Sunday, May 20th

Last update12:31:32 PM GMT

Azərbaycanca

Azərbaycan İnterneti beynəlxalq kütləvi tədbirlərə hazırdırmı?

E-poçt Çap

Azərbaycan İnternet Forumu “Azərbaycan İnterneti beynəlxalq kütləvi tədbirlərə hazırdırmı?” mövzusunda dəyirmi masa keçirib. Forumun prezidenti Osman Gündüz bildirib ki, müzakirələr ölkəmizin internetinin kütləvi tədbirlərə hazırlıq səviyyəsini, onun problemlərinin ictimaiyyətin və dövlətin diqqətinə çatdırmaq, bununla da problemlərin aradan qaldırılmasına təkan vermək məqsədi daşıyır. 
Osman Gündüz probelmləri aradan qaldırmaq üçün dövlətin xəbər portallarına dəstək göstərməsinin əhəmiyyətini vurğulayıb: “Hökümət qəzetlərə dəstək göstərdiyi kimi bəzi xəbər resursları və digər interet resurslarına da dəstək göstərməlidir. Bundan əlavə Bakı şəhərinin saytının fəaliyyəti genişləndirilməli yeni məlumatlar daxil edilməli, youtube- də Azərbaycanla bağlı yeni kanallar açılmalıdır.
Osman Gündüzün sözlərinə görə, Azərbaycan Eurovision müsabiqəsində qalib gəldikdən sonar “google” axtarış saytında Azərbaycan əvvəlkindən 8 dəfə çox axtarılıb. Lakin bu gün qlobal axtarış sistemlərində ölkəmiz haqqında məlumatlar kifayət qədər deyil”.
Almaniyada fəaliyyət göstərən azərbaycanlı ekspert Rüstəm Əliyev bildirib ki, Azərbaycanda internet resursları dünya miqyaslı ziyarətçiləri qəbul etməyə hazır deyil. Çünki sadəcə yerli tələblərə uyğundur. Lakin internet resursları kütləvi tədbirlər zamanı yüz minlərlə insanın ziyarətinə hazır olmalıdır. Ekspert problemlərin aradan qaldırılması istiqamətində bir sıra təkliflər irəli sürüb.

Baxılıb: 1522 dəfə.

Digər xəbərlər

"Facebook"un bütün səhmlərinin dəyəri 105 milyard dollardır

"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja bağlandığı vaxt bir səhmə görə 38,37...

Seydu Dumbiya

Seydu Dumbiya "Liverpul"un maraq dairəsinə düşüb

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa ç...

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin...