Sunday, May 20th

Last update12:31:32 PM GMT

Azərbaycanca

“Yaşıl Qafqaz” Jurnalının təqdimatı oldu.

E-poçt Çap


Noyabrın 24-də Beynəlxalq Mətbuat Mərkəzində “Yaşıl Qafqaz” jurnalının təqdimat mərasimi keçirildi. Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev və Jurnalın baş redaktoru Arzu Abdullanın iştirakı ilə həm mahiyyətcə, həm də formaca yeni bir jurnal - “Yaşıl Qafqaz”ın təqdimatından sonra tədbir iştirakçıları ilə birgə müzakirələr aparıldı. Tədbirdə jurnal haqqqında aşağıdakı ətraflı məlumat verildi:

“ “Yaşıl Qafqaz” təkcə ölkəmizdə deyil, eyni zamanda Cənubi Qafqazda və dünyada baş verən olayları səhifələrində işıqlandıran dərgidir.

Jurnalda tanınmış siyasətçilər və tədqiqatçılar qlobal problemlər,o cümlədən ekoloji problemlər kontekstində regional və lokal ictimai-siyasi prosesləri izah etməyə çalışacaqlar. Belə ki, metodoloji olaraq dialektik analiz və dialektik sintez metodlarından istifadə edərək, Cənubi Qafqaz ölkələrində ictimai-siyasi vəziyyət, bu regionda yaşayan ailələrin və fərdlərin problemləri üç əsas qlobal problemlər konteksində öyrəniləcək. “Yaşıl Qafqaz” jurnalının Azərbaycanda dərc edilən digər jurnallardan formaca əsas fərqi ondan ibarətdir ki, bu jurnalda cənubi Qafqaz problemləri ilə məşğul olan tədqiqatçıların və siyasilərin analitik məqalələri, müsahibələri ilə yanaşı geniş diskussiyalar və forumlar da təşkil ediləcək.

“Yaşıl Qafqaz”ın digər jurnallardan daha bir əsas fərqi ondan ibarətdir ki, tədqiq edilən bütün problemlər Yaşıllar ideologiyası əsasında müzakirəyə təqdim ediləcək. Çünki jurnalın kollektivi, həmçinin redaksiya şurası tamamilə əmindir ki, Yaşıllar ideologiyası XXl əsrin imperativ ideologiyasıdır. Biz qəbul edirik ki, İnsan-Təbiət və Cəmiyyət-Təbiət harmoniyasında aparıcı tərəf Təbiətdir. Onun tələbləri İnsan və Cəmiyyət tərəfdən nəzərə alınmalıdır. İnsan qanunauyğunluqları Qlobal siyasət və Qloballaşma fenomeni kontekstində öyrənməyə cəhd göstərəcəyik. Cənubi Qafqazda ictimai-siyasi və ekoloji vəziyyət, etnik qarşıdurmalar, həm sistemindəki problemlər və sair məsələlər jurnalın yaradıcı və tədqiqatçı qrupunun diqqətində olacaq.

“Yaşıl Qafqaz” jurnalının ilk vaxtlar kvartal, sonralar isə aylıq nəşr dilməsi nəzərdə tutulur. Jurnal ilk vaxtlar Azərbaycan dilində, sonralar isə üç dildə(Azərbaycan, Rus və İngilis) buraxılması planlaşdırılır.

“Yaşıl Qafqaz” jurnalı ictimai-siyasi və elmi-nəzəri olduğu üçün tam qərəzsiz və faktlara söykənən yazılardan ibarət olacaqdır.Tam elmi faktlara söykənərək siyasi xətt formalaşdırmaq taktikası təkcə Azərbaycan yaşıllarına deyil, həm də bütün dünya yaşıllarına xas olan taktikadır. Dünya yaşılları əmindir ki, XXl əsrdə yaşıllar ideologiyası artıq alternativ yox, imperativi deologiyadır! Yaşılları narahat edən hər bir problem, heç şübhə yoxdur ki, getdikcə dünya ölkələrinin və xalqlarının hamısını narahat etməyə başlayacaq. Dünyanın, ölkələrin, xalqların, ailələrin və fərqlərin getdikcə prioritetləri dəyişə bilər.

Unutmayaq ki, Yaşılların bu gün prioritet hesab etdikləri problemlər, təəssüf ki, getdikcə kəskinləşə və hamı üçün prioritetə çevrilə bilər! Odur ki, gəlin birlikdə Dünyanı və onun bir parçası Cənubi Qafqazı qoruyaq!

Qoy Yaşıl Qafqaz hamımızın evi olsun! “

Baxılıb: 843 dəfə.

Digər xəbərlər

"Facebook"un bütün səhmlərinin dəyəri 105 milyard dollardır

"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja bağlandığı vaxt bir səhmə görə 38,37...

Seydu Dumbiya

Seydu Dumbiya "Liverpul"un maraq dairəsinə düşüb

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa ç...

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin...