Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Hacı Allahşükür Paşazadə Özbəkistana səfər edib. Səfər çərçivəsində A.Paşazadə Buxar və Səmərqəndin tarixi yerlərini, abidələrini və özünün təhsil aldığı mədrəsəni ziyarət edib. O, tarixi abidələr və əsərlərdən böyük zövq aldığını söyləyib:” Özbəkistan elmdə həmişə irəlidə olub. Nə qədər böyük alimləri yetişdirib”.
Daşkənddə Azərbaycan Mədəniyyət Mərkəzində azərbaycanlılarla görüşən A.Paşazadənin həmçinin, prezident İslam Kərimov ilə görüşü planlaşdırılır .
Səfər mayın 21-də başa çatacaq.


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Türkiyədən Almaniyaya gedəcək. Bu barədə BMM-a müsahibəsində QMİ-nin Xarici Əlaqələr Şöbəsinin müdiri Müqəddəs Payızov bildirib.
AZADİNFORM. Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Qurban bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. QMİ-nin mətbuat xidmətindən AZADİNFORM-a verilən məlumata görə təbrikdə deyilir:
