“İnter” yarımfinalda “Zenit” ilə qarşılaşacaq
Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan «Birlik kuboku»ndakı təmsilçimiz «İnter» bu gün yarımfinal oyununa çıxacaq.
“İnter” Rusiyanın «Zenit» komandası ilə mübarizə aparacaq. Qarşılaşma Peterburqski İdman Konsert Kompleksində Bakı vaxtı ilə saat 18:00-da baş tutacaq.
“Zenit” 1/4 finalda Finlandiyanın “HİK” komandasını 2:1 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “İnter” yarımfinala Ermənistanın “Mika” klubunu 4:0 hesabı ilə məğlub edərək çıxıb.


