Bu gün “Bakı xəbər” qəzetinin təşkil etdiyi “İslamda yas mərasimləri və əyintilər” adlı yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb. Beynəlxalq Mətbuat Mərkəzində baş tutan mükafatlandırma mərasimində qəzetin baş redaktoru Ayqdın Quliyev bildirib ki, müsabiqənin məqsədi problemi aktuallaşdırmaq və aradan qaldırmaq üçün bir sistem formalaşdırmaqdır. Onun sözlərinə görə, müsabiqə fevral ayında başlayıb və avqust ayına qədər davam edib. Bu müddət ərzində müsabiqəyə 61 məqalə təqdim olunub. Təqdim olunan məqalələr 29 qəzet və jurnalda, 22-si "Bakı xəbər" qəzetində, 35-i digər qəzetlərdə, 4-ü isə müxtəlif informasiya agentliklərində yayımlanıb. Məqalələr arasında 13-ü mükafata layiq görülüb. Onlardan 6-sı ilk üçlükdə qərarlaşıb. Yeddi nəfər isə həvəsləndirici mükafata layiq görülüb.
Müsabiqədə iştirak edən 61 məqalənin kitab halında çap olunması da nəzərdə tutulub.


