Sunday, May 20th

Last update12:31:32 PM GMT

Azərbaycanca

Liviyanın ölkəmizdəki səfiri QMİ-də olub

E-poçt Çap

qmi-11Bu gün Qafqaz Müsəlmanlar İdarəsinin (QMİ) sədri Şeyxülsilam Hacı Allahşükür paşazadə Liviyanın ölkəmizdə yeni təyin olunmuş səfiri Səad Mustafa Mucbir ilə görüşüb. Bu barədə məlumatı AZADİNFORM-a QMİ-dən veriblər.

Görüş zamanı bütün Qafqazın Şeyxi dost və qardaş Liviya xalqına ən xoş arzularını bildirib, hələ Sovetlər dönəmində Azərbaycan və Liviya arasında müxtəlif sahələrdə əlaqələrindən bəhs edib. O, qeyd edib ki, ümummilli lider Heydər Əliyev bu əlaqələrin inkişafına böyük töhfə verib. Şeyxülislam iki ölkə arasında tarixi və mənəvi əlaqələrin mövcudluğunu xüsusi vurğulayıb. “Azərbaycanda mövcud din-dövlət münasibətləri yüksək səviyyədədir. Azərbaycan həmçinin beynəlxalq təşkilatlarla, xüsusilə də YUNESKO yanında Dinlərarası Məşvərət Şurasında yer alıb. Bu ölkəmizin dünya çapında tolerantlıq ənənələri ilə tanınmasından qaynaqlanır”,-deyə Bütün Qafqazın Şeyxi vurğulayıb. Səfir bu nailiyyətlərin qazanılmasında Azərbaycan dövlətinin rolunu, habelə, QMİ-nin fəaliyyətini yüksək dəyərləndirib.
Qonaq Şeyxülislamın Liviyada və bütün İslam aləmində böyük nüfuz və mövqe sahibi olduğunu diqqətə çatdırıb. O, qeyd edib ki, iki ölkə arasında əlaqələrin inkişafında Azərbaycan prezidenti İlham Əliyevlə yanaşı, QMİ sədri A.Paşazadənin də böyük töhfəsi var.
Görüşün sonunda qonağa xatirə hədiyyəsi təqdim olunub.

 

Baxılıb: 3643 dəfə.

Digər xəbərlər

"Facebook"un bütün səhmlərinin dəyəri 105 milyard dollardır

"Facebook" sosial şəbəkəsinin Nyu-Yorkun NASDAQ birjasına çıxarılan səhmlərinin qiyməti birja bağlandığı vaxt bir səhmə görə 38,37...

Seydu Dumbiya

Seydu Dumbiya "Liverpul"un maraq dairəsinə düşüb

Rusiyanın CSKA (Moskva) klubunun hücumçusu Seydu Dumbiya karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə Azərbaycan birinciliyi başa çatıb

Hövsan Olimpiya İdman Kompleksində keçirilən yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa ç...

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar nəqliyyat məhdudlaşdırılacaq

Baş Dövlət Yol Polisi İdarəsi Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi ilə əlaqədar paytaxtda nəqliyyat vasitələrinin...