Sunday, May 20th

Last update12:31:32 PM GMT

Azərbaycanca

Yanvarın 20-də paytaxt polisi gücləndirilmiş rejimdə işləyəcək, bəzi yollarda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq

E-poçt Çap

Yanvarın 20-də paytaxt polisi gücləndirilmiş rejimdə işləyəcək, bəzi yollarda avtomobillərin hərəkəti tam məhdudlaşdırılacaq
Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş iş rejimdə çalışacaq. Bu barədə məlumatı Bakı şəhər Baş Polis İdarəsi bildirib.

Məlumatda bildirilir ki, 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə əlaqədar Daxili İşlər Nazirliyində xüsusi tədbirlər planı hazırlanıb. Həmin plana əsasən, yanvarın 20-si səhər saat 7-dən, axşam saat 18-dək Hüseyn Cavid və Parlament prospektləri və Mehdi Hüseyn küçəsindən Teleteatradək yollar bağlanacaq. Həmin küçələrdə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq.
Şəhidlər xiyabanını ziyarət saat 11.00-dan başlayacaq və 19.00-dək davam edəcək.
Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər xiyabanı istiqamətində hərəkət edəcəklər.
Yanvarın 20-də saat 12.00-da paytaxtda bir dəqiqəlik sükut elan ediləcək.

BMM.AZ

Baxılıb: 2735 dəfə.