Sunday, May 20th

Last update12:31:32 PM GMT

Azərbaycanca

“Mili Dəyərlər” layihəsi çərçivəsində “Milli Gecə” adlı yeni layihə start götürəcək

E-poçt Çap

Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü ilə əlaqədar olaraq bu ilin noyabr-dekabr aylarında irimiqyaslı “Milli Dəyərlər” kampaniyasının keçirilməsi nəzərdə tutulur. Tədbirin 12 noyabrdan 25 dekabra qədər, “Milli Gecə” isə 25 dekabrda keçirilməsi nəzərdə tutulub. Bu barədə layihənin rəhbəri Fuad Hacıyev məlumat verib.

Onun sözlərinə görə, “F-Group Production”MMC- həyata keçirəcəyi “Milli Dəyərlər” layihəsi bir ay Azərbaycanda, bir ay isə Avropada baş tutacaq. Lakin bundan öncə layihə çərçivəsində “Milli Gecə” keçirilməsi nəzərdə tutulur.

Layihənin icra mexanizmi barədə danışan F.Hacıyev söyləyib ki, layihə çərçivəsində Azərbaycanın milli dəyərlərindən bəhs edən film çəkiləcək və noyabrın 12-də baş tutacaq kampaniyanın açılış mərasimində film ictimaiyyətə təqdim olunacaq.

“Layihədə “Azərbaycanın milli filmləri” həftəsinin keçirilmsi, milli geyimli gənclərin Bakının müxtəlif yerlərində dolaşması, xalq çalğı alətləri qrupları tərəfindən şəhərin müxtəlif yerlərində milli musiqinin səsləndirilməsi, mərkəzi küçələrdə turistlərə milli təamlarımızın təqdim olunması və onlara milli mətbəximiz barəsində məlumat verilməsi də planlaşdırılır”.

Fuad Hacıyev həmçinin Azərbaycan bayrağı əks olunan lent və döş nişanlarının hazırlanması və paylanılacağını, ali məktəblərdə Azərbaycan mədəniyyəti ilə bağlı tamaşa və tədbirlərin, keçiriləcəyini bildiribdir.

Kampaniyanın Avropada keçirilməsi nəzərdə tutulan hissəsinin Afina, Paris, Berlin, Amsterdam və Roma kimi şəhərlərdə təşkil olunacağını deyən F.Hacıyev vurğulayıb ki, artıq bu istiqamətdə hazırlıq işlərinə də başlanılıb.

“Hal-hazırda milli filmlərimizin ingilis dilinə tərcümə edilməsi işi gedir. Milli mətbəximiz, tarix və mədəniyyətimiz barədə Azərbaycan, rus və ingilis dillərində materiallar da hazırlanıb və tədbirlər çərçivəsində bunlar çoxaldılaraq paylanılacaq. Bundan başqa, tərəfimizdən “Milli Brend” Mükafatı təsis olunacaq və layihənin yekun tədbiri olaraq da təntənəli “Milli Gecə” keçiriləcək”.

“Milli Dəyərlər”in layihə rəhbəri onu da əlavə edib ki, layihədə mükafat alacaq Azərbaycan brendlərini sosial şəbəkələrdə və internet portallarda keçiriləcək sorğular təyin edəcəkdir ki, buda Azərbaycanda bir ilk deməkdir. Layihəyə müxtəlif Azərbaycan sevər qurumlar tərəfindən dəstək olmağına baxmayaraq bu yekun deyil və hər kəsin köməyinə ehtiyac duyulur.

Baxılıb: 1157 dəfə.

Digər xəbərlər

"Facebook"un bütün səhmlərinin dəyəri 105 milyard dollardır

"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja bağlandığı vaxt bir səhmə görə 38,37...

Seydu Dumbiya

Seydu Dumbiya "Liverpul"un maraq dairəsinə düşüb

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa ç...

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin...