Sunday, May 20th

Last update12:31:32 PM GMT

Azərbaycanca

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində gənc xanəndə Bəyimxanım Vəliyeva yeni albomunu və iki klipini təqdim etdi FOTO

E-poçt Çap

 

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində gənc xanəndə, oxuduğu istər bəstəkar, istərsə də xalq mahnıları və muğamlarla tamaşaçı və dinləyicilərin qəlbinə yol açmağı bacaran Bəyimxanım Vəliyevanın 3 hissəli, 4 klipdən ibarət albomunun və 2 yeni klipinin təqdimat mərasimi keçirilib.

 

“Azadinform” xəbər verir ki, təqdim olunan albom 9 xalq mahnısı və muğamlar, 17 bəstəkar mahnısı və 2-si yeni olmaqla 4 klipdən ibarətdir. B.Vəliyevanı böyük auditoriyaya sevdirən “Yollara yağış yağır” klipində olduğu kimi bu dəfə də o, eyni şairənin yaradıcılığına və eyni bəstəkarın musiqisinə müraciət edib. Belə ki, gənc xanəndə elə bu dəfə də şairə Sona Vəliyevanın, gənc bəstəkarlar Ruslan Səfəroğlu və Rüstəm Zeynallının yaradıcılığına müraciət edib.
Təqdim olunan hər iki klip tarixiliyi və müasirliyi ilə böyük əhəmiyyət kəsb edir. İlk təqdim olunan klip “Ağlama şəhid balası” oldu. Musiqisi Rüstəm Zeynallıya aid olan klipin söz sahibi Sona Vəliyeva bildirdi ki, bu elə bir mövzudur ki, bu tarixi biz heç zaman unutmamalıyıq: “Bu elə bir mövzudur ki, tək ildönümlər ərəfəsində xatırlanmamalıdır. Bu tarix həyatımıza elə bir zərbə vurdu ki, ömrümüzün axırına kimi və bizdən sonra gələn nəsillər də heç zaman tariximizin bu səhifələrini unutmamalıdır. Mən belə düşünürəm ki, başımıza nə gəlirsə milli soyuqqanlılıqdan gəlir. Bizim üçün, vətən üçün canından keçən şəhidlərin hər zaman həyatımızda oynadıqları rolu dərk edərək gələcək nəsillərə onlar haqqında məlumatları ötürmək lazımdır”. Bu mövzuya sayğı ilə yanaşmanın və daim təbliğ olunmasının vacib olduğunu vurğulayan S.Vəliyeva klipin möhtəşəm alınması münasibətilə yaradıcı qrupa üzünü tutaraq: “Mən bəstəkara minnətdaram, Bəyimxanıma təşəkkürümü bildirirəm. Şerə nə vaxt ki, musiqi bəstələnir, üstəgəl? o sözlərə, o musiqiyə klip çəkilir, bu zaman şeir ikiqat qiymətini alır. Mən öz şeirim haqqında heç nə demirəm. Bu gün bütün gücü musiqidə gördüm, ifaçının səsində gördüm” fikirlərini söylədi. 
Təqdim olunan 2-ci klip isə yenə də sözləri Sona Vəliyevaya, musiqisi isə Rüstəm Səfəroğluna aid “Giley” idi. Bu klip də mövzu baxımından əhəmiyyətinə görə digərindən fərqlənmirdi. Son zamanlar ailələrin dağılması və bundan əzab çəkən uşaqların harayı sanki klipin leytmotivinə çevrilin ki, bu da rejissorun öz işini yaxşı bilməsindən irəli gəlir. 
Yeri gəlmişkən, xatırladaq ki, hər iki klipin rejissoru Bəyimxanım Vəliyevanın həyat yoldaşı, gənc rejissor Azər Vəliyevdir. “Giley” klipində xəyanət və bu xəyanət nəticəsində ərin ailəyə laqeyd münasibətinin yaranması fonunda gənc ailənin dağılması və ailənin azyaşlı bir övladının bu vəziyyətdən nə qədər əziyyət çəkməsi öz əksini tapıb. 
Klipin təqdimatında iştirak edən Xalq artisti Ağaxan Abdullayev Bəyimxanım Vəliyevanın onun tələbəsi olmasından qürur duyduğunu və belə bir xanəndənin yetişməsində rolu olduğuna görə fəxr elədiyini bildirdi. “Ağlama şəhid balası” klipində çəkilən Xalq artisti Nurəddin Mehdixanlı isə Azərbaycanın sənət meydanında Bəyimxanım Vəliyeva kimi bir sənətkarın olmasını çox müsbət qiymətləndirdi: “Mən hələm-hələm kövrələn adam deyiləm, amma bu klipə baxarkən buradakı sözlər, musiqi, ifa məni olduqca kövrəltdi. Bu gün güldən, çiçəkdən yazanlar çoxdur. Amma gərək vətən olsun ki, onun torpağında bitən gül-çiçəkdən də ağız dolusu yazasan. Vətənin vətən olması üçün isə bax belə şeirlərimiz, belə musiqilərimiz, belə kliplərimiz və ən əsası, onu dünyaya hayqıran belə səslərimiz olmalıdır”.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Baxılıb: 877 dəfə.

Digər xəbərlər

"Facebook"un bütün səhmlərinin dəyəri 105 milyard dollardır

"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja bağlandığı vaxt bir səhmə görə 38,37...

Seydu Dumbiya

Seydu Dumbiya "Liverpul"un maraq dairəsinə düşüb

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa ç...

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin...