Mübariz Aslanov/AZADİNFORM. Dağlıq Qarabağın Ermənistan tərəfindən müstəqil dövlət kimi tanınması haqda qanun layihəsi İrəvanı beynəlxalq siyasətdə çıxılmaz dalana aparır. AZADİNFORM erməni mətbuatına istinadən xəbər verir ki, bunu Ermənistanın Daşnakstyun Partiyasının parlament fraksiyasının sədri Vahan Ovanisyan bildirib. Onun fikirincə, tanımaq qərarının verilməsi üçün eyni zamanda Ermənistanın bütün siyasi qüvvələrinin ümumi razılığı lazımdır. “Hazırda isə belə vahid mövqe yoxdur. Belə mövqesiz addımların atılması Ermənistanı uçuruma sürükləyəcək”,-deyə erməni deputat bəyan edib.


