Sunday, May 20th

Last update12:31:32 PM GMT

Azərbaycanca

İsraildə müstəqilliyimizin bərpasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib

E-poçt Çap

İsrailin şimal paytaxtı - Xayfada Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası tərəfindən təşkil olunub.

Tədbirdə çıxış edən İsrail Knessetinin deputatı, İsrail-Azərbaycan Parlamentlərarası qrupun sədri Robert İlatov Azərbaycan xalqını müstəqillik bayramı münasibətilə təbrik edib. “Azərbaycan xalqı müstəqillik illərində qazandığı nailiyyətləri ilə fəxr edə bilər. Bu gün Azərbaycan Cənubi Qafqazın geosiyasi və geoiqtisadi lideridir” - deyə R.İlatov qeyd edib. İsrailli deputat Azərbaycanda həmişə olmuş və indi də  mövcud olan əsl milli və dini tolerantlıqla qürur duyduğunu bəyan edib. “Azərbaycan və İsrail bir-birini anlayan və qiymətini bilən strateji tərəfdaşlardır, iki ölkə arasındakı ticarət dövriyyəsi isə bizim tərəfdaşlığımız və əməkdaşlığımızın güzgüsüdür” - deyə R.İlatov vurğulayıb.

“Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının İdarə Heyətini üzvü, Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Yeganə Salman müstəqilliyimizin əldə olunmasının tarixi barədə məlumat verib.

Baxılıb: 848 dəfə.

Digər xəbərlər

"Facebook"un bütün səhmlərinin dəyəri 105 milyard dollardır

"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja bağlandığı vaxt bir səhmə görə 38,37...

Seydu Dumbiya

Seydu Dumbiya "Liverpul"un maraq dairəsinə düşüb

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa ç...

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin...