Berti Foqts "İnter" klubunu təbrik edib
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts “İnter” klubunun “Birlik kuboku”nda qələbə qazanması ilə bağlı fikirlərini bildirib.
“İlk növbədə “İnter”i bu qələbə münasibətilə təbrik edirəm. İstənilən turnirdə yüksək nəticə əldə etmək əhəmiyyətlidir. “İnter”in turnir ərzində qapısının toxunulmazlığını qoruyaraq ardıcıl qələbələr qazanması əsl komanda oyununun göstəricisidir. Belə qələbələrin sayının çox olmasını və Azərbaycan futbolunun inkişafına töhfə verməsini arzu edirəm”,-deyə millimizin baş məşqçisi bildirib.


