Sunday, May 20th

Last update12:31:32 PM GMT

Azərbaycanca

Əflatun Amaşov Özbəkistanda media ilə bağlı iki günlük beynəlxalq konfransda iştirak edib

E-poçt Çap

Azərbaycanı Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov 23-26 iyun tarixlərində Özbəkistanın Səmərqənd şəhərində keçirilən “Medianın iqtisadi müstəqilliyinin möhkəmlənməsi demokratik və liberal islahatlarda hərəkətverici qüvvə kimi” mövzusunda beynəlxalq konfransda iştirak edib. Tədbir iki gün davam edib.
MDB və Avropa ölkələrinin media sahəsində tanınmış ekspertlərinin iştirak etdiyi konfransda ölkəmiz həmçinin Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elxan Poluxovla da təmsil olunub. 

Tədbirdə “Demokratik və liberal islahatlara nail olmaqda KİV-in rolu və yeri”, “İnformasiya sahəsində iqtisadi mexanizmlərin inkişafı vasitəsilə KİV-in müstəqil və azad fəaliyyətinin möhkəmləndirilməsi”, “KİV-ə dövlət himayəsinin gücləndirilməsi, onların maliyyə sabitliyinin və iqtisadi azadlıqlarının təmin edilməsi” mövzularında sessiyalar keçirilib. Azərbaycan təmsilçiləri bu məsələlərlə bağlı konfransda çıxış ediblər. 

Özbəkistanın Müstəqil Çap KİV-ləri və İnformasiya Agentliklərinin İnkişafına Dəstək İctimai Fondunda aparılan müzakirələr Mətbuat Şurası ilə bu qurum arasında əməkdaşlıq haqqında memorandumun imzalanması ilə yekunlaşıb. Sənədi M.Ş sədri Əflatun Amaşov və İF-nin sədri Abdulaziz Abdullaev imzalayıblar. Sənədə uyğun olaraq Azərbaycan və Özbəkistan medilası arasında çoxtərəfli əməkdaşlığı dərinləşdirmək məqsədi ilə təcrübə mübadiləsinin aparılması, birgə konfrans, “dəyirmi masa” və seminarların keçirilməsi, hər iki ölkənin tarixi, mədəniyyəti, sosial-iqtisadi inkişafı, ictimai həyatı ilə bağlı jurnalistlər arasında müxtəlif müsabiqələrin, digər birgə layihələrin təşkili, Azərbaycan mətbuatında Özbəkistan, Özbəkistan mətbuatında isə Azərbaycanla əlaqədar ən müxtəlif materialların çap olunması nəzərdə tutulur.

Baxılıb: 1568 dəfə.

Digər xəbərlər

"Facebook"un bütün səhmlərinin dəyəri 105 milyard dollardır

"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja bağlandığı vaxt bir səhmə görə 38,37...

Seydu Dumbiya

Seydu Dumbiya "Liverpul"un maraq dairəsinə düşüb

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa ç...

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin...