16 Fevral 2012
PRESS-ANONS
16 Fevral Saat 11: 00 ; Yer BMM –in Mətbuat zalı
Borçalı İctimai Cəmiyyətinin ve İdarə heyətinin birgə 2011-ci ilin yekunları və 2012-ci ildə qarşıda duran vəzifələrə dair mətbuat konfransı keçiriləcəkdir.
16 Fevral Saat 12: 00 ; Yer BMM –in Mətbuat zalı
Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dəstək Şurası rəhbərliyinin birgə iştirakı ilə QHT Əməkdaşlıq Alyansı və Milli QHT Forumunun habelə digər QHT koalisiya rəhbərliyinin, millət vəkillərinin iştirakı ilə Xocalı faciəsinin 20-ci ildönümünə, eləcə də QHT Əməkdaşlıq Alyansının internetdə başlatdığı Xocalı ilə bağlı kampaniyanın yekunlarına həsr olunmuş mətbuat konfransı keçiriləcəkdir.
16 Fevral Saat 15: 00 ; Yer BMM –in Dəyirmi zalı
Penitensiar Xidmətin fəaliyyətinə ictimai nəzarəti həyata keçirən İctimai Komitə tərəfindən Komitənin illik fəaliyyətinə dair yekun hesabatın təqdimatına həsr olunmuş toplantı keçiriləcəkdir. Toplantıda Ədliyyə Nazirliyi, Penitensiar Xidmət, İctimai Komitə üzvlərini seçən Seçki Komissiyası, Baş Prokurorluq, Parlament, Qafqaz Müsəlmanları İdarəsi, ATƏT və digər beynəlxalq təşkilatların və KİV nümayəndələri iştirak edəcəklər.
P.S. BMM mövzu və tədbirdə səsləniləcək fikirlər üçün heç bir məsuliyyət daşımır.