacaq.
Qanun normalarına uyğun olaraq, məhkəmə əqli mülkiyyət hüquqlarının pozulması ilə gətirilən kontrafakt malların və pirat nüsxələrin ticarət şəbəkələrinə daxil olmasının qarşısının alınması, hüquq sahibinə dəyən ziyanın kompensasiyası üçün əqli mülkiyyət hüquqlarını qəsdən və ya bilmədən pozan şəxslərin müvafiq məbləği ödəməsi barədə qərar çıxara bilər.
Bununla yanaşı, məhkəmə qanun pozucusunun kompensasiya ödəmədən, kontrafakt məhsulu ticarət şəbəkəsindən çıxara, həmçinin, qanunsuz malların istehsalında istifadə olunan avadanlıq və materialları müsadirə edə bilər.



İlham Əliyev: Xartiya QHT-lərin ciddi instituta çevrilməsini hədəfləyib
Yerləşdirilib: 26.04.11


qhtxeber.az// Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin İdarə Heyəti “Azərbaycanın qeyri-hökumət təşkilatlarının Məsuliyyət Xartiyasını” müzakirə edib. Bu barədə Hüquqi və Demokratik İslahatlar Mərkəzi İctimai Birliyinin sədri İlham Əliyev qhtxeber.az-a məlumat verib. O bildirib ki, Xartiyada əks olunan müddəaların qeyri-hökumət təşkilatlarının məsuliyyətinin artırlılmasına təkan verəcək. QHT sədri hesab edir ki, bu sənəd QHT-lərin ciddi instituta çevrilməsini hədəfləyib: “Biz bu sənədi dəstəkləyir və digər həmkarlarımızı da Azərbaycanın qeyri-hökumət təşkilatlarının Məsuliyyət Xartiyasına qoşulmağa çağırırıq”.


Şura Qərb regionunda QHT-ləri ayağa qaldırdı
Yerləşdirilib: 26.04.11 |


qhtxeber.az// “Qərb-Resurs” Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə
“Qərb regionunda problemlərin yerli səviyyədə həlli istiqamətində QHT-lərin cəhdləri” adlı layihə həyata keçirir. Birliyin rəhbəri Ramil Göyüşov qhtxeber.az-a bildirib ki, layihə
Qazax, Ağstafa və Tovuz rayonlarında icra olunacaq. Onun sözlərinə görə, hazırlıq mərhələsi davam edir.


Qərb-Resurs İctimai Birliyi tərəfindən artıq Ağstafa rayonunda regionda fəaliyyət göstərən QHT-lər, ictimai aktivistlər, icma nümayəndələri və tələbələrlə görüş keçirilib. Görüş nəticəsində Qərb regionunda sosial məsələlərin araşdırılması və müzakirəsi məqsədilə yerli QHT-lərdən, jurnalist və gənc aktivistlərdən ibarət olan işçi qrupu yaradılıb. R.Göyüşov bildirib ki, layihə çərçivəsində Qazax, Ağstafa və Tovuz rayonunda əhali arasında yerli sosial problemlərin gündəmə gətirilməsi istiqamətində sorğu keçiriləcək: “Sorğunun ümumi nəticəsi haqqında məlumat may ayının sonunda mətbuat vasitəsi ilə açıqlanacaq. Bundan əlavə Birlik iyun ayında sosial problemlərin yerli səviyyədə həllinə yönəlmiş yerli QHT-lərin və dövlət strukturlarının iştirakı ilə təlim keçirməyi planlaşdırır”.

Qeyd edək ki,layihə 4 ay müddətində icra olunacaq.



Layihə: Bakıdan regionlara fəal vətəndaşlıq
Yerləşdirilib: 26.04.11


qhtxeber.az// Bu gündən etibarən British Council Azərbaycanın dəstəyi ilə Gənclər üçün Təhsil Mərkəzi və “Uğurlu gələcək” İctimai Birliyi “Bakıdan regionlara fəal vətəndaşlıq” layihəsinə start verib. Gənclər üçün Təhsil Mərkəzinin informasiya bölməsinin rəhbəri İnqilab Fərzəliyev qhtxeber.az-a bildirib ki, region gənclərinin fəal vətəndaş kimi formalaşmasına, sosial təşəbbüslərə qoşulmalarına, məşğulluq imkanlarının artırılmasına və genişləndirilməsinə dəstək vermək məqsədini nəzərdə tutan layihə pilot olaraq Mingəçevir şəhəri və Füzuli rayonunda icra olunacaq. Onun sözlərinə görə, layihə çərçivəsində gənclər qrupları ilə yerli görüşlərin, təqdimat mərasimlərinin, təlim proqramının və “Açıq qapı” məsləhət saatlarının keçirilməsi, eləcə də fəal vətəndaşlardan ibarət şəbəkə quruculuğu planlaşdırılır.
Qeyd edək ki, layihənin ünvanlandığı gənclər qrupunun layihənin həyata keçirilməsində əsas rolu iştirakçılıq və informasiya təmsilçiliyi rolunu həyata keçirməkdir. Belə ki, gənclər təşkil edilən tədbirlərdə iştiraka həvəs göstərməklə, öyrənilmiş biliklərin icmalarındakı digər gənclərə ötürülməsini təmin etməlidirlər.

Layihə çərçivəsində aşağıdakı nəticələrin əldə edilməsi planlaşdırılır:
- Region gənclərinin fəal vətəndaşlıq haqqında bilik və bacarıqlarının artması;
- Onların məşğulluq imkanları üzrə bacarıqlarının artması;
- Özünü ifadə etmək bacarıqlarının formalaşması;
- İşə qəbul zamanı zəruri sənədlərin tərtibatının öyrənilməsi;
- Liderlik qabiliyyətlərinin artması;
- Ünsiyyət qurmaq və danışıq aparmaq qabiliyyətlərinin inkişafı;
- İntervyularda iştirak texnologiyalarına yiyələnmələri;
- Gənclərin sahibkarlıq fəaliyyəti və imkanları stimullaşdırılması;
- Region gənclərinin problemlərinə diqqətin artması.
İ.Fərzəliyev deyib ki, bu ideya British Council tərəfindən bir çox ölkələrdə də həyata keçirilən “Fəal vətəndaşlar” proqramı çərçivəsində reallaşdırılır.


QHT sədri qanun layihəsi ilə bağlı Milli Məclis üzvünə nələr dedi?
Yerləşdirilib: 26.04.11


Bakıda Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Azər Əliyevlə Milli Məclisin iqtisadi siyasət komitəsinin sədr müavini, «İcbari sığortalar haqqında» qanun layihəsinin müzakirələri ilə bağlı yaradılmış işçi qrupunun rəhbəri Çingiz Əsədullayev arasında görüş keçirilib. ASA-dan APA-ya verilən məlumata görə, sığorta şirkətlərinin nümayəndələrinin qatıldığı görüşdə qeyd olunub ki, qanun layihəsinin təsdiq edilməsi mülkiyyətin təhlükəsizliyinin təmin edilməsi, həmçinin dövlət vəsaitinə qənaət və risklərdən müdafiəyə imkan verəcək.
Görüşdə Ç.Əsədullayev bildirib ki, bu gün ölkədə aparılan islahatların, sürətləndirilmiş iqtisadi inkişafın dinamikası ilə sığorta bazarının inkişafı səviyyəsi arasında uyğunsuzluq mövcuddur. «Müzakirə olunan qanun layihəsi sözsüz ki, bu disbalansı azaldacaq, ancaq layihəni daha da optimallaşdırmaq və ən əsası əhali üçün maksimum anlaşıqlı etmək lazımdır. Bu zərər olduğu halda maliyyə itkilərinin ödənilməsinin anlaşılan mexanizmi olmalıdır», - deyə Ç.Əsədullayev qeyd edib.
Millət vəkili qanun layihəsinin ayrıca texniki aspektlərinin yenidən işlənməsini, qanunun icrasına nəzarət yollarının axtarılmasını, həmçinin layihənin regionlarda icrası ilə əlaqədar yarana biləcək çətinliklərlə bağlı təkliflərin hazırlanmasını tövsiyə edib.
Xatırladaq ki, bu yaxınlarda işçi qrupunun geniş tərkibli növbəti iclası keçiriləcək və sığortaçılar Milli Məclis üzvləri qarşısında görülmüş işlər və edilmiş dəyişikliklər barədə təqdimatla çıxış edəcəklər.

Ekoloji etika da Şuranın dəstəyini alıb
Yerləşdirilib: 26.04.11


qhtxeber.az// "Sivilizasiya və maarifçilik" İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Ekoloji etika kurslarının təşkili” adlı layihə həyata keçirir. Birliyin rəhbəri Mehman Kərimov qhtxeber.az-a bildirib ki, layihənin əsas məqsədi əhalinin ekoloji etika üzrə maarifləndirilməsidir. Onun sözlərinə görə, layihə çərçivəsində kurslar təşkil olunacaq. “Kursların keçirilməsi ilə bağlı məktəblərlə danışıqlar gedir. Bununla bağlı Təhsil Nazirliyinə və Bakı şəhəri üzrə Təhsil Idarəsinə müvafiq məktublar göndərilib”. M.Kərimov bildirib ki, hazırlıq işləri davam edir. Artıq mühasib, ekoloq və hüquqşünas təlimçilərlə müqavilələr bağlanılıb.

Qeyd edək ki, layihə 5 ay müddətində icra olunacaq.

Şura sədri yenə audit məsələsinə toxundu
Yerləşdirilib: 26.04.11 |


Azərbaycan hökuməti qeyri-hökumət təşkilatlarının məcburi auditdən azad olunması məsələsinə baxır. QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev aprelin 26-da “Media forum” saytına açıqlamasında deyib ki, hazırda QHT-lərin məcburi auditə cəlb olunan təşkilatların siyahısından çıxarılması məsələsi müzakirə olunur: “Mən Prezident Administrasiyasına və Auditorlar Palatasına məktubla müraciət edib QHT-lərə Dövlət Dəstəyi Şurasının mövqeyini əsaslandırmağa çalışmışdım. Prezident Administrasiyasından cavab almışıq. Bildirilib ki, məsələ müvafiq dövlət qurumları ilə müzakirə olunur. Mənə deyilib ki, bu məsələ yaxın zamanlarda öz həllini tapacaq. Lakin hələlik rəsmi qərar yoxdur”. Azay Quliyevin sözlərinə görə, Dövlət Dəstəyi Şurası QHT-lərin məcburi auditdən azad olunması məsələsini Auditorlar Palatası ilə birlikdə müzakirə etsə də, ortaq məxrəcə gəlmək mümkün olmayıb: “Auditorlar Palatası audit məbləğinin azaldılmasını təklif edir. Biz isə hesab edirik ki, məsələ iki formada həll oluna bilər. Birincisi, QHT-lər məcburi auditə cəlb olunan təşkilatların siyahısından çıxarıla və audit məcburi deyil, könüllü ola bilər. Hansı QHT donordan audit üçün vəsait ala bilsə, onun könüllü formada auditə cəlb olunması mümkündür. İkincisi, QHT-lər fərqləndirilə bilər. Hansı QHT dövlət büdcəsindən 100-200 min manata qrant alırsa, məcburi auditə cəlb olunsun. Hazırda QHT-lər dövlət büdcəsindən 10-15 min manat vəsait alır. Belə QHT-ləri məcburi auditə cəlb etmək ədalətli deyil. Biz QHT-lərin auditə cəlb olunmasının əleyhinə deyilik, bunun məcburi olmasının əleyhinəyik. Auditorlar Palatası ilə fikir ayrılığımız qalır”.
Milli Məclisin 11 fevral iclasında “Auditor xidməti haqqında” qanuna, eləcə də İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi təsdiqlənib. Əlavə və dəyişikliyə əsasən, məcburi auditdən yayınan vəzifəli şəxslər 300 manatdan 600 manatadək, hüquqi şəxslər isə 500 manatdan 2500 manatadək cərimə olunacaqlar. Prezident İlham Əliyev aprelin 14-də qanuna və məcəlləyə edilən əlavə və dəyişiklikləri təsdiqləyib və yeni müddəalar qüvvəyə minib.


QHT Lənkaranda əlilləri niyə topladı?
Yerləşdirilib: 26.04.11 |


Sosial Xidmətlər Təşəbbüsü” İctimai Birliyi Milli Məclisin Sosial Siyasət Komitəsi ilə birgə Lənkəranda yerləşən Palıdlı Sahil İstirahət Mərkəzində əlilliyi olan insanların problemləri və onların həlli yollarının araşdırılması, həmçinin müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsinə dair regional seminar keçirilmişdir. Seminarda Azərbaycanın cənub və başqa bölgəsindən olan 40 nəfərdən artıq insan (50% müxtəlif kateqoriyalı əlilliyi olan insan) və vətəndaş cəmiyyətinin üzvləri iştirak etmişdir.
Resurs.az-ın yaydığı xəbərə görə, seminarda BMT-nin Əlilliyi olan Şəxslərin Hüquqlarına dair Konvensiyası, bu sənəddən irəli gələn öhdəliklərin icrası ilə əlaqədar son illər ölkədə həyata keçirilmiş islahatlar, o cümlədən müvafiq qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər, həmçinin bu prosesdə seçicilərin və vətəndaş cəmiyyəti üzvlərinin iştirakı mövzusunda təqdimatlar keçirilmişdir.
Təqdimat və müzakirələr zamanı iştirakçıların marağına və aktiv iştirakına səbəb olan ən maraqlı mövzulardan biri “Sosial xidmət haqqında” Azərbaycan Respublikası qanun layihəsi olmuşdur. Ümumilikdə bütün iştirakçılar qanun layihəsini bəyəndiklərini bildirmiş və onun müasir standartlara və tələblərə uyğun hazırlandığını, xüsusilə onun insan haqları, bərabər imkanların təmin edilməsi, ünvanlılıq, həmçinin əlçatanlıq prinsipləri üzərində köklənməsini yüksək dəyərləndirmişlər. Vətəndaş cəmiyyətini təmsil edən bəzi iştirakçılar bu qanunun qəbulundan sonra sağlamlıq imkanları məhdud olan və xüsusi qayğıya ehtiyacı olan insanların, xüsusilə uşaqlara göstəriləcək xidmət sahəsində yeni mərhələnin yaranacağını vurğulamışlar. Buna isə əsas səbəblərdən biri kimi ölkədə yeni sahənin - sosial iş və müvafiq olaraq sosial işçilərin fəaliyyəti göstərilmişdir.
2011-ci il aprel ayının sonunadək davam edəcək silsilə dəyirmi masa müzakirələri və təqdimatlar öz işini Sosial Siyasət Komitəsinin üzvləri və ekspertləri ilə keçiriləcək ümumi görüşlə yekunlaşdıracaqdır.


QHT-nin “2-ci Ürəyi”
Yerləşdirilib: 26.04.11


Azərbaycan Ürək-Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 13-15 may tarixlərində Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş “2-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresi keçirəcək. AÜDCC-dən APA-ya verilən məlumata görə, konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir. “2-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresində 25 ölkədən nümayəndə iştirak edəcək. Xatırladaq ki, AÜDCC 9-11 may 2009-cu il tarixdə “1-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresini 16 xarici ölkə nümayəndəsinin iştirakı ilə həyata keçirib. Bu il keçiriləcək “2-ci Bakı Ürək Günləri” Beynəlxalq Konqresində isə, 25-dən artıq ölkənin kardioloq və kardio-cərrahları iştirak edəcək.
Konqres zamanı kardiologiya və ürək cərrahiyyəsindəki ən mübahisəli problemlərə toxunulacaq. İlk dəfə olaraq Azərbaycandan və xarici ölkələrdən iştirakçıların www.bakuheartdays.az saytında elektron qeydiyyatı, eyni zamanda məqalə və tezislərin elektron qəbulu həyata keçiriləcək. Mübahisəli xəstələr üzərində dünyanın tanınmış mütəxəssisləri ilə birgə aparılacaq əməliyyatlar konqres salonunda canlı yayımlanacaq. Bu isə, “Bakı Ürək Günləri”nin elmi-praktik əhəmiyyətini daha da yüksəldəcək.
Eyni zamanda, Konqres azərbaycanlı həkimlərə dünyanın ən qabaqcıl mütəxəssisləri ilə kardioloji elmlərdəki ən son nailiyyətləri müzakirə etmək imkanı verəcək. Təşkil olunacaq sosial proqram ilə, xüsusilə, əcnəbi qonaqlar Azərbaycanın zəngin tarixi və mədəni irsi ilə tanış olmaq imkanı əldə edəcəklər.

QHT-çilər üçün Amerikaya səyahət şansı
Yerləşdirilib: 26.04.11



May ayının10-dan 14-kimi Azərbaycandan 40 nəfərdən ibarət 8 qrup “Açıq Dünya” Proqramı ilə Amerikaya göndəriləcək”. Bu barədə mətbuata açıqlamasında Beynəlxalq Təhsil üzrə Amerika Şurası, “Açıq Dünya” Proqramının ölkə üzrə koordinatoru Nailə Nəbiyeva bildirib. Onun sözlərinə görə, “Açıq Dünya” proqramının məqsədi yeni nəsil liderləri amerikalı həmkarları ilə görüşdürmək və onlar üçün vacib olan mövzular üzrə ideya və təcrübə mübadiləsini təşkil edərək, ABŞ və iştirakçı dövlətlərin arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir. “Bütün iştirakçılar fəal olaraq təcrübə mübadiləsi həyata keçirir və amerikalı tərəfdaşlarının işini müşahidə edirlər. Peşəkar proqramlar hər bir nümayəndə heyəti üçün spesifik olaraq tərtib edilir və bu zaman iştirakçıların maraqları və üstünlük verdiyi məsələlərə geniş yer verilir” deyən N.Nəbieva iştirakçıların adətən amerikan ailələrində qaldıqlarını qeyd edib.
Onun sözlərinə görə, bu praktika nümayəndə heyəti üzvlərinin amerikan ailələri və icmalarının həyat tərzi ilə yaxından tanış olmalarına şərait yaradır. Eyni zamanda, Amerikadakı ailələr də azərbaycanlı qonaqları vasitəsi ilə Azərbaycan barədə öyrənmək imkanı əldə edirlər. Ümumiyyətlə, “Açıq Dünya” Proqramının Azərbaycanda 141 məzunu var”.
Proqramın ölkə üzrə koordinatoru “Açıq Dünya” proqramında bütün təbəqələrdə çalışan dövlət məmurları, təhsil işçiləri, iş adamları və ictimai xadimlərin iştirakının nəzərdə tutulduğunu söyləyib.
“Proqram çərçivəsində təxminən 40 nəfərdən ibarət 8 qrupun iştirak edəcəyi gözlənilir. İştirakçılar may ayının 4-dən 14-ə kimi orda olacaqlar. Nümayəndə heyəti hüquqşünaslar, jurnalistlər, dini icmaların nümayəndələri, qeyri-hökümət təşkilatlarının nümayəndələri, bələdiyyə üzvləri, elmi işçilərdən ibarət olacaq. 2011-ci ilin may ayında “May 2011-cu il” üçün nəzərdə tutulan mövzular isə bunlardır: İdarəetmədə Hesabatlılıq: Yerli Hakimiyyət; Qanunun Aliliyi: Məişət Zorakılığı; Sosial Problemlər: Dini Tolerantlıq”.
Daha sonra Nailə Nəbiyeva hər bir mövzu haqqənda ətraflı məlumat verib.
Qanunun Aliliyi: Məişət Zorakılığı proqramının gündəliyinə nəzər salsaq görərik ki, proqram bugün Azərbaycan üçün çox aktual məsələlərə işıq salacaq. Məsələn, qruplardan birinin gündəliyinə Mayami Deyd İnsan Xidmətləri - Qurbanlara Yardım Mərkəzinə səfəri təşkil ediləcəkdir. Mərkəzin İcra Direktoru Ivon Mesa nümayəndələri qarşılayıb, onlara yerli zorakılıq və seksual təcavüz qurbanlarına göstərilən xidmət barədə məlumat verəcək.
Bu Mərkəzdə yerli zorakılıq və seksual təcavüz qurbanlarına növbəti xidmətlər göstərilir:

* təhlükəsizlik üçün məsləhət verilir;
* vəkillə söhbət, ehtiyacların və xidmətin dəyərləndirilməsi;
* polislə söhbət;
* lazım gəldikdə, müdafiə haqda məhkəmə qərarı və baş vəkilin nümayəndəsi ilə görüş.
Nümayəndələr İnsan Xidmətləri Departamentinin bəzi şöbələrinin fəaliyyəti haqqında məlumatlandırılacaqlar. Zorakılıq qurbanlarına çevrilmiş insanlara və onların uşaqlarına vəkillik, polis xidməti, vəziyyətin dəyərləndirilməsi, təhlükəsizlik, nəqliyyat, yemək, geyim, ingilis, ispan və kreol dilində ilk yardım cavabı ilə xidmət göstərən şöbələrin işi ilə tanışlıq və eləcə də “Dial-A-Life” proqramı haqqında məlumat veriləcək.

İdarəetmədə Hesabatlılıq: Yerli Hakimiyyət proqramı çərcivəsində isə təşkil olunan səfərlərdən biri Sandtown-Winchester Habitat for Humanity adlanan yerə olacaq. Bu, yararsız vəziyyətə düşmüş və baxımsız qalmış yüzlərlə evlərin könüllülər və Məskən Proqramı üzrə potensial sahibləri tərəfindən təmir edilərək, sakinlərin ev əldə etmələrinə kömək etməklə stabil hala gətirilmiş məhəllədir. Bundan əlavə, təbiət elmi, mühəndislik və riyaziyyat, texnologiya sahələrindəki təhsil programları ilə diqqət çəkən Chesapeake Orta Məktəbinə səfər ediləcək.
Sosial Problemlər: Dini Tolerantlıq proqramı ilə səyahət edəcək qruplardan birini qəbul edən qeyri-hökümət təşkilatının - Dallas Beynəlxalq İşlər Şurası Fort Uors - missiyası çoxaspektli proqramları vasitəsilə beynəlxalq məlumatlılıq, anlayış və əlaqələri inkişaf etdirməkdir. Şura regionun qlobal vəziyyətini yaxşılaşdırmaq və Şimali Texaslıları mürəkkəb dünyamızda rifah içində yaşamağa hazırlamaq istiqamətində işləyir. Səfər müddətində Texas Müsəlman Qadınları Fondu ilə görüşün də baş tutması nəzərdə tutulur. Azərbaycan nümayəndə heyətinin Cənubi Metodist Universitetində “Azərbaycan dini tolerantlıq və dini demokratiya nümunəsi kimi” mövzusunda prezentasiyanın verməsi planlaşdırılır”.
Qeyd edək ki, “Açıq Dünya” Proqramı ABŞ-ın qanunvericilik hakimiyyətinin yeganə mübadilə proqramıdır və onun illik maliyyəsi Konqres tərəfindən təmin olunur. “Açıq Dünya” Proqramı Konqres kitabxanasında yerləşən və ABŞ qanunvericilik hakimiyyətinin agentliyi olan “Açıq Dünya” Liderlik Mərkəzi (ADLM) tərəfindən idarə olunur. Beynəlxalq Təhsil üzrə Amerika Şurası qeyri-hökümət təşkilatı olaraq, “Açıq Dünya” Proqramının inzibati idarəçilik və maddi-texniki təchizat xidmətlərini müqavilə əsasında həyata keçirir.

Sən də məni tərk edəcəksən?
Yerləşdirilib: 26.04.11 |


“Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı İctimai Birliyi “Sən də məni tərk edəcəksən?" şüarı altında “Səyyar Reabilitasiya Mərkəzi” adlı layihənin təqdimatını keçirib. ann.az-ın verdiyi xəbərə görə, layihənin məqsədi xüsusi qayğıya ehtiyacı olan və valideyn qayğısı görməyən kimsəsiz uşaqların sağlamlığını bərpa etmək və cəmiyyətimizin sağlam gələcəyinə şərait yaratmaqdır. Bu məqsədə nail olmaq üçün internat məktəblərində təhsil alan uşaqların tibbi müayinəsini həyata keçirmək və lazım olduğu təqdirdə müalicə və əməliyyatların keçirilməsini nəzərdə tutulur. Bu təqdimatın məqsədi layihəni cəmiyyətimizin inkişafında rolu olan və sosial məsuliyyətli şirkətlərin diqqətinə çatdırmaq, onların korporativ sosial məsuliyyətini yerinə yetirməklə “Sən də məni tərk edəcəksən? “ şüarı altında kimsəsiz uşaqlara sağlamlıq bəxş etməkdir.

Layihənin reallaşması üçün "Dental House", "Caspian Compassion Project", "İnternational Medical Fellowship", "CSR in Azerbaijan" “Birliyə Doğru” İB ilə əməkdaşlıq edir.

Qeyd edək ki, təqdimatda "Unicef"in əməkdaşlarından Ayna Mollazadə, Elnur Əliyev, "Access Bank"ın əməkdaşlarından Çingiz Əsədov, Zeynəb Tariverdiyeva, Azərsun-dan Rüfət Qasımov, Azərbaycan Banklar Assosiasiyasından Sənan Bağırov, Mərkəzi Bankının əməkdaşı Səfərli Aygün, "Express bank"dan Bəxtiyar İbrahimov, "Səhiyyə və Sağlam Həyat" təşkilatının sədri Lətafət Əlizadə, "SİAR" MMC-dən Əşrəf Hacıyev, "Psixologiya və konsultasiya mərkəzi"nin rəhbəri Elnur Rüstəmov işstirak edib.

QHT-nin təşəbbüsü ilə "Gənclik və Dövlətçilik" Forumu keçirilib
Yerləşdirilib: 26.04.11 |


Dünən “Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatının (UGT) təşəbbüsü ilə Gəncliyə Yardım Fondunda “Gənclik və Dövlətçilik” Gənclər Forumu keçirilib. Tədbirdə Milli Məclisin deputatları, Azərbaycan Prezidentinin siyasətini dəstəkləyən gənclər, ziyalılar, KİV rəhbərləri iştirak ediblər. AzərTac-ın yaydığı xəbərə görə, "Gən Liderlər" UGT-nin sədri Fərid Şahbazlı bildirib ki, müasir dövrdə artıq bütün dünyada, o cümlədən Azərbaycanda gənclər ölkədə gedən ictimai-siyasi proseslərdə öndə sıralarda addımlayırlar: "Azərbaycanda gənclərin hərtərəfli fəaliyyəti üçün bütün şərait mövcuddur. Gənclərin özünü ictimai-siyasi həyatda realizə edə bilməsi baxımından heç bir problem yoxdur, əksinə dövlət bu istiqamətdə bir sıra ciddi addımlar atır. Bu gün gənclərimiz dövlət idarçiliyində mühüm yerlər tuturlar. Hazırda 5 mindən çox azərbaycanlı gənc dünyanın aparıcı ali məktəblərində müxtəlif ixtisaslara yiyələnir. Eyni zamanda, onlar xarici ölkələrdə xalqımızı təmsil edir, qədim və zəngin mədəniyyətimizin, adət və ənənələrimizin təbliğində mühüm rol oynayırlar".
Gəncliyə Yardım Fondunun prezidenti Əhməd Tecim vurğulayıb ki, Azərbaycan yeganə ölkədir ki, ölkə rəhbərliyi gənclərin inkişafına belə yüksək səviyyədə diqqət və qayğı göstərir.
Milli Məclisin deputatları Elmira Axundova, Jalə Əliyeva, Zahid Oruc, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Müəllimlər İnsititutunun prorektoru Tünzalə Yusifova, Qadın Konsensus Mərkəzinin rəhbəri Aynur Quliyeva və digər çıxış edənlər qeyd ediblər ki, Azərbaycan dövləti daim gənclərə arxalanır və inanır. Ölkəmizdə gənclərin hər sahədə problemləri daim araşdırılır və həmin problemlərin həlli üçün mühüm addımlar atılır. Azərbaycanda 2007-ci ilin “Gənclər ili”, 2009-cu ilin “Uşaq ili” elan olunması ölkəmizin ictimai-siyasi və iqtisadi həyatında gənclərin fəal iştirakını təmin edib. Bu yaxınlarda Azərbaycan Prezidenti İlham Əliyevin müxtəlif sahələrdə uğurlar qazanmış bir qrup gənci və tələbə gənclər təşkilatlarının nümayəndələrini qəbul etməsi, “Azərbaycan gəncliyi 2011-2015-ci illər Dövlət Proqramı haqqında” Sərəncam imzalaması ölkədə gənclərə göstərilən qayğının daha bir nümunəsidir.
Forumda iştirak edən gənclər Prezidentin rəhbərliyi ilə aparılan islahatlardan söz açmış, dövlətçilik maraqlarının hər şeydən üstün olduğunu qeyd ediblər.

F.Əsgərov: Xartiya QHT-lərin fəaliyyətinin şəffaflığı və hesabatlılığını təmin edəcək
Yerləşdirilib: 26.04.11 |


qhtxeber.az// Qan Donorları Assosiasiyası İctimai Birliyi öz üzvləri arasında Azərbaycan QHT-lərinin Məsuliyyət Xartiyasını müzakirə edib. Bu barədə qhtxeber.az-a Birliyin sədri Fuad Əsgərov məlumat verib. Onun sözlərinə görə, birlik üzvləri Xartiyanın müddəalarını təhlil edərək müsbət qarşıyıblar. QHT sədri deyib ki, Xartiya QHT-lərin fəaliyyətini stimullaşdıracaq: “Bu sənəd həmçinin, yüksək iş standartlarının ilk növbədə bizim tərəfimizdən gözlənilməsinə gətirib çıxaracaq. Xartiya QHT-lərin fəaliyyətinin şəffaflığı və hesabatlılığını təmin edəcək. Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən hazırlanmış bu sənədi yüksək qiymətləndiririk”. QHT sədri bəyan edib ki, Qan Donorları Assosiasiyası İctimai Birliyi də Məsuliyyət Xartiyasına qoşulur.


QHT “İT-İP: yeni biliklərin ötürülməsi və qorunması” mövzusunda konfrans keçirir
Yerləşdirilib: 26.04.11



Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi (MHA) və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) birgə təşkilatçılığı ilə “İT-İP: yeni biliklərin ötürülməsi və qorunması” mövzusunda konfrans işə başlayıb. AzərTac-ın yaydığı xəbərə görə, 26 aprel - Beynəlxalq Əqli Mülkiyyət Günü münasibətilə keçirilən tədbiri giriş sözü ilə MHA-nın sədri Kamran İmanov və rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə açıb.
Tədbirdə informasiya texnologiyaları və əqli mülkiyyət, yeni biliklər və onların qorunması məsələləri ilə yanaşı, Azərbaycana məxsus əqli mülkiyyətin, eləcə də maddi və qeyri-maddi irsin oğurlanması, mənimsənilməsi, bu sahədə tarixi saxtakarlıqlar və uydurmalar geniş müzakirə olunacaqdır.
Konfransda ediləcək bütün məruzələr “On-line” rejimində agentliyin www.copaq.gov.az və PİTN-in
www.mincom.gov.az saytları vasitəsilə internetdə yayımlanacaqdır.
Tədbirdə Milli Məclisin deputatları, tanınmış elm xadimləri, hökumət qurumlarının və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirlər.


Sabunçuda sahibkarlardan layihələrin qəbuluna start verilib
Yerləşdirilib: 26.04.11


qhtxeber.az// İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Sabunçu rayonunda "Bakı qəsəbələrində sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. Sahibkarlığa Kömək Milli Fondundan qhtxeber.az-a verilən məlıumata görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədilə müzakirələr aparılıb. Sabunçu rayonunun qəsəbələri üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib: zəfəran təsərrüfatlarının yaradılması, zəfəran emalı və qablaşdırılması müəssisəsinin yaradılması, müasir çörək istehsalı müəssisələrinin yaradılması, müasir kiçik və orta həcmli istixana komplekslərinin yaradılması, müasir quşçuluq təsərrüfatlarının yaradılması, kiçik həcmli müasir ət kəsimi müəssisələrinin yaradılması. Qeyd edək ki, bu gündən etibarən "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, sahibkarlıq subyektləri investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.


Fərasət Qurbanov: Şurada QHT-lərin fəaliyyəti ilə bağlı yeni model hazırlanır
Yerləşdirilib: 25.04.11 |


qhtxeber.az// Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında “QHT Fəaliyyətinin Keyfiyyət Standartları və Sertifikatlaşdırma Modeli”nin hazırlanması üzərində işlər gedir. Bu barədə qhtxeber.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov məlumat verib. O bildirib ki, Keyfiyyət standartlarının formaları haqqında diskusiyalardan sonra yekun qərar qəbul olunacaq və QHT-ləri sertifikatlaşma məsələsi üzərində iş aparılacaq: “Sertifikatlaşma bir qədər ciddi məsələdir. Burada artıq təşkilatların həmin keyfiyyətləri üçün sertifikat veriləcək”. Şurası Katibliyinin icraçı direktoru deyib ki, bütün prosedurlar inzibatı qaydada həyata keçiriləcək. “QHT-lərin Məsuluyyət Xartiyası” məhz QHT-lərin inzibati prosesə hazırlamaq üçün köməkçi bir sənəddir. Onun sözlərinə görə, Xartiyanı qəbul edən QHT ümümi prinsipləri qəbul etmiş olur. Artıq bu mərhələdən sonra keyfiyyət standartlarına cavan verən QHT sənədlərə əsaslanan bir formada özünün bütün fəaliyyətini tənzimləmiş olacaqdır.


QHT hesab edir ki, təbliğat orqanlarının özlərinin maariflənməyə ehtiyacı var
Yerləşdirilib: 25.04.11


qhtxeber.az// Jurnalistlər Sülh və İnkişaf Uğrunda İctimai Birliyi "Siqaretsiz mətbuat" kampaniyası çərçivəsində gələn həftədən başlayaraq qəzet redaksiyalarında, informasiya agentliklərində və televiziya şirkətlərində ardıcıl görüşlər keçirməyə başlayacaq. Bu barədə qurumun rəhbəri Mətləb Salahov qhtxeber.az-a bildirib. Onun sözlərinə görə, artıq kampaniya çərçivəsində görüləcək ilkin işlər və KİV-lərə təqdim olunacaq təkliflər üzərində iş başa çatıb:
"Bilirik ki, bu iş çox çətindir. Amma nəzərə alsaq ki, siqaretə daha çox yaradıcı adamlar meyllənir və KİV-də çalışanlar arasında siqaret çəkənlər daha çoxdur, onda bu kampaniyanın nə qədər vacib və gərəkli olduğunu aydınca görürük. Biz gələn həftədən təxminən 32-dək KİV orqanına bu təklifləri çatdıracağıq. Bunun ardınca da dərhal KİV redaksiyalarında siqaretin insanın daxili orqanlarında törətdiyi ölümcül fəsadları, insan ömrünü sürətlə azaltmasını, xüsusi ilə irsi olaraq gələcək nəsillərə keçən sağalmaz xəstəliklər barədə ətraflı məlumatları əks etdirən maarifləndirmə plakatları paylanılacaq”.


Qeyd edək ki, KİV-də çalışan jurnalistlər üçün, həmçinin, mütəmadi olaraq aylıq seminarların da təşkil olunması nəzərdə tutulur.

QHT paraşütdən tullanma təlimlərinə başlayacaq
Yerləşdirilib: 25.04.11



Azərbaycanda yeniyetmələr üçün desant kursları açılacaq. Bu barədə Trend-ə Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyyətinin (KHVTİC) Respublika Şurasının sədri, general-mayor Novruzəli Orucov bildirib. Onun sözlərinə görə, desant kurslarında yeniyetmələrə bir neçə istiqamətdə - nəzəri hazırlıq, paraşütdən tullanma, əlbayaxa döyüş və silah atıcılığı - təlimlər keçiləcək. Novruzəli Orucov hesab edir ki, paraşütdən tullanma ilə məşğul olacaq yeniyetmələrdə qorxu hissi tamamilə aradan qalxacaq: “Paraşütdən tullanma elə bir psixoloji baryerdir ki, həmin baryeri keçə bilən gəncin nə döyüş zamanı, nə də digər vaxtlarda qorxu hissi olmur. Ona görə də biz paraşütdən tullanma təlimlərinə xüsusi önəm veririk”.
Novruzəli Orucov onu da bildirib ki, Azərbaycan müharibə şəraitində yaşayır və torpaqlarımızın 20 faizi işğal altındadır. Bu səbəbdən gənclərin həqiqi hərbi xidmətə getməzdən əvvəl bu cür hazırlıq keçməsi vacibdir.
Qeyd edək ki, bir müddət əvvəl KHVTİC-in nəzdində snayper kursları fəaliyyətə başlayıb.


Şura Sumqayıt gənclərinin karyera imkanlarının artırılmasına da dəstək oldu
Yerləşdirilib: 25.04.11


qhtxeber.az// “Demokratik Gənclər” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə icra etdiyi “Sumqayıt gənclərinin internet resurslarından səmərəli istifadə etməklə karyera imkanlarının artırılması” layihəsi çərçivəsində təlimlərin təşkilinə başlayıb. “Demokratik Gəncləri” İctimai Birliyinin mətbuat xidmətinin rəhbəri Çinarə Hüseynovanın qhtxeber.az-a verdiyi məlumata görə, layihənin məqsədi Sumqayıt gənclərinə internet texnologiyaları vasitəsi ilə iş axtarılması və CV hazırlanması üçün lazımi bilik və vərdişlərin aşılanmasıdır. Onun sözlərinə görə, lıayihə çərçivəsində 240 nəfər gənc internet resurslarından istifadə etməklə iş yerlərinin axtarılması və karyera imkanlarını dəyərləndirəcək: “Bu yolla şəxsi iş axtarma strategiyasının qurulması, şəxsi peşəkarlığın və arzu olunan karyeranın inkişaf etdirilməsi üçün zəruri olan bacarıqların obyektiv dəyərləndirilməsi nəzərdə tutur”. Ç.Hüseynova deyib ki, layihə çərçivəsində ilk təlim aprelin 23-24-də Sumqayıtda yerləşən İnformasiya Texnologiyaları Akademiyasında ali və orta ixtisas təhsil müəssisəsində oxuyan, iş axtaran və işlədikləri işdən tam məmnun olmayan gənclər üçün təşkil edilib. Təlimi Azerveb saytının administratoru Fərid Fərhadov və Fərdi İnkişaf və Karyera Mərkəzinin direktoru Eyvaz Qocayev aparıb. Təlimdə 20 nəfər gənc iştirak edib.Təlimdə “Peşə seçimi nədir və nə üçün önəmlidir?”, “Özünü tanıma, maraq dairəsinin müəyyənləşdirilməsi”, “Fiziki xüsusiyyətlər və təhsil göstəriciləri”, “Peşələr haqqında məlumat: gələcəkdə hansı peşələr aktual olacaq?”, “Peşə seçərkən nələrə diqqət yetirməli?”, “İxtisas və peşə təhsili üçün təhsil müəssisəsini necə seçməli?” mövzularında interaktiv müzakirələr təşkil edilib.
Ç.Hüseynova bildirib ki, müzakirə olunan məsələlər, peşə yönümünü müəyyənləşdirmək üçün keçirilən test iştirakçıların böyük marağına səbəb olub. Təlimdə internetdə mövcud olan resurslar vasitəsi ilə necə iş axtarmağın yolları, CV və niyyət məktubunun (cover letter) hazırlanması, həmçinin işə götürənə təqdim etmə qabiliyyətinin aşılanması gənclərə keçilib.
Təlimin işi anket sorğusu vasitəsi ilə qiymətləndirilib. Təlimin sonunda iştirakçılara mövzu ilə bağlı sənədlər toplusu təqdim edilib.

Qeyd edək ki, bundan başqa təlimdə Sumqayıt şəhər Gənclər İdman Baş İdarəsinin Gənlərlə iş şöbəsinin rəhbəri Rüstəm Sadıqzadə və Sumqayıt şəhər İT Akademiyasının rəhbəri Bəyaz Novruzova da gənclərə düzgün peşə seçimini etməyin yolları haqqında ətraflı məlumatlar veriblər. Təlimin sonunda isə iştirakçılara diplomlar təqdim edilib.


Şuranın dəstəyi ilə AVCİYA seçici hüquqlarının müdafiəsi haqda seminar keçirir
Yerləşdirilib: 25.04.11


qhtxeber.az// Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Şirvan şəhərində seminar keçirib. Seminar “Seçici hüquqlarının müdafiəsinin, seçki şikayətlərinə baxılmasının təkmilləşdirilməsi üçün tövsiyələrin hazırlanması və regionlarda maarifçilik işinin təşkili” adlı layihə çərçivəsində baş tutub. Seminarda seçki sahəsində fəaliyyət göstərən QHT nümayəndələri, müəllimlər, müstəqil ekspertlər, jurnalistlər iştirak edib. Seminarda AVCİYA Seçki Qərargahının əməkdaşları layihə çərçivəsində məruzə ilə çıxış ediblər. Məruzələrdə respublikada seçici hüquqlarının müdafiəsi ilə bağlı da bir sıra müsbət irəliləyişlər əldə olunmasına baxmayaraq, bir sıra problemlərin olduğu qeyd edilib. Bundan başqa seminarda seçki şikayətlərinə baxılması prosedurasının nisbətən sadələşdirilməsinə, “Seçki Məcələsi”nə beynəlxalq standartlara uyğun bir sıra dəyişiklərin edilməsinə ehtiyac olduğu xüsusi vurğulanıb. Seminarın sonunda müxtəlif suallara cavab verilib, seçki şikayətlərinə baxılmasının təkmilləşdirilməsi ilə bağlı AVCİYA – nın tövsiyələri iştirakçıların diqqətinə çatdırılıb.


Şuranın dəstəyi ilə yeniyetmələrə zərərli vərdişlərin nəticələrindən danışılacaq
Yerləşdirilib: 25.04.11

 

 

qhtxeber.az// “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı şəhərində “Xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında sosial problemi olan- zərərli vərdişlərin profilak¬tika¬sına dair maarif¬lən¬dir¬mə işinin aparılması” adlı layihə icra edir. “Üfüq” Gənclərin İnkişafı Naminə İctimai Birliyinin sədri Nahid Quliyevin qhtxeber.az-a verdiyi məlumata görə, layihənin məqsədi regionlarda xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında zəzərli vərdişlərlə bağlı maarifləndirmə və məlumatlandırma xarakterli qabaqlayıcı tədbirlərinin aparılması, infor¬masiya çatışmazlığının aradan qaldırılması, sağlam həyat tərzi və sağlam ailə prinsiplərinin təbliği, zərərli vərdişlərə qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolunun artırılması xüsusi qayğıya ehtiyacı olan uşaqların maraqlarının müdafiəsidir. Onun sözlərinə görə, hazırda layihə çərçivəsində Bakı şəhərində seçilmiş 2 məktəbdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün zərərli vərdişlər mövzusunda mək¬təbdən kənar təlimlər keçirilir. Hər iki məktəbdən birlikdə 80 nəfər xüsusi qayğıya ehtiyacı olan uşağa məktəbdən kənar təlimlər keçiriləcək. Hər məktəbdə 4 dəfə olmaqla, cəmi 8 gün təlim təşkil olunacaq. Təlimlər zamanı uşaqlara zərərli vərdişlər barədə, onların ziyanlı tərəfləri barədə biliklər veriləcək.
N.Quliyev bildirib ki, Azərbaycanda narkomaniya problemi bir sıra dünya ölkələri ilə müqayisədə faciəvi həddə çatmasa da, son illər narkomanların artım dinamikası narahatlıq doğurmaya bilməz: “Rəsmi statistikaya görə Azərbaycanda ötən il 18 mindən artıq narkotik istifadəçi qeydə alınmışdırsa, bu il bu göstərici 21 min 80 nəfər olub. Ancaq qeyri-rəsmi statistikaya görə narkomanların sayı 180-200 min nəfər təşkil edir. Fövqəladə vəziyyət ondan ibarətdir ki, narkomaniya probleminin mərkəzində 15-30 yaşında gənclər və qadınlar dayanır. Artıq narkotiklərdən istifadənin gəncləşdiyi tendensiyası müşahidə olunmaqdadır. Əvvəlllər narkotikdən istifadə edənlər 25- 30 yaş həddində idisə, indi bu göstərici 15-18 yaşa qədər enib”.
Layihə müddətində xüsusi qayğıya ehtiyacı olan uşaqlar arasında zərərli vərdişlərlə bağlı lazımi biliklərin yaranması, onların maariflənməsi, zərərli vərdişlərlə mübarizədə QHT-lərlə xüsusi məktəblərin imkanlarının artırılması və birləşdirilməsi, həmçinin, sağlam həyat tərzi prinsiplərinin davamlı təbliği, vətəndaş cəmiyyəti institutları ilə yerli dövlət orqanları, özünüidarə orqanları arasında fəaliyyətin koordinasiya edilməsi, informasiya bazasının yaradılması və əldə olunmuş informasiyanın başqa uşaqlara verilməsi nəzərdə tutulub.


QHT dəyirmi masada miqrantların qeydiyyat problemini qaldıracaq
Yerləşdirilib: 25.04.11


qhtxeber.az// “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyi “Azərbaycan Respublikasında miqrantların qeydiyyat problemi” mövzusunda dəyirmi masa keçirəcək. “Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyindən qhtxeber.az-a verilən məlumata görə, dəyirmi masa aprelin 27-də saat 11:00-da Caspian Plaza Biznes mərkəzinin konfrans zalında keçiriləcək. Dəyirmi masada Azərbaycan Respublikası ərazisində yaşayan xarici ölkə vətəndaşlarının miqrant kimi qeydiyyatdan keçmə proseduru, bu sahədə mövcud olan problemlər, Xaçmazın Uryanoba və Xraxoba kəndlərinin sakinlərinin Azərbaycan vətəndaşlığını qəbul etməsinin vəziyyəti və s. məsələlər müzakirə olunacaq.

Şuranın dəstəyi ilə Qarabağın maddi-mənəvi mədəniyyət irsinə dair layihə həyata keçirilir
Yerləşdirilib: 25.04.11


qhtxeber.az// “Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyası İcitimai Birliyi Azərbaycan Respub¬likasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Bakı şəhərində “Qarabağın maddi-mənəvi mədəniyyət irsinə dair qaçqın-məcburi köçkün uşaqlar üçün həftə sonu məktəbi” layihəsini icra edir. Təşkilatın sədri Nurəddin Mehdiyevin qhtxeber.az-a verdiyi məlumata görə, layihənin məqsədi qaçqın və məcburi köçkün uşaqlarının həftə sonu məktəbi vasitəsi ilə Qarabağın maddi-mənəvi mədəniyyət irsinə dair biliklərini artırmaqdır: “Məqsədimiz Qarabağda anadan olmayan məcburi köçkün uşaqların Qarabağ haqqında, onun zəngin mədəniyyəti haqqında, daha geniş biliklərə yiyələnməsi ilə öz ata-baba yurdlarına mənəvi bağlılıqlarını artırmaq, özünə inamını yüksəltmək, vətənpərvər vətəndaş kimi böyüməsinə yardım¬çı olmaq, məcburi köçkün uşaqların səsinin dünyanın müxtəlif ölkələrində yaşayan həmyaşıdlarına çatdırmaqdır. Bu gün dövlətimiz Qarabağın qaytarılması üçün bütün mümkün vasitələrdən istifadə edir. Bunlar Azərbaycan cəmiyyətinə özünəinam və ümid verir. Əlbəttə, dövlətlə yanaşı bu işdə vətəndaşların da üzərinə vəzifələr düşür”.
QHT sədri deyib ki, layihə çərçivəsində Bakı şəhərində seçilmiş məktəbdə Qarabağın maddi-mənəvi mədəniyyət irsinə dair qaçqın - məcburi köçkün uşaqlar üçün həftə sonu məktəbləri keçirilir. Təlimlər zamanı uşaqlara Qarabağ haqqında, onun zəngin mədəni irsi haqqında, tarixi haqqında daha geniş biliklər verilir. Layihənin sonunda layihə iştirakçısı olan uşaqlar adından uşaqların beynəlxalq müdafiəsi günü ərəfəsində dünya uşaqlarına məktub hazırlanacaq. Məktubda dünya uşaqlarının diqqəti ermənilərin Qarabağda törətdikləri vəhşiliklərə, Qarabağın maddi mədəniyyət abidələrinin ermənilər tərəfindən dağıdılması faktlarına yönəldiləcək.
Qeyd edək ki, layihə çərçivəsində “Qarabağın maddi mədəniyyəti (arxitektura, abidələr, dini məbədlər, xalq sənəti nümünələri, dekorativ- tətbiqi sənət nümunələri, milli mətbəx)”, “Qarabağın mənəvi mədəniyyəti (ədəbi mühit, muğam sənəti, folklor- xalq yaradıcılığı)”, “İşğal altında olan Qarabağın maddi mədəniyyət abidələrinə ermənilərin barbar münasibəti” mövzularında təlimlər keçiriləcək.


QHT mentorluq xidməti təşkil edəcək
Yerləşdirilib: 25.04.11


qhtxeber.az// “Göyçay İnkişaf Mərkəzi” İctimai Birliyi (GİM ) Almaniya Xalq Universitetləri Birliyinin (dvv international) və Britaniya Şurasının Fəal Vətəndaşlar Proqramının dəstəyi ilə Göyçay rayonunda gənclər üçün “Gənclərinin sosial həyata inteqrasiya edilməsində imkanlarının artırılması” adlı layihə həyata keçirəcək. İctimai Birliyin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əzizağa Atakişiyev qhtxeber.az-a bildirib ki, layihənin əsas məqsədi gənclərin müxtəlif vətəndaş təhsili sahələri üzrə məlumatlılıq səviyyələrini artırmaq, onları ictimai həyatda fəal iştiraka cəlb etmək, hüquqi çərçivələr və imkanlar haqqında informasiyalarla tanış etmək, ixtisas və bacarıqlarına uyğun iş yerləri və qazanc əldə etmələrinə kömək üçün mentorluq xidməti təşkil etmək, bununla da məşğuliyyətlərinin artırılmasına, o cümlədən cəmiyyətə daha tez inteqrasiya edilmələrinə yardım göstərməkdir. Layihə çərçivəsində GİM mayım 5-dən iyunun 30-dək intensiv təlimlər və debatlar təşkil edəcək. Onun sözlərinə görə, təlimlər təcrübəli təlimçilər tərəfindən aparılacaq: “Fəaliyyətlərimizin sonuncu mərhələsində gənclərin təlimlərdə əldə etdikləri bilik və təcrübələri bölüşmək üçün GİM Göyçay şəhərlərində fəaliyyət göstərən 2 istehsal müəssisəsinə öyrənmə səfəri təşkil edəcək. Ən sonda təlimlərdə aktiv və davamlı iştirak etmiş gənclərə sertifikatlar veriləcək”.


Bölgə gəncləri nəyi öyrənməlidir?
Yerləşdirilib: 25.04.11



qhtxeber.az// “Qızılbaş” Gəncləri Maarifləndirmə İctimai Birliyi Beyləqan rayonu ərazisində yerləşən Xocavənd qəsəbəsində seminar keçirib. Seminar Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstəklənən “Bölgə gənclərinin kompüterdən səmərəli istifadə bacarıqlarının artırılması üzrə təlimlər” layihəsi çərçivəsində təşkil edilib. Qhtxeber.az-ın məlumatına görə, layihənin həyata keçirilməsində məqsəd məcburi köçkün gənclərin və yeniyetmələrin informasiya texnologiyalarına maraqlarının artırılması və həmçinin bu texnologiyalardan faydalı istifadə edilməsini təmin etmək olub.
Seminarda təşkilatın sədri Elnur Məmmədli, koordinatoru Mirmehdi İbişov və təlimçi Mirdaməd Quliyev mövzu ətrafında məruzələrlə çıxış ediblər. M. İbişov bölgə gənclərinin böyük əksəriyyətinin kompüterlə bağlı anlayışlarının zəif olduğunu bildirib. Məruzəçi müasir dünyanın sürətlə inkişaf etdiyini, kompüterin insanların ayrılmaz bir hissəsinə çevrildiyini iştirakçıların diqqətinə çatdırıb. Gənclərin istənilən özəl və yaxud dövlət qurumunda işləməsi üçün informasiya texnologiyalarından anlayışlarının olmasını vacib amil kimi qeyd edib.
Seminarda müxtəlif kompüter proqramları ilə bağlı gənclərə məlumat verilib.
Qeyd edək ki, layihə çərçivəsində Füzuli rayonunda da seminarların keçirilməsi nəzərdə tutulub.


Maliyyə Nazirliyinə nə qədər QHT hesabat verib?
Yerləşdirilib: 23.04.11



Ədliyyə Nazirliyinin məlumatına görə, Azərbaycanda dövlət qeydiyyatından keçən QHT-lərin sayı 3.500-i ötüb. Amma III sektor təmsilçilərinin hamısının normal fəaliyyətindən danışmağa dəyməz. Vətəndaş cəmiyyətini təmsil edən qurumlar hətta öz fəaliyyətləri barədə hesabatları vaxtlı-vaxtında verə bilmirlər.

Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 saylı qərarına əsasən, QHT-lər aprel ayının 1-dən gec olmayaraq Maliyyə Nazirliyinə illik maliyyə hesabatları təqdim etməlidir. Maliyyə Nazirliyi hələ bu ilin əvvəlində bəyan etmişdi ki, 2010-cu il üçün maliyyə hesabatı verməyən QHT-lər barəsində aprelin 1-dən sonra ciddi sanksiyalar tətbiq olunacaq, onlar cərimələnəcək. Maliyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Mais Piriyev saytımıza bildirib ki, Qeyri-hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartı və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 dekabr 2009-cu il tarixli 201 nömrəli qərarı ilə təsdiq edilmiş «Qeyri-hökumət təşkilatlarının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası»nın 5.2-ci bəndinə əsasən Qeyri-hökumət təşkilatı illik maliyyə hesabatını müəyyən edilmiş müddətdə təqdim etmədikdə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin təşkilata yazılı surətdə xəbərdarlıq etməklə müvafiq hesabatın 30 (otuz) gün müddətində təqdim edilməsinə dair göstəriş verir. Hesabat dövrü ərzində maliyyə fəaliyyəti olmayan qeyri-hökumət təşkilatları maliyyə hesabatlarını təqdim etməkdən azad edilmir və həmin təşkilatlar boş hesabat formalarını müşayiət məktubu ilə birlikdə təqdim etməlidir. M.Piriyev deyib ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 247-1-ci maddəsinə əsasən, mühasibat uçotu subyekti tərəfindən maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının qanunvericiliyə müvafiq olaraq hazırlanması, təqdim olunması, o cümlədən hesabatlarda və qanunvericiliyə əsasən tələb olunan digər məlumat formalarında informasiya və göstəricilərin tam və ya düzgün əks etdirilməməsinə görə inzibati məsuliyyət müəyyən edilib. Beləki müəyyən olunmuş vaxt ərzində sözügedən hesabatı təqdim etməyən vəzifəli şəxslər 300 manatdan 400 manatadək, hüquqi şəxslər isə 1500 manatdan 2000 manatadək miqdarda cərimə edilməlidir. Maliyyə Nazirliyindən aprelin 1-dək hesabat verməyən QHT-lərin sayı barədə açıqlama verilməyib.

Amma bu barədə digər instansiyadan xəbər əldə edə bildik. Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının baş mühasibi Tofiq Hüseynov məlumat verib ki, 2011-ci il aprelin 1-dək 1100 QHT maliyyə hesabatı verib. O, bu məlumatı Maliyyə Nazirliyindən əldə etdiyini qeyd edib.modern.az


Gənclər və informasiya cəmiyyəti: imkanlar və problemlər
Yerləşdirilib: 23.04.11


Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində (SAM) “Gənclər və informasiya cəmiyyəti: imkanlar və problemlər” mövzusunda gənclərin iştirakı ilə müzakirə keçirilib. Müzakirə Azərbaycan gənclərinin qarşıdakı VI forumuna həsr edilib və planlaşdırılan 8 müzakirədən birincisi olub. Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, prezidentin gənclər sahəsində 2011-2015-ci illər üzrə dövlət proqramının hazırlanmasına dair sərəncamı ilə əlaqədar işçi qrup yaradılıb: “Biz hesab edirik ki, gənclər bu prosesdə fəal iştirak etməlidir”. İ. Babayev deyib ki, müxtəlif mövzularda, o cümlədən gənclərin şəxsi inkişafı, onların ictimai həyatda iştirakı, bölgələrdəki gənclərlə bağlı 8 müzakirənin keçirilməsi qərara alınıb. Müzakirələr ayda 2 dəfə keçiriləcək.

 

Baxılıb: 1470 dəfə.