Wednesday, Feb 22nd

Last update12:31:32 PM GMT

Azərbaycanca

Xəbərlər

LAYİHƏLƏR

E-poçt Çap

 

23-30 aprel

Şura Yevlaxda innovasiya siniflərinin yaradılmasına da dəstək verir
Yerləşdirilib: 29.04.11 |

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti (AGAAMC) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “İstedadlı şagirdlər üçün İnnovasiya Siniflərinin (İnnovation Classrooms) yaradılması” layihəsinin birinci mərhələsi çərçivəsində Yevlax şəhərində, 28-29 aprel 2011-cu il tarixində 5 orta məktəbdən 50 nəfər istedadlı orta məktəb şagirdi və təhsil işçilərinin iştirakı ilə seminar həyata keçirmişdir. Seminar Yevlax şəhəri H.Əliyev prospekti 66 ünvanda, Yevlax Təhsil şöbəsinin akt zalında baş tutub. Bu barədə məlumatı qhtxeber.az-a təşkilatın sədri, layihənin koordinatoru fəlsəfə doktoru İlqar Orucov məlumat verib. Seminarın əsas məqsədi şagirdlər üçün İnnovasiya Sinifləri təcrübəsini inkişaf etdirməklə Azərbaycan dövlətinin istedadlı uşaqların inkişafı ilə bağlı siyasətindən irəli gələn prinsiplərin həyata keçirilməsinə əlavə töhfələr vermək, istedadlı uşaqların təşkilatlanması və istedadlı uşaq kapitalının formalaşdırılmasına yardımçı olmaq, onların qeyri-formal təhsil almasına, zehni oyunlar (puzzle party) üzrə ixtiraçılıq potensialının inkişafına dəstək vermək, istedadlı şagirdləri XXI əsrin yeni yaradıcı ixtisaslarına yönləndirməklə onların imkan və bacarıqlarının reallaşmasına şərait yaratmaq, təhsildə yeni bir təcrübənin əsaslarını formalaşdırmaq olmuşdur.

LAYİHƏLƏR

E-poçt Çap

16-22 aprel

Şuranın maliyyə dəstəyi ilə ehtiyacı olan gənclərə peşə hazırlığında kömək olunacaq

Yerləşdirilib: 17.04.11
Şəhid ailələrinə maddi və mənəvi dəstək” İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının malıyyə dəstəyi ilə “Ehtiyacı olan gənclərin peşə hazırlığının artırılması” layi¬hə¬sinin icrasına başlamışdır. Bu barədə “Şəhid ailələrinə maddi və mənəvi dəstək” Icimai Birliyinin sədri Nəzakət Həsənova məlumat verib. 

Layihənin əsas məqsədi Bakı şəhərində yaşayan şəhid, əlil, qaçqın ailələrinin və valideyn himayəsindən məhrum olumuş yeniyetmələrə qloballaşan müasir dünyanın tələblərinə uyğun kompyuter texnologiyası, bərbər (kişi-qadın) və dərziçilik peşələrinin öyrədilməsidir.

Təşkilatın rəhbəri bu məqsədə nail olmaq üçün həyata keçiriləcək tədbirlər haqda məlumat verib. O bildirib ki, ilk olaraq Bakı şəhərində yaşayan və ehtiyacı olan şəhid, əlil, qaçqın ailələri və valideyn himayəsindən məhrum olmuş yeniyetmələrin problemləri ilə maraqlanacaqlar. Bundan başqa Bakı şəhərində yaşayan 40 nəfər ehtiyacı olan şəhid ailələri və valideyn himayəsindən məhrum olmuş yeniyetmələrə kompyuter kursları, o cümlədən, bərbər (kişi-qadın) və dərziçilik kurslarına cəlb ediləcək, şəhid, əlil, qaçqın ailələri və valideyn himayəsindən məhrum olmuş yeniyetmələr ilə bilavasitə təlimlər keçiriləcək, kurslar bitdikdən sonra onlara donor və icraçı təşkilatların birgə hazırlanmış sertifkatları veriləcək.

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində gənc xanəndə Bəyimxanım Vəliyeva yeni albomunu və iki klipini təqdim etdi FOTO

E-poçt Çap

 

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində gənc xanəndə, oxuduğu istər bəstəkar, istərsə də xalq mahnıları və muğamlarla tamaşaçı və dinləyicilərin qəlbinə yol açmağı bacaran Bəyimxanım Vəliyevanın 3 hissəli, 4 klipdən ibarət albomunun və 2 yeni klipinin təqdimat mərasimi keçirilib.

Azərbaycanda gənclərin mobil sahibkarlığına dəstəklə bağlı beynəlxalq konfrans keçirilir

E-poçt Çap

Bu gün Bakıda “Biznes inkubatorların fəaliyyəti və gənclərin mobil sahibkarlığına dəstək: dünya ölkələrində qazanılmış təcrübə və Azərbaycanda bu sahənin inkişaf perspektivləri” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb. Dekabrın 15-dək davam edəcək konfrans Gənclər və İdman Nazirliyi, Xəzər İnvestisiya Mərkəzi və ECAbit beynəlxalq şəbəkənin təşkilatçılığı və Dünya Bankının İnfoDev proqramının, Bakcell və Alcatel-Lucent şirkətlərinin dəstəyi ilə keçirilir.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, beynəlxlaq konfrans “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramında gənclərin sahibkarlıq fəaliyyətinə dair müvafiq bəndlərinə uyğun olaraq keçirilir. Onun sözlərinə görə, konfransın əsas məqsədi biznes inkubatorlarının fəaliyyəti sahəsində beynəlxalq təcrübəni öyrənərək, Azərbaycanda bu sahənin yaradılmasının perspektivlərini müzakirə etmək, o cümlədən bu prosesə gəncləri cəlb etməkdən ibarətdir. Nazir müavini vurğulayıb ki, konfransda Almaniya, Polşa, Rumıniya, Bolqarıstan, Montoneqro, Ukrayna və Belarus təcrübəsi təqdim olunacaq, biznes inkubatorların fəaliyyətinə dair fikir mübadilələri aparılacaq, Azərbaycanda tətbiq olunma perspektivləri müzakirə olunacaq. Bu konfrans nəticəsində müəyyən inkubatorların yaradılmasına nail olunacağına inanırıq.

Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə isə gənclərin İKT sahəsindəki fəaliyyəti və əldə etdikləri uğurlar barədə ətraflı məlumat verib.

Qeyd edək ki, dekabrın 15-dək davam edəcək konfrans çərçivəsində xüsusi görüşlər keçiriləcək və mobil rabitə texnologiyalarından istifadə edərək davamlı biznesin qurulması məsələləri müzakirə olunacaq.

Azərbaycan Turizm İnstitutunda təlim-seminar keçirilib

E-poçt Çap

Bu gün Göte İnstitutunun təşkilatıçılığı və Açıq Cəmiyyət İnstitutunun dəstəyi ilə Bakıda təlim-seminar keçirilib.  Təlim-seminarın təşkilatçıları Avropa Mədəniyyət Parlamentinin üzvü, Mədəni siyasət və art menecment üzrə müstəqil ekspert Cahangir Səlimxanov, almaniyalı müətxəssislər cənab Malte Bergmann və cənab Marc Piesbergen Azərbaycan Turizm İnstitutunda olublar.

ATİ-nin rektoru, tarix elmələri doktoru Cəfər Cəfərov ali təhsil ocağının fəaliyyətində mədəniyyətin idarə olunması istiqaməti üzrə menecment kadrların hazırlığına xüsusi önəm verildiyini diqqətə çatdırıb. Rektor C.Cəfərov görüş-fikir mübadiləsi çərçivəsində reallaşan tədbirin institut kollektivi üçün faydalı olacağına əminliyini bildirib.

Cahangir Səlimxanov toplaşanların diqqətinə çatdırıb ki, bu gün dünyada aktuallığı ilə seçilən mövzulardan biri məhz müasir şəhər və regionlarda mədəni istehsal sahəsində inkişafın canlandırlımasıdır. Iki gün davam edən tədbirin əsas məqsədi qeyd edilən problemin həllinə nail olmaqdır.

Seminar-təlimin gedişində beynəlxalq meyllərin aşılanması, Almaniyada mövcud olan modern nümunələrin təqdimatı və mədəni istehsalın inkişaf perspektivləri müzakirə obyekti olub. Sual-cavab-təklif formulunda gerçəkləşən tədbirdə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Elm – təhsil şöbəsinin müdiri Yaşar Əliyev iştirak edib.

“Ekoloji Problemlərin Həllinə Mətbuat Dəstəyi” Layihəsinin təqdimatı

E-poçt Çap

 

02 Dekabr 2011 tarixində Beynəlxalq Mətbuat Mərkəzində "Mərhəmət elçisi" jurnalının “Ekoloji Problemlərin Həllinə Mətbuat Dəstəyi” Layihəsinin təqdimatını keçirdi. Tədbiri giriş sözüylə

“Yaşıl Qafqaz” Jurnalının təqdimatı oldu.

E-poçt Çap


Noyabrın 24-də Beynəlxalq Mətbuat Mərkəzində “Yaşıl Qafqaz” jurnalının təqdimat mərasimi keçirildi. Yaşıllar Partiyasının həmsədri Mayis Güləliyev və Jurnalın baş redaktoru Arzu Abdullanın iştirakı ilə həm mahiyyətcə, həm də formaca yeni bir jurnal - “Yaşıl Qafqaz”ın təqdimatından sonra tədbir iştirakçıları ilə birgə müzakirələr aparıldı. Tədbirdə jurnal haqqqında aşağıdakı ətraflı məlumat verildi:

“ “Yaşıl Qafqaz” təkcə ölkəmizdə deyil, eyni zamanda Cənubi Qafqazda və dünyada baş verən olayları səhifələrində işıqlandıran dərgidir.

Jurnalda tanınmış siyasətçilər və tədqiqatçılar qlobal problemlər,o cümlədən ekoloji problemlər kontekstində regional və lokal ictimai-siyasi prosesləri izah etməyə çalışacaqlar. Belə ki, metodoloji olaraq dialektik analiz və dialektik sintez metodlarından istifadə edərək, Cənubi Qafqaz ölkələrində ictimai-siyasi vəziyyət, bu regionda yaşayan ailələrin və fərdlərin problemləri üç əsas qlobal problemlər konteksində öyrəniləcək. “Yaşıl Qafqaz” jurnalının Azərbaycanda dərc edilən digər jurnallardan formaca əsas fərqi ondan ibarətdir ki, bu jurnalda cənubi Qafqaz problemləri ilə məşğul olan tədqiqatçıların və siyasilərin analitik məqalələri, müsahibələri ilə yanaşı geniş diskussiyalar və forumlar da təşkil ediləcək.

“Yaşıl Qafqaz”ın digər jurnallardan daha bir əsas fərqi ondan ibarətdir ki, tədqiq edilən bütün problemlər Yaşıllar ideologiyası əsasında müzakirəyə təqdim ediləcək. Çünki jurnalın kollektivi, həmçinin redaksiya şurası tamamilə əmindir ki, Yaşıllar ideologiyası XXl əsrin imperativ ideologiyasıdır. Biz qəbul edirik ki, İnsan-Təbiət və Cəmiyyət-Təbiət harmoniyasında aparıcı tərəf Təbiətdir. Onun tələbləri İnsan və Cəmiyyət tərəfdən nəzərə alınmalıdır. İnsan qanunauyğunluqları Qlobal siyasət və Qloballaşma fenomeni kontekstində öyrənməyə cəhd göstərəcəyik. Cənubi Qafqazda ictimai-siyasi və ekoloji vəziyyət, etnik qarşıdurmalar, həm sistemindəki problemlər və sair məsələlər jurnalın yaradıcı və tədqiqatçı qrupunun diqqətində olacaq.

“Yaşıl Qafqaz” jurnalının ilk vaxtlar kvartal, sonralar isə aylıq nəşr dilməsi nəzərdə tutulur. Jurnal ilk vaxtlar Azərbaycan dilində, sonralar isə üç dildə(Azərbaycan, Rus və İngilis) buraxılması planlaşdırılır.

“Yaşıl Qafqaz” jurnalı ictimai-siyasi və elmi-nəzəri olduğu üçün tam qərəzsiz və faktlara söykənən yazılardan ibarət olacaqdır.Tam elmi faktlara söykənərək siyasi xətt formalaşdırmaq taktikası təkcə Azərbaycan yaşıllarına deyil, həm də bütün dünya yaşıllarına xas olan taktikadır. Dünya yaşılları əmindir ki, XXl əsrdə yaşıllar ideologiyası artıq alternativ yox, imperativi deologiyadır! Yaşılları narahat edən hər bir problem, heç şübhə yoxdur ki, getdikcə dünya ölkələrinin və xalqlarının hamısını narahat etməyə başlayacaq. Dünyanın, ölkələrin, xalqların, ailələrin və fərqlərin getdikcə prioritetləri dəyişə bilər.

Unutmayaq ki, Yaşılların bu gün prioritet hesab etdikləri problemlər, təəssüf ki, getdikcə kəskinləşə və hamı üçün prioritetə çevrilə bilər! Odur ki, gəlin birlikdə Dünyanı və onun bir parçası Cənubi Qafqazı qoruyaq!

Qoy Yaşıl Qafqaz hamımızın evi olsun! “

Büdcə müzakirəsi başa çatıb

E-poçt Çap

Bu gün Milli Məclisdə “Azərbaycan respublikasının 2012-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin deputatlar tərəfindən müzakirəsi başa çatıb.İki günlük müzakirə zamanı bir sıra irad və təkliflər oldu.

Müzakirələrdən sonra qanun layihəsi hökumətə göndərilib. Spiker Oqtay Əsədov bildirib ki, hökumət deputatların irad və təklifləri nəzərə alındıqdan sonra büdcə layihəsini 10 gündən sonra təsdiq olunmaq üçün yenidən parlamentə təqdim edəcək.

Çin İrana qarşı yeni sanksiyaları pislədi

E-poçt Çap

Çin Qərbin İrana qarşı yeni sanksiyalar tətbiq etməsini tənqid edib. Qərb mətbuatında yayılan xəbərlərə görə, Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi Liu Veymin bu gün Pekində deyib ki, yeni sanksiyalar vəziyyəti daha da gərginləşdirəcək, sülh və sabitliyə mənfi təsir göstərəcək.

O deyib ki, mövcud vəziyyətdə əlaqədar tərəflər danışıqları və əməkdaşlığı intensivləşdirməli, İranla bağlı narahatlığı danışıqlar vasitəsilə həll etməlidirlər.

DQMK Bakutel-2011 sərgisində iştirak edir

E-poçt Çap

Dövlət Qulluğu Məsələləri üzrə Komissiya 17-ci Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyalarının Sərgi və Konfransında iştirak edir. 23 - 26 noyabr tarixlərində “Bakı Ekspo” sərgi mərkəzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən təşkil olunan 17-ci Azərbaycan Beynəlxalq “BakuTel-2011” sərgisində iştirak edir. Beynəlxalq Millətlər Təşkilatı və Beynəlxalq Telekommunikasiya İttifaqının dəstəyi ilə keçirilən sərginin əsas məqsədləri yeni yüksək texnoloji məhsullarla tanış olmaq, eyni zamanda sürətlə inkişaf edən informasiya-rabitə texnologiyalarını tətbiq etməkdən ibarətdir. Komissiyanın sərgidə iştirakında məqsəd isə İKT-nın dövlət qulluğuna qəbul prosesində və dövlət qulluğunun idarə edilməsində tətbiqini nümayiş etdirməkdir.

Sərgidə dünyanın 29 ölkəsindən 250-yə yaxın şirkət iştirak edir. Azərbaycandan 13 nazirlik də İKT sahəsinə aid layihələrlə sərgidə çıxış edirlər. Sərgidə “Komissiyanın əsas fəaliyyət istiqamətləri” və “Test imtahanı sistemi” mövzularını əhatə edən 2 videoçarx da nümayiş etdiriləcək. “Komissiyanın əsas fəaliyyət istiqamətləri” mövzusunu təşkil edən videoçarxda komissiyanın yaradılması, fəaliyyətində rəhbər tutduğu prinsip və dəyərlər, İKT-nin tətbiqi, dövlət qulluğuna elektron qəbul sistemi (e-qəbul), onlayn sənəd qəbulu sistemi, dövlət qulluğuna qəbul (məlumat toplusu, test proqramları, test bankı, elan, onlayn qeydiyyat, test imtahanı, müsahibə, vəzifəyə təyinat), dövlət qulluğuna qəbulun üsulları (müsabiqə və müsahibə) öz əksini tapır.

“BakuTel-2011” telekommunikasiyalar, internet, proqram təminatı və peyk rabitəsi kimi bir neçə əsas istiqamətlərlə yanaşı genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, teleradio yayımı üçün avadanlıq və texnologiyalar, avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri və digər avadanlıq və xidmətlər təklif olunması nəzərdə tutulur.

 

Yeni mediada: kadr təminatı və peşəkarlıq

E-poçt Çap


22 noyabr tarixində Beynəlxalq Mətbuat Mərkəzində “Yeni media: kadr təminatı və peşəkarlıq” mövzusunda Konfrans keçirildi.

Səhifə 1 > 63-dəan