Suriya prezidenti Bəşar Əsadın tərəfdarları müxalif qüvvələrə dəstək verən ABŞ və Fransa səfirliyinə hücum ediblər.
Suriyanın paytaxtında yerləşən Fransa və ABŞ səfirlikləri qarşısında nümayiş keçirən yüzlərlə Əsad tərəfdarı hər iki səfirlik binasına girməyə çalışıb.
Bununıa bağlı ABŞ-ın həmin ölkədəki səfiri Robert Ford məlumat verib. Onun sözlərinə görə, nümayişçilər divarı dırmaşaraq səfirliyin həyətinə girməyə çalışıblar. İçəri girə bilməyən nümayişçilər binanın şüşələrini qıraraq Suriya bayrağı asıblar.


